Ekspertlər xəbərdarlıq etmişdilər ki, bu krediti götürməyə dəyməz " />

Moskva Abxaziyaya nəhəng “dəmiryolu” kreditini qaytarmaq üçün 10 il möhlət verəcək

Ekspertlər xəbərdarlıq etmişdilər ki, bu krediti götürməyə dəyməz

fоtо: Dmitri Stateinov, JAMnews

Yaxın günlərdə Rusiya Dövlət Duması Abxaziya üçün çox mühüm məsələ ilə bağlı – yeddi il əvvəl Abxaziya dəmiryolunun təmiri üçün verilmiş böyük kreditin restrukturlaşdırılması haqda xüsusi sazişi ratifikasiya edəcək. Pulun qaytarılması üçün Abxaziyaya 10 il möhlət veriləcək.   

Bu kredit məsələsinin ətrafı sirlərlə bürünüb. 2010-cu ildə iki milyard rubl [təxminən 35 milyon dollar] aydın olmayan səbəblərlə və ilkin iqtoosadi analizlər olmadan götürülmüşdü.

Ən başından ekspertlər dəmiryolunun bərpası üçün kreditin götürülməsi ideyasını şübhə altına alırdı. Bildirirdilər ki, yolun özü çıxılmaz dalandır, yerli istehsal zəifdir, buna görə də bu yol vasitəsilə yük və sərnişindaşıma həcminin gəlir əldə edilməsi üçün yetərli olacağı perspektivini vəd etmir. Ekspertlər həmçinin xəbərdarlıq edirdilər ki, dəmiryolundan ciddi gəlir əldə etmədən belə böyük məbləğin, üstəlik də kredit üzrə faizin qaytarılması mümkün olmayacaq.

Bütün bu proqnozlar özünü doğrultdu. Ödənişlərin zamanı gəlincə, məlum oldu ki, Abxaziya üçün bu, çəkilməyəcək çilədir. 2017-ci ilin yazında Moskva kreditin bağlanmasını altı il uzatmağa, yəni 2029-cu ilə qədər ertələməyə razılaşdı, bu illər ərzində toplanmış faizlər də silindi. Nəticədə kredit üzrə illik ödənişlər azaldı, Abxaziya hər ay 316 milyon rubl əvəzinə 109 milyon rubl [təxminən 2,5 milyon dollar] ödəməli oldu.

Amma bu məbləğ də Abxaziya büdcəsi üçün ağır yükdür. Buna görə də prezident  Raul Xajimba şəxsən Rusiya prezidenti Vladimir Putindən borcun silinməsini xahiş etdi. Putin düşünəcəyinə söz verdi.

Görünən odur ki, borc tam silinməyib, amma ödəniş müddətini on il uzatmaq qərarı alınıb. İndi krediti 2032-ci ilə qədər qaytarmaq lazımdır.

Abxaziya parlamenti təbii ki, yekdilliklə kreditin restrukturlaşdırılmasının lehinə səs verib. Rusiya Dövlət Dumasının eyni addımı atacağı gözlənnilir və bütün bunlar artıq sadəcə formal məsələlərdir.

JAMnews 2010-cu ildə bu kreditin alınmasına imza atanların məsuliyyətə cəlb olunması məsələsinin gündəmə gəlmədiyi haqda yazmışdı. Biz abxaz jurnalist Anton Krivenyukun hekayəsini də danışmışdıq, o, ən başından dəmiryolu krediti ilə bağlı hazırlanan sazişin fırıldaq olduğunu bildirmiş və buna görə də Abxaziyada ona qarşı dərhal cinayət işi açılmışdı. Hələ də aktuallığını itirməyən şərh:

Məqalə müəllifinin istifadə etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər.  JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və  ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.


More on JAMnews