Parlament deputatları bu yolla boşanmaların artmasının qarşısını almağı təklif edirlər" />

Nikah müqavilələri Azərbaycanda məcburi ola bilər

Parlament deputatları bu yolla boşanmaların artmasının qarşısını almağı təklif edirlər

Azərbaycan Parlamentinin deputatı Sədaqət Vəliyeva nikah müqavilələrini məcburi qaydaya salmağı təklif edib.

Əgər təklif gündəlikdən və oxunuşlardan keçərsə, sonra da prezident müvafiq sərəncam imzalayarsa, o zaman Ailə Məcəlləsinə dətyişikliklər ediləcək. “Əgər bu müqavilə məcburi olsa, boşanmaların sayı azalacaq”, – Vəliyeva deyir. Azərbaycanda boşanmaların sayı ildən ilə artır və deputat bunda “məsuliyyətsizliyi” səbəb görür.

Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov hesab edir ki, Azərbaycanda nikah müqavilələrinə alışa bilərlər.

“Əgər düşünsək, buna bənzər şey bizdə artıq tətbiq olunub, baxmayaraq ki, bizə bu toxunurdu. Məsələn, bu “başlıq”, qızın cehizinin hamının yanında siyahıya alınması formasında yaranmışdı. Nikah müqaviləsi şəriət hüququnda da var. Bu zaman qadına əvvəlcədən razılaşdırılmış kompensasiya (məhr) ödənməlidir. Kompensasiya qadının təşəbbüsü ilə boşanmalarda da nəzərdə tutulub”, – o deyir.

“Mahiyyətcə İran kimi müsəlman ölkələrində bağlanan həmin nikah müqavilələri, əgər tərəflər onun tərtib olunmasına diqqətlə yanaşarlarsa, əksər qarşılıqlı iddiaları ortadan qaldıra bilər. Odur ki, bizim yaxın keçmişimizdə və yaxın qonşularımızda nikah müqaviləsinin avropalıların yeni icadı olduğu haqda mifi təkzib edəcək presedentlər mövcuddur”, – Zeynalov “Exo” qəzetinə müsahibəsində bildirib.

Azərbaycanda boşanmaların sayı həqiqətən də artır. Dövlət Statistika Komitəsinin rəsmi göstəricilərinə əsasən, 2010-cu ildə hər 1000 nəfərə 8,9 nikah və cəmi 1 boşanma düşürdü. 2016-cı ilin məlumatına görə isə hər 1000 nəfərə 6,9 nikah və 1,4 boşanma düşür. Yəni boşanmaların sayı 40 faiz artıb. 2017-ci ilin sonuna olan göstəricilər hələ dərc olunmayıb, amma ilk səkkiz ayın yekununa görə, hər 1000 nəfərə boşanmaların sayı artıq 1,5-ə çatıb.


More on JAMnews