Elina Hacıyevanın valideynləri 100 min manat kompensasiya tələb edirlər" />

Məktəbli qızın intiharı – məktəb direktorunun məhkəməsi başlayıb

Elina Hacıyevanın valideynləri 100 min manat kompensasiya tələb edirlər

Şagirdlərdən birinin ölümündə məsuliyyətli hesab edilən məktəb direktoru Sevinc Abbasovanın işi üzrə məhkəmə prosesində hazırlıq iclası keçirilib.

• Gürcüstan məktəblərində bullinq haqda: digərlərindən fərqlənməyin bədəli

• Ermənistan kəndləri üçün uşaq bağçaları niyə əlçatmazdır?

14 yaşlı Elina Hacıyeva 2019-cu il aprelin 4-də məktəbin pəncərəsindən özünü ataraq intihar edib. Digər şagirdlərin onu mütəmadi qısnaması, məktəb direktoru və müəllilərinin isə buna heç bir reaksiya verməməsi faciəyə səbəb olub. Bu mısələ bütün ölkədə geniş rezonans doğurub.

Elinanın intiharının təfərrüatları

Elina pəncərədən özünü atanda direktor təcili yardım çağırmayıb, bunun əvəzinə yaralı uşağı öz otağına apararaq, iki saat orada saxlayıb. Rayon İcra Hakimiyyətinin yeniyetmələrlə iş üzrə komissiya sədri ilə birlikdə Elinanı sorğu-suala tutaraq, onun atdığı addımın səbəbilə bağlı istədikləri cavabları almağa çalışıblar. Və bütün bunlar videoya çəkilib.

Daha sonra nəhayət, Elinanı xəstəxanaya aparıblar, orada o, iki gün sonra aldığı xəsarətlərdən vəfat edib.

Həkimlər valideynlərini qızın yanına buraxmayıblar və bildiriblər ki, uşağın vəziyyəti normaldır.

Əvəzində məktəb rəhbərliyi və yerli İcra Hakimiyyəti nümayəndələri reanimasiyaya buraxılıblar. Onlar yenidən Elinanı atdığı addımın səbəbilə bağlı sorğu-suala tutublar.

Bütün bunlar sosial şəbəkələrdə yayılıb, qəzəbli insanlar ədalət tələb etməyə başlayıblar.

Hadisənin nəticələri

Direktor Sevinc Abbasova, onun müavini və məktəb psixoloqu işdən azad edilib. Əvvəlcə “intihar həddinə çatdırma” maddəsilə cinayət işi qaldırılıb, amma sonra bu işə xitam verilib. Direktora qarşı iki maddə üzrə ittiham irəli sürülüb – “səhlənkarlıq” və “təhlükədə qoymaq”.

Sevinc Abbasova haqqında ev dustaqlığı qərarı çıxarılıb.

Elinanın valideynləri, həmçinin cəmiyyətdə çoxları hesab edirdilər ki, daha ciddi tədbirlər görülməlidir. Bundan başqa, onlar uğursuzca həkimlərin, məktəb psixoloqunun və sinif rəhbərinin cəzalandırılmasını tələb edirdilər.

Yekunda müttəhimlər kürsüsündə yalnız məktəb direktoru əyləşib.

İlk iclas

Məhkəmə prosesi açıq olsa da, jurnalistlərin çoxu məhkəmə zalına buraxılmayıb.

İclasdan sonra Elinanın valideynlərinin vəkilləri bildiriblər ki, istintaqın yenidən başlanması və məktəb direktounun həbs edilməsi haqda vəsatət qaldırıblar.

Direktor öz növbəsində ittihamları rədd edib və cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb.

Məhkəmə bütün bu vəsatətləri rədd edib və yalnız Elinanın valideynlərinin 100 min manat [təxminən 59 min dollar] kompensasiya tələbi ilə bağlı vəsatətini qəbul edib. Onlar bu tələbi şəxsən Sevinc Abbasovaya və Təhsil Nazirliyinə qarşı irəli sürüblər.

Növbəti məhkəmə iclası sentyabrın 18-ə təyin edilib.


More on JAMnews