Qurbanı ictimai şəkildə üzr istəməyə və üzünü sidiklə yumağa məcbur ediblər. Müvafiq video-görüntülər sosial şəbəkədə yayılıb" />

Marneuli meri qeyri-insani davranışa görə həbs olunub

Qurbanı ictimai şəkildə üzr istəməyə və üzünü sidiklə yumağa məcbur ediblər. Müvafiq video-görüntülər sosial şəbəkədə yayılıb

Marneuli meri Temur Abazov vətəndaş E.A-ya qarşı qrup şəklində qeyri-insani davranışda, onun alçaldılmasında iştiraka görə həbs olunub. İstintaqı Kvemo Kartli prokurorluğu aparır.

Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili və Marneuli meri Temur Abazova qarşı senzuradan kənar ifadələr səsləndirən vətəndaş E.A. zorakılıq qurbanı olub. Bu haqda informasiyanı iyunun 12-də Marneuli İctimai Radiosu və Monitor Studiyası yayıb.

E.A. bir neçə gün əvvəl “Öldürmə!” aksiyasında çıxışı zamanı İvanişvili və Abazovu təhqir edib. Onun bu şəxslərin ünvanına söyüş söydüyünü əks etdirən video-görüntülər sosial şəbəkələrdə yayılıb. Daha sonra onu əvvəlcə ictimai şəkildə üzr istəməyə, ardınca da öz sidiyi ilə üzünü yumağa məcbur ediblər. Hadisənin videosu sosial şəbəkədə yayılıb. Üstəlik E.A öz üzrxahlığında qiyabi şəkildə təhqir etdiyi şəxslərin soyadı əvəzinə 41 rəqəmini – hakim “Gürcü arzusu” partiyasının seçki kampaniyasında iştirak etdiyi nömrəni səsləndirib.

Gürcüstan mediasının yaydığı məlumatlarda deyilir ki, E.A.-nı “cəzalandırmaq” əmri Marneuli meri Temur Abazovdan gəlib. İnsan ləyaqətini alçaldan əməldə şəxsən o və “Gürcü arzusu” partiyasının yerli nümayəndələri də iştirak edib. Abazovun özü bunu inkar edir.

“Mənim xəbərim yoxdur. Videonu görməmişəm. Bu adamı tanımıram. Baş verənləri görmədiyimə və bu haqda eşitmədiyimə çox şadam. Bu çəkilişə baxmaq fikrində deyiləm, ehtimal edirəm ki, bu, xoş deyil”, – Abazov “Monitor Studiyası”na bildirib.

ძალადობა მარნეულში

მოქალაქე, რომელმაც პარლამენტთან აქციაზე ბიძინა ივანიშვილს და მარნეულის მერს აგინა, ძალადობის მსხვერპლი გახდა. გავრცელდა ვიდეოები, სადაც ეს მოქალაქე ბოდიშს იხდის და სახეზე სავარაუდოდ შარდს ისვამს

Posted by სტუდია მონიტორი on 2018 წლის 12 ივნისი, სამშაბათი

Jurnalistlər ehhimal olunan qurbanla görüşə bilməyib. O, polis idarəsinə gətirilib və jurnalistlərin onunla görüşmək imkanı olmayıb.

Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin “insan ləyaqətinin məhv edilməsini” və ya “qeyri-insani davranışı” nəzərdə tutan 144-3 maddəsi ilə cinayət işi qaldırılıb. Amma hazırda işi Kvemo Kartli prokurorluğu araşdırır.


More on JAMnews