Aksiyada 20-25 min nəfərə qədər iştirak edib" />

Moskvada siyasi məhbusların azad edilməsi tələbi ilə mitinq keçirilib

Aksiyada 20-25 min nəfərə qədər iştirak edib

İnsanlar Moskvada həbsdə olan etirazçıların sərbəst buraxılmasını tələb edən aksiyada iştirak edirlər ხალხი მოსკოვში მიტინგზე, მომიტინგეების გათავისუფლებას მოითხოვენ

Moskvada Saxarov prospektində siyasi məhbuslara dəstək məqsədilə etiraz aksiyası keçirilib. Müxtəlif mənbələrin məlumatına görə, aksiyada 20-25 min nəfər işrirak edib. Aksiya iştirakçıları daha öncəki mitinqlərdə saxlanılanlara və Korrupsiya ilə Mübarizə Fonduna qarşı cinayət işlərinin dayandırılmasını və “27 iyul işi” üzrə etiraz nümayişində iştirak ittihamı ilə həbs olunanların azad olunmasını tələb ediblər.

REUTERS/Tatyana Makeyeva 

“Putini qovmağı” vəd edən şamana qarşı təqib

Rusiya: seçkilər bitdi, ən maraqlısı başladı

Moskva: yeni etiraz aksiyaları ərəfəsində müxalifətçilərə qarşı axtarış, həbs, zorakılıq

Novaya qazeta xəbər  verir ki, mitinq hakimiyyətlə razılaşdırılıb. Əvvəlcə aksiyanın sentyabrın 28-də keçirilməsi nəzərdə tutulub, amma daha sonra Moskva meriyası bir gün sonraya ertələyib.

Rusiyanın bəzi şəhərlərində siyasi məhbuslara dəstək məqsədilə təkadamlıq piketlər keçirilib. Belə aksiyalar, məsələn, Peterburqda və Pskovda baş tutub. Ulan-Udedə yerli etirazlarda iştirak edənlərə qarşı təqibə son qoyulması tələbi ilə mitinq təşkil olunub.

Mitinq kürsüsündən artıq azadlığa buraxılan fəallar çıxış edib. “Sizin sevginiz, sizin dəstəyiniz, cəsarətiniz, inadınız sayəsində altı nəfər hazırda hüquq-mühafizə sisteminin caynağından qoparılıb. Sizin müdafiəniz sayəsində indi mən burada dayanmışam və bu sözləri FSİN-məktub vasitəsilə yox, mikrofondan səsləndirə bilirəm”, – keçmiş məhbus Aleksey Minyaylo göstərdikləri həmrəyliyə görə aksiyaya toplaşanlara minnətdarlıq edib.

 REUTERS/Shamil Zhumatov 

“Bir neçə nəfər azad edilib, amma daha çoxu hələ də  içəridədir. Niyə onlar buraxdıqlarını buraxıblar? Çünki onların vicdanı var? Çünki onlar utanırlar? Çünki onların uşaqları var? Onları ona görə buraxıblar ki, öz reytinqlərinin düşməsindən qorxurlar”, – siyasətçi Aleksey Navalnı kürsüdən bəyan edib.

27 iyul aksiyasından sonra qaldırılan cinayət işi üzrə 17 nəfər hələ də istintaq altındadır və ya artıq məhkum eidilib. Korrupsiya ilə Mübarizə Fonduna qarşı qaldırılan “çirkli pulların yuyulması” ilə bağlı cinayət işi üzrə bütün ölkə miqyasında fond rəhbəri Aleksey Navalnı, fond qərargahlarının koordinatorları və könüllülərinin evlərində, ofislərində axtarış aparılıb.

İyulda Moskvada etiraz aksiyaları hakimiyyətin bələdiyyə seçkilərində müstəqil namizədləri qeydiyyata almaqdan imtina etməsindən sonra başlayıb.

“27 iyul işi” – nümayiş iştirakçıları haqda misilsiz sərt hökmlər


More on JAMnews