60 min nəfərdən çox rusiyalı “Ədalətli seçki naminə” aksiyasına toplaşıb" />

Moskva: son 7 ilin ən izdihamlı etiraz aksiyası

60 min nəfərdən çox rusiyalı “Ədalətli seçki naminə” aksiyasına toplaşıb

Avqustun 10-da 60 min nəfərdən çox rusiyalı “Ədalətli seçki naminə” aksiyasına toplaşıb. Moskva şəhər Dumasına keçiriləcək seçkilərə müstəqil namizədlərin buraxımaması etirazlara səbəb olub.

Sübut olunub: bir il əvvəl rusiyalı jurnalistləri soyğun məqsədilə yox, araşdırmalarına görə öldürüblər

Əsas etiraz aksiyası Moskvada Saxarov prospektində baş tutub. Amma Sankt Peterburq, Novosibirsk, İjevsk, Rostov, Bryansk və digər şəhərlər də paytaxtı dəstəkləyib.

Moskvadakı mitinqdə məşhur müğənnilər, ədəbiyyatçılar, teleaparıcılar çıxış edib.

Hakimiyyətə yönəlik əsas tələblər əvvəlki aksiyalarda həbs olunanların hamısının azad edilməsi, qanunsuz həbslərdə günahkar olanların cəzalandırılması, polis özbaşınalığına son qoyulması, müstəqil namizədlərin seçkilərə buraxılması, Moskva merinin istefasından ibarət olub.

Moskvada mitinq başa çatandan sonra yüzlərlə insan Kremlin yaxınlığında yerləşən prezident administrasiyasının binasına doğru getməyə çalışıb. Polis kütləvi saxlamalar həyata keçirib.

Günün yekunu.

Moskvada 146, Sankt Peterburqda 86, Rostovda 11, Bryanskda 2 nəfər saxlanılıb.

Moskvada şəkər xəstəsi olan saxlanılanlardan birinə insulin verməyiblər. O, reanimasiyaya yerləşdiriləndən sonra da dindirilməsi davam etdirilib.


More on JAMnews