Salome Zurabişvili təhdidlərin arxasında müxalifətin dayandığına əmindir" />

“Məni və övladlarımı ölümlə təhdid edirlər” – Gürcüstan prezidentliyinə hökumətyönlü namizəd iddia edir

Salome Zurabişvili təhdidlərin arxasında müxalifətin dayandığına əmindir

Salome Zurabişvili övladları – Ketevan və Teymuraz Qorcistanla

Hakimiyyətin dəstəklədiyi prezidentliyə namizəd Salome Zurabişvili fövqəladə brifinqdə bildirib ki, onu övladlarını öldürməklə təhdid edirlər.

Namizədin sözlərinə görə, o və övladları telefon təhdidini “Milli Hərəkata” yaxın olan hərbçilər tərəfindən alıblar.

Salome Zurabişvili kimdir? – Gürcüstanda iqtidar partiyasının ilk məğlubiyyəti

Gürcüstan prezidentini seçir – son dəfə ümumxalq səsverməsi ilə

“Onlar bizim ünvanımıza çox naxoş ifadələr işlədirdilər: “Alınızdan güllə çaxarıq”, “Qanınızı içərik””, – Zurabişvili deyib. Onun sözlərinə görə, bu, real təhdid olub və hüquq-mühafizə orqanları baş verənlərə operativ reaksiya verməlidir.

Prezidentliyə namizəd bildirib ki, həmsöhbətlər identifikasiya edilib, onlar müxalif “Milli Hərəhatla” əlaqəli olan hərbçilərdir

Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri baş tutub. Seçkilərin nəticələrinə görə, ikinci tur təyin edilib və dekabrın 2-ə qədər baş tutması ehtimal olunur. Dəqiq tarix hələ elan olunmayıb.

 

Hakimiyyətyönlü namizəd Salome Zurabişvili və müxalifətçi Qriqol Vaşadze birinci turda demək olar ki, bərabər sayda səs qazanıblar – müvafiq olaraq 38,4% və 37,73 faiz.

 

“İstənilən dövlət üçün qadının və uşaqların təhdid edilməsi, hərbçilərin, yəni ləyaqət və kişilik rəşadətinin rəmzi olan qüvvənin manipulyasiya olunması rüsvayçılıqdır”, – Zurabişvili vurğulayıb.

 

Zurabişvilinin sözlərinə görə, onun başına gələnlər Gürcüstanda gərginliyə və nifrətin qızışdırılmasına doğru atılan növbəti addımdır. O bildirib ki, bütün bunların arxasında daxili və xarici liderləri, tele-aparıcıları ilə birlikdə “Milli Hərəkat” və onların tərəfdarları dayanır. [Xarici lider deyəndə Zurabişvilinin hazırda Hollandiyada yaşayan və seçki kampaniyasında “distant” iştirak edən Mixail Saakaşvilini nəzərdə tutduğu ehtimal olunur  — JAM-news].

Prezidentliyə namizədin sözlərinə görə, aldığı təhdidlərlə bağlı o, artıq Daxili İşlər Nazirliyinə və digər strukturlara müraciət edib ki, vəziyyətin stabilliyini pozmaq cəhdlərinin qarşısı zamanında alınsın.

 


More on JAMnews