Gürcüstanda qadın hərəkatının təmsilçiləri 8 martı transgender qadınlarla həmrəylik aksiyası keçirərək qeyd ediblər" />

“Mən qadınam!” – 8 mart Tbilisidə. Foto

Gürcüstanda qadın hərəkatının təmsilçiləri 8 martı transgender qadınlarla həmrəylik aksiyası keçirərək qeyd ediblər

Tbilisidə beynəlxalq qadınlar günü transgender qadınların hüquqlarını müdafiə aksiyası ilə qeyd olunub.

“Mən qadınam – qəbul edin!” aksiyası Ədliyyə Evi qarşısında baş tutub. Aksiya iştirakçıları şəxsiyyəti təsdiq edən sənədlərdə cinsiyyətini dəyişmək haqqı tələb ediblər.

Transgender qadınlar hesab edirlər ki, pasportda onların özlərini hiss etdikləri cinsin əksi qeyd olunduğu zaman onların hüquqları pozulur.

Miranda Paqava, transgender qadın, ictimai fəal:

“Bu gün məndə xoş assosiasiyalar doğurur. Düşünürəm ki, bütün qadınlar 8 martı qeyd etməlidir. Bu gün bayramı öz çevrəmizdə qeyd etmək niyyətindəyik. Çoxlu təbrik, hədiyyə almışam bu gün. İstənilən qadın kimi mən də bu gün diqqət mərkəzindəyəm”.

___

Aia Beraia, gender məsələləri üzrə ekspert, feminist hərəkatının fəalı:

“Əslində 8 mart bayram deyil, qadınların patriarxatla mübarizə günüdür. Bir çox dövlətlər, cəmiyyətlər, mədəniyyətlər bu gün də patriarxaldır. 8 mart isə qadınları öz haqlarının məhdudlaşdırılmasına qarşı təşkilatlanmış şəkildə etiraz etdiyi bir gündür”.

___

Anna Subeliani, ictimai fəal: 

“Uşaqlıqda bu günün əsl mənasını anlamırdım və bu gün məndə hər addım başı hədiyyə olunan bənövşələrlə assosiasiya olunurdu. Reallıqda isə bu, bizim bir-birimizə vəziyyət nisbətən yaxşılaşsa da, hələ çox işimizin olduğunu xatırlatdığımız gündür. Qadınlar arasında ən hüquqsuzları transgender qrupudur və biz bu gün məhz onlarla həmrəylik ifadə etmək üçün toplaşmışıq. Transgender qadınlar istənilən insan kimi tam mənalı həyat sürmək, işlə təmin olunmaq, ailə qurmaq haqqına sahibdir”.

___

Beka Qabadadze, LGBT fəalı:

“8 mart ilk növbədə qadınların işləmək hüququ ilə bağlı olan gündür. Hesab edirəm ki, biz qadınların ev təsərrüfatı ilə məşğul olarkən sərf etdikləri əmək haqda düşünməliyik. Bu, təbii bir şey hesab olunur. Bu məsələyə ictimaiyyətin münasibətini dəyişmək lazımdır və qadın əməyinin yenidən dəyərləndirilməsi 8 martın diqqət mərkəzində olmalıdır”.

___

Mari Kurtanidze, ictimai fəal:

“Çox istəyərdim ki, 8 mart bütün qadınlar üçün bu gün hökm sürən, içində yaşadığımız hüquq bərabərsizliyinin bizim mübarizəmiz olmadan bitməyəcəyinin xatırlatması olsun. Mənim üçün hər gün mübarizədir, amma 8 martda bizim etirazımız xüsusilə möhkəm səslənməlidir. Bu il Qadınlar Hərəkatı səs çoxluğu ilə transgender qadınların problemlərinə həsr olunmuş aksiya keçirmək qərarına gəldi. Onların Gürcüstandakı vəziyyəti hədsiz ağırdır. Buna görə də transgender qadınlarla həmrəylik aksiyası keçirdiyimiz hazırkı 8 mart mənim üçün tamamilə xüsusi gündür”.


More on JAMnews