“Siz qorxdunuz – hökumət sizin korrupsiya sxemlərinizim qarşısını aldı”, - artıq keçmiş baş nazir Maya Sandu parlamentdə keçmiş oliqarxın tərəfdarlarına müraciət edərək bildirib" />

Moldovanın “antioliqarx” hökuməti cəmi 5 aylıq iqtidardan sonra niyə istefaya göndərilib?

“Siz qorxdunuz – hökumət sizin korrupsiya sxemlərinizim qarşısını aldı”, - artıq keçmiş baş nazir Maya Sandu parlamentdə keçmiş oliqarxın tərəfdarlarına müraciət edərək bildirib

Moldova parlamenti noyabrın 12-də keçirilən iclasda qərbyönlü baş nazir Maya Sandunun rəhbərliyi altında hökuməti istefaya göndərib – Moldovanın Ziarul de Gardă qəzeti məlumat verib. Cəmi beş ay əvvəl, 2019-cu ilin iyununda başlayan və Moldovanın qərbyönlü və rusiyayönlü qüvvələrə parçalanan siyasət meydanının birləşdirilməsini hədəfləyən eksperimenti süquta uğramış saymaq olar.

Moldovada hakimiyyət dəyişikliyi – bu necə baş verib?

Moldovanın baş oliqarxı necə qovuldu – video

İstefaya baş nazirin prokurorluq haqda qanuna dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüsü səbəb olub. Sandu təklif edib ki, baş nazir olaraq ona baş prokuror vəzifəsinə namizədi seçmək hüququ verilsin. 

Amma Moldovanın rusiyayönlü prezidentini dəstəkləyən Sosialist Partiyası onlarla ilkin məslləhətləşmələrin aparılmamasından qəzəblənib. Və qanun layihəsinin müzakirəsinin əvəzində hökumətə etimadsızlıq elan edilməsi təşəbbüsü ilə çıxış ediblər.

Gözlənildiyi kimi onları parlamentdəki müttəfiqləri – əvvəl iqtidarda olan Demokratik Partiyası dəstəkləyib. Bu partiyaya qərbyönlü Maya Sandunun rəhbərliyi ilə qərbyönlü qüvvələr hakimiyyətə gəldikdən sonra Moldovadan qaçan oliqarx Vlad Plaxotnyuk liderlik edir.

Nəticədə 101 deputatdan 63 nəfəri etimadsızlıq qərarının lehinə səs verib.

Səsverməyə qədər Maya Sandu parlamentə müraciət edərək bunları deyib:

“Siz qorxdunuz – hökumət sizin pul qazandığınız korrupsiya sxeminin qarşısını alıb. (Oliqarx) Plaxotnyuku dayandırmaq lazım idi və biz də dayandırdıq. Biz koalisiya yaratdıq ki, insanları diktaturadan xilas edək”.

Hökumətin istefası ilə bağlı səsvermədən sonra Sandu bildirib ki, “indi Moldovada, görünür ki, ikinci Plaxotnyuk yaranır”.

Moldovanın bir çox sakinləri dolanışıq üçün ölkəni tərk edir – valideynlərinin ardınca övladları

Qaqauzıstan — Moldova tərkibində rusiyayönlü muxtariyyət

Moldova ixracı – sərfəli qadağa

Moldovada rusiyayönlü oliqarxı və prezidenti hakimiyyətdən necə uzaqlaşdırdılar?

Bütün baş verənləri ekspertlər Moldovada yaşanan yeni siyasi böhran adlandırırlar.

Bundan əvvəlki 2019-cu ilin yayında, ölkədə eyni zamanda iki hökumət mövcud olduğu zaman yaşanmışdı. Bu, Moldovanın Konstitusiya Məhkəməsi rusiyayönlü prezident İqor Dodonu müvəqqəti olaraq vəzifədən kənarlaşdırandan sonra baş vermişdi.

O vaxt parlamentin buraxılması və yeni seçkilərin təyin edilməsi haqda fərman imzalanmışdı.

Amma buna gedib çatmadı, çünki hadisələrin qeyri-adi dönüşü baş verdi – İqor Dodonun Sosialist Partiyası avropayönlü ACUM alyansı ilə birləşdi və yeni hökuməti formalaşdırdı.

Yeni hökumətin baş naziri ACUM lideri Maya Sandu oldu. Amma köhnə hökumət dərhal istefaya getmədi və bir müddət Moldovada eyni zamanda iki hökumət mövcud oldu.

Daha sonra köhnə kabinet, nəhayət, hakimiyyətdən imtina etdi, Konstitusiya Məhkəməsi prezident İqor Dodonun səlahiyyətlərindən məhrum edilməsi və növbədəbkənar parlament seçkilərinin təyin edilməsi haqda öz qərarını ləğv etdi. Bunun ardınca isə Konstitusiya Məhkəməsinin bütün hakimləri istefa verdi.

Moldovada və ölkə hüdudlarından kənarda çoxları rusiyayönlü və qərbyönlü qüvvələrin qəribə alyansının uzunmüddətli olacağına ümid edirdi. Amma bu baş vermədi – alyans dağıldı.

Moldova prezidenti İqor Dodon və baş nazir Maya Sandu. İyun 2019 REUTERS/Valentyn Ogirenko

Bundan sonra nə olacaq?

Moldova prezidenti, Sosialist Partiyasının lideri İqor Dodon öz növbəsində Maya Sandunu məqsədyönlü şəkildə hökumətin süqutunu “təşviq etməkdə” günahlandırıb.

Dodon deyib ki, əgər Sosialist Partiyası və qərbyönlü ACUM bloku razılığa gələ bilməsə, o zaman o özü baş nazir vəzifəsinə namizəd irəli sürəcək.

“Siyasətdən uzaq birini baş nazirliyə təklif edəcəm”, – İqor Dodon bildirib.

Moldova Konstitusiyasına əsasən, hökumət etimadsızlıq votumundan yeni hökumət üzvlərinin andiçmə mərasimi baş tutana qədər, amma məhdudlaşdırılmış rejimdə – xarici siyasətlə və qanunvericilik təşəbbüsü ilə bağlı qərarların qəbulu haqqı olmadan çalışır.

Parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra prezident baş nazir kürsüsünə yeni namizədi irəli sürəcək və o da təsdiq üçün öz kabinetini və proqramını təsdiq üçün parlamentə təqdim edəcək.

Amma əgər üç ay ərzində parlament yeni hökumətə səs verməsə, prezident parlamenti buraxa və qanunvericilik orqanına növbədənkənar seçki elan edə bilər.

Beynəlxalq reaksiya

Rumıniya baş naziri Lüdovik Orban Moldova parlamentinin qərarını şərh edərkən bildirib ki, “Sandu hökumətinə qarşı istənilən addım Moldovanın Avropa yolu ilə bağlı ciddi suallar doğurur”.

Moldovadakı siyasi vəziyyətə Avropa İttifaqı da reaksiya verib.

“Moldova Respublikasının hökumətinə Baş prokurorun təyinatı prosesi ilə bağlı məsələlər üzrə etimadsızlıq votumunun irəli sürülməsi ölkədə islahatlar prosesi üçün həyəcanverici siqnaldır”, Aİ-nin rəsmi məlumatında deyilir.


More on JAMnews