Prezident Sarqsyan tərəfdaşlarını Ermənistana diqqət yetirməyi tələb edir" />

“Nə hərb, nə sülh” vəziyyəti fəal fazadadır

Prezident Sarqsyan tərəfdaşlarını Ermənistana diqqət yetirməyi tələb edir

Bütün Dağlıq Qarabağ və Azərbaycan sərhədi boyu intensiv atəş, Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması davam edir. Və prezidentlər Sarqsyanla Əliyevin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Berndə baş tutan görüşü zamanı bu məsələ müzakirə olunsa da, görünür heç bir müsbət nəticə vermədi.

Politoloqlar danışıqların nəinki iki ölkə prezidenti, həm də vasitəçilər üçün ağır keçdiyini qeyd etdilər. Ermənistan KİV-i isə Berndəki görüşdən sonra, dekabrın 9-dan 20-nə keçən gecə sərhədin atəşə tutulması haqqında məlumat verdilər, həm də deyilirdi ki, danışıqlardan əvvəlkindən də daha çox atəş açırdılar.

Politoloq Sergey Minasyan hesab edir ki, gərginliyin uzun müddət ərzində davamlı artması nəzarətin itirilməsinə və nəticədə geniş miqyaslı müharibəyə gətirib çıxara bilər. Ermənistanın Birinci (ictimai) kanalının efirində o belə bir ehtimal irəli sürdü ki, Azərbaycan hökuməti bu yolla cəmiyyətin ölkə daxilində yığılıb qalan problemlərdən diqqətini yayındırmağa çalışır.

Berndəki görüşdən dərhal sonra dekabrın 21-də Moskvada KTMT-nın (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirildi. Və Ermənistan prezidenti burada kifayət qədər sərt bəyanatla çıxış edərək, tərəfdaşlarını öz öhdəliklərini xatırlamağa çağırdı:

“Hər dəfə Azərbaycanın silahlı qüvvələri Ermənistan Respublikasına qarşı bütün çap növlərində atıcı silahlardan, minaatan və artilleriya qurğularından istifadə edəndə, onlar Astana, Düşənbə və Bişkek, Moskva və Minski atəşə tuturlar. Xatırladım ki, bizim Nizamnaməmizdə müvafiq maddə var. Və əgər biz nəinki bu maddəni tətbiq etmirik, yaranan vəziyyəti müzakirə etmirik, dəstəyi əlimizə götürüb, tərəfdaş Ermənistanda baş verənlərlə bağlı maraqlanmırıq, hətta beynəlxalq təşkilatlarda tərəfdaşların maraqlarına qarşı səs veririk, üçüncü ölkələrlə mətni KTMT üzrə tərəfdaş ölkələrə qarşı yönələn iki tərəfli bəyanatlar qəbul ediriksə, onda biz sadəcə öz təşkilatımızı, onun nüfuzunu, onun əhəmiyyətini bu atəşlərin altına atmış oluruq.

Sarqsyan vurğuladı ki, Azərbaycan tərəfi o cümlədən də Türkiyə istehsalı olan ağır artilleriyadan istifadə edir, dekabrın 8-dən isə 1994-cü ildə atəşkəs rejimi elan olunandan sonra ilk dəfə olaraq AZərbaycanın silahlı qüvvələri tank və qaubitsadan atəş açmağa başladı.

Münaqişə və sərhəddə gərginliyin artması mövzusu bu günlərdə sosial şəbəkələrdə müzakirə olunmur. Hətta vəziyyət o dərəcədə dumanlıdır ki, politoloqlar da hadisələrin sonrakı inkişafı haqqında nəsə deməkdən çəkinirlər.


More on JAMnews