]“Spitnik-Moldova”nın rəhbəri ölkənin bank sistemindən milyard dollar oğurlanması ilə bağlı səs-küylü iş üzrə ittiham olunur" />

Moldovada Rusiyaya aid informasiya agentliyinin yerli nümayəndəliyinin rəhbəri dindirilib və buraxılıb

]“Spitnik-Moldova”nın rəhbəri ölkənin bank sistemindən milyard dollar oğurlanması ilə bağlı səs-küylü iş üzrə ittiham olunur

ვლადიმირ ნოვოსადიუკი Vladimir Novosadyuk

Moldovada “Sputnik-Moldova” informasiya agentliyinin baş direktoru Vladimir Novosadyuk dindirilməyə çağırılıb.

Moldovanın “Newsmaker” nəşri xəbər verir ki, sentyabrın 17-də Korrubsiya Əleyhinə Prokurorluq onun evində axtarış aparıb. Novosadnyuka qarşı dələduzluq və çirkli pulların yuyulması ilə bağlı ittiham irəli sürülüb. Saxlanılandan dərhal sonra onu ölkəni tərk etməmək haqda iltizamı imzaladaraq buraxıblar.

Moldova Rusiya təbliğatını pauzaya qoyur

Moldovada hakimiyyət necə dəyişib? 

Novosadyuk Moldovanın bank sistemindən bir milyard dolların oğurlanması ilə bağlı cinayət işi üzrə ittiham olunur.

Novosadyuk biznesmen İlan Şorun yaxın adamı hesab edilir. Şor eyni adlı “Şor” partiyasının lideridir, 2017-ci ildə Kişinyov məhkəməsi tərəfindən bank maxinasiyaları işində təqsirli bilinərək 7,5 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmdən apellyasiya şikayəti verilib və hələlik iş apellyasiya instansiyasında araşdırılır. Ona Moldova ərazisini tərk etmək qadağası qoyulub. 

2019-cu ilin fevralında Şor parlament deputatı seçilib. Amma 2019-cu ilin iyununda Moldovada hakimiyyət dəyişəndən sonra ölkəni tərk edib, haqqında beynəlxalq axtarış elan edilib və deputat toxunulmazlığından məhrum edilib.

“Sputnik-Moldova” rəhbəri Vladimir Novosadyukun və onun hıyat yoldaşı Rita Svikin adı 2014-cü il hadisələri ilə bağlı istintaqda hallanır. Bu zaman ölkənin bütün bank aktivlərinin demək olar ki, üçdə bir hissəsinə sahib olan üç Moldova bankı – “Banca de Economii”, “Banca Sociala” və “Unibank” bir milyard dollara yaxın vəsaiti ölkədən çıxarıb. Banklar ləğv edilib, əmlakları satışa çıxarılıb. Moldovanın Milli Bankının qərarı ilə vəziyyətin araşdırılması ilə 2015-ci ildə “Kroll” və “Steptoe & Johnson LLP” beynəlxalq şirkəti məşğul olmağa başlayıb.

“Sputnik” Rusiyanın dövlət xəbər agentliyidir. Müxtəlif ölkələrdə, o cümlədən də ABŞ-da, Avropa İttifaqı və postsovet ölkələrində nümayəndəlikləri var.


More on JAMnews