Oyub Titiyev narkotik saxladığına görə ittiham olunmuşdu. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyblar" />

Məşhur çeçen hüquq müdafiəçisini həbsdən vaxtından əvvəl azad etdilər

Oyub Titiyev narkotik saxladığına görə ittiham olunmuşdu. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyblar

Məşhur çeçen hüquq müdafiəçisi Oyub Titiyev artıq 10 gündən sonra vaxtından əvvəl azadlığa çıxacaq. Çeçenistan məhkəməsi belə qərar verib.

“Memorial” hüquq müdafiə təşkilatının Çeçenistan şöbəsinin rəhbəri Titiyev uğrunda jurnalistlərin və fəalların mübarizəsi onun 2019-cu ilin mart ayında həbs edilməsi anından başlamışdı. Onu narkotiklərin saxlanmasında ittiham etmiş və dörd il müddətinə azadlıqdan məhrum etmişdilər.

Qorxudulmuş valideynlər özladlarından imtina edirlər – Çeçenistanda artıq yalnız hüquq müdafiəçilərini və LGBT-ni deyil, yeniyetmələri də izləyirlər

İyunun 9-da məhkəmə qərara alıb ki, “bütün həbs müddətinin çəkilməsinə səbəb yoxdur”. Vəkil Pyotr Zaikin «Novaya qazeta»ya bildirib ki, məhkəmə qərarı 10 gündən sonra qüvvəyə minəcək və beləliklə, hüquq müdafiəçisi iyunun 21-də azadlığa çıxacaq.

Bu işin təfərrüatları barədə daha ətraflı.

Foto: Hüquq müdafiəçisi Oyub Titiyev. Foto: Olqa Bobrova / «Novaya qazeta»

Hüquq müdafiəçisinin həbsdən azad edilməsini hətta Çeçenistan başçısı Ramzan Kadırov da alqışlayıb.

“Cəza islah və insanın azadlığa qayıtması aləti olmalıdır … onu residivistə çevirməməlidir. Əgər məhkəmə elə birinci dəfədən Titiyevi vaxtından əvvəl azad etməyi mümkün hesab edibsə, əminəm ki, bütün təfərrüatlar öyrənilib və obyektiv qərar çıxarılıb», — o, sosial şəbəkələrdə yazıb.

Məşhur hüquq müdafiəçisi nədə islah olunmalı idi?

Oyub Titiyev 2018-ci ilin yanvar ayının 9-da Çeçenistanda stomatoloqun qəbuluna gedərkən saxlanılıb. Polis əməkdaşları hüquq müdafiəçisinin maşınında guya içərisində 200 qram marixuana olan paket aşkarlayıblar. O, özünü təqsirli bilməyib.

2019-cu ilin martında məhkəmə Oyub Titiyevi iri həcmdə narkotik maddələr saxladığı ittihamı ilə dörd il müddətinə cəzasını məntəqə tipli həbsxanada çəkməklə azadlıqdan məhrum edib.

Məhkəmədə son sözündə Titiyev bildirib ki, təqsirsizdir və onun barəsində aparılan cinayət işi hüquq müdafiə fəaliyyəti ilə bağlıdır.

Müdafiə tərəfi iddia edir ki, nerkotikləri onun maşınına bilərəkdən atıblar, cinayət işi isə “Memorial”ın araşdırma və hüquq müdafiə fəaliyyətini dayandırmaq məqsədilə siyasi motivlərlə saxtalaşdırılıb.

Məşhur rusiyalı və beynəlxalq xadimlər dəfələrlə Titiyevin müdafiəsinə qalxıblar, onun cinayət işinə xitam verilməsi tələbi ilə Avropa Parlamenti və ABŞ Dövlət Departamenti çıxış ediblər.

“Amnesty International”, “Memorial” və “Humans Rights Watch” hüquq müdafiə təşkilatları Titiyevi siyasi məhbus kimi tanıyıblar.


More on JAMnews