«Mənim üçün hazırda istefaya getmək ən asanıdır. Bu, ən sadə çıxış yoludur... bu, mənim məsuliyyətdən qaçmağım olardı", - o bildirib" />

Mitinqi rezin güllələrlə dağıtmış Gürcüstan DİN başçısı istefaya hazırlaşmır

«Mənim üçün hazırda istefaya getmək ən asanıdır. Bu, ən sadə çıxış yoludur... bu, mənim məsuliyyətdən qaçmağım olardı", - o bildirib

Giorgi Qaxariya. Foto: ghn

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya bildirib ki, iyunun 20-də parlamentin yaxınlığında aksiyanın dağıdılması məcburi və legitim tədbir idi, belə ki, mitinq iştirakçıları parlamentə hücum etməyə hazırlaşırdılar.

Bu barədə o, “TV Pirveli” yelekanalına saat yarımlıq müsahibəsində danışıb.

Bundan başqa, nazir bildirib ki, onun səhvi xüsusi vasitələrdən istifadə haqqında əmrin çox gec verilməsindən ibarətdir.

Bütün söhbət boyunca nazirin yanlışlıqla İrma adlandırdığı tanınmış jurnalist İnqa Qriqoliyaya müsahibəsində Qaxariya bir neçə dəfə vurğulayıb ki, istefaya getməyə hazırlaşmır.

«Mənim üçün hazırda istefaya getmək ən asanıdır. Bu, ən sadə çıxış yoludur… bu, mənim məsukiyyətdən qaçmağım olardı», — o bildirib.

Facebook-trollar və saxta mediasaytlar. Hakimiyyət mitinqçilərlə necə mübarizə aparır

Tbilisidə etirazlar və onların sərt dağdılması baş verdi. Bütün bunlar nə deməkdir və nə gğzləmək olar?

Tbilisidə etirazlara səbəb olmuş rusiyalı pravoslav kommunist kimdir

Dost, yoxsa işğalçı?

Onun istefasını tələb edən gənclik “səmimi şəkildə öz mövqeyini ifadə edir”, lakin “onlar dərk etmirlər ki, dövlət qulluğunda olmaq və dövlətin maraqlarına xidmət etmək nə deməkdir”, nazir deyib:

«Onlar anlamırlar ki, son 30 ildə bir neçə dəfə hücumla ələ keçirilən parlamentə üçüncü dəfə fiziki şəkildə, qrup halında, sistemli və təşkil olunmuş tərzdə hücum edirlər», — “Novosti-Qruziya” nazirin sözlərindən sitat gətirir.

O, həmçinin deyib ki, ona qarşı işğala qarşı mübarizə pərdəsi altında konkret müxalif siyasətçilər mübarizə aparırlar.

Əvvəlcə parlament qarşısındakı aksiya dinc idi, lakin sonradan “dinc vətəndaşların legitim etirazı”ndan lideri eks-prezident Saakaşvili olan müxalif “Milli hərəkat” partiyası öz inqilabi məqsədləri üçün istifadə etdi.

Qaxariya deyib ki, parlamentin önündə polis müdafiəsiz qalmışdı, belə ki, mitinq iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarından qlxanları alaraq, onların üstünə butulkalar və digər əşyalar atırdılar.

Nazir aksiyanın dağıdılması vaxtı mitinq iştirakçılarına qarşı polisin ayıları və digər iri heyvanları qorxutmaq üçün nəzərdə tutulmuş rezin güllələrdən istifadə etməsi barədə iddiaları “yalan” adlandırıb.

O etiraf edib ki, xüsusi təyinatlıların öz səlahiyyətlərini aşdığı tək-tük hallar olub:

«Kimisə nişan alan xüsusi təyinatlıya baxmaq mənim üçün də çətindir».

Nazir bu halları araşdıracağına və günahkarların cəzalandırılacağına söz verib.

Jurnalist maraqlanıb ki, onun mitinqin dağıdılması barədə fikirləri ilə keçmiş baş nazir və ölkənin qeyri-formal lideri, hakim “Gürcü arzusu” partiyasının başçısı Bidzina İvanişvili razıdırmı.

«Qismən razıdır, qismən yox. Bunun legitim cavab olması ilə o razılaşır. Lakin o, bunu da görür ki, səlahiyyətlərin aşılması halları olub və onları araşdırmaq lazımdır», — Qaxariya deyib.

________________________

Qaxariyanın istefası tələbi ilə mitinqdə belə plakatlar qaldırılır. Qapalı göz rezin güllələrlə mitinqin dağıdılması vaxtı gözünü itirmiş şəxsləri simvolizə edir.

Nazirin müsahibəsi “Facebook”da geniş tənqid dalğası ilə qarşılaşıb.

“O, Pinokkio olsaydı, heç rezin güllələrsiz də – burnu ilə – gözlərimizi deşərdi”, – istifadəçilərdən biri yazıb.

Nazir “TV Pirveli”nin studiyasını tərk edərkən müsahibənin bitməsini gözləyən kütlə onu fitə basıb.

Nazirin müsahibəsinə etiraz aksiyasının iştirakçıları da böyük ekranda baxıblar və fit çalaraq qışqırıblar: “Get”, “Yalançı”, “Qaniçən”.

Onların fikrincə, nazirin ən böyük yalanı giya polisin aksiyanın dağıdılmasından əvvəl mitinq iştirakçılarını xəbərdar etməsi olub.

«Belə bir şey olmayıb və bunu hamı təsdiq edər. Biz onun istefası tələbi ilə mitinqləri yeni qüvvə ilə davam etdirəcəyik və bu ikiüzlü müsahibədən sonra bizim sayımız çoxalacaq», — mitinq təşkilatçılarından biri, “Forbes Georgia”nın redaktoru Şota Diqmelaşvili deyir.

Tbilisidə etiraz aksiyaları iyunun 20-də başlayıb. Minlərlə insan Tbilisiyə Parlamentlərarası pravoslav assambleyanın iclasına gəlmiş RF Dövlət Dumasının deputatı Sergey Qavrilovun gəlişinə özlərinin mənfi münasibətini bildirmək üçün küçəyə çıxmışdı.

Gürcüstan vətəndaşlarının hiddətinə o səbəb olmuşdu ki, parlamentin iclas zalında keçirilən assambleyanı hamının gözü qarşısında Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini dəstəkləmiş Qavrilov rus dilində açıb. Bu zaman o, spikerin kreslosunda əyləşib.

Parlament binasının qarşısında minlıərlə insan toplaşaraq hakimiyyətə sual ünvanlayıblar: “İşğalçı ölkənin deputatı hansı cürətlə Gürcüstan parlamentinin spikerinin kreslosunda oturub?”

İyunun 21-də səhər erkən polis xüsusi təyinatlıları aksiyanı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə etməklə dağıdıb. 200-dən çox insan xəsarət alıb, iki nəfər gözünü itirib, bir nəfər indiyə kimi rezin güllə başına dəyən aman aldığı xəsarətə görə süni tənəffüs aparatına qoşulu vəziyyətdə qalır.

İyunun 21-də günorta Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib. İyunun 24-də hakimiyyət mitinqçilərin daha bir tələbini yerinə yetiriblər – 2020-ci ilin parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi qərara alınıb.

Hazırda aksiya iştirakçılarının əsas və yeganə tələbi artıq üç həftədir ki, din-in başçısı Giorgi qaxariyanın istefası olaraq qalır.

İyunun 2-dən başlayaraq, hər gün aksiyalar Tbilisidə parlamentin önündə, həmçinin ölkənin digər şəhərlərində – Kutaisidə, Qoridə, Batumidə keçirilir. Müxalifət həmin gecənin hadisələrini “cəza əməliyyatı” adlandırır. Etirazçılar, həmçinin yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bildirirlər ki, polis aksiyanın dağıdılması üçün gecdən istifadə ediləcəyi ilə bağlı xəbərdarlıq etməyib. İddia olunur ki, polis əməkdaşları mitinq iştirakçılarını nişan alaraq atəş açıblar və bu zaman iri heyvanların qorxudulması üçün nəzərdə tutulmuş rezin güllələrdən istifadə ediblər.

Bununla bərabər, Qaxariya bəyan edir ki, polis legitim hərəkət edib, parlamentin ələ keçirilməsinin və dövlət çevrilişi cəhdinin qarşısını alıb. Bundan başqa, prokurorluq səlahiyətlərdən sui-istifadə hallarının araşdırılmasına başlayıb.


More on JAMnews