Metafizika, sekulyarizm, şalvar və aftafa haqqında " />

Rəy: Şort geyinən adamlar

Metafizika, sekulyarizm, şalvar və aftafa haqqında 

Şort geyinən adamlar həmişə daha uğurlu olur. İndi mətni üzərindən oxuduğunuz noutbuk, smartfon və ya planşeti şort geyinən insanlar icad ediblər. Mikroprosessor, vinçester, əməliyyat sistemini də şort geyinən insanlar fikirləşiblər.

Elektron poçtu, messencerlər və sosial şəbəkələri də məhz onlar icad ediblər.

Daha öncə isə – penisilin, peyvəndlər və voterklozeti yaradıblar.

Məhz şort geyinən insanların sayəsində biz cəmi 25 il deyil, orta hesabla 70 il yaşayırıq.

Hər şeyə, ələlxüsus da şort məsələsinə burunlarını soxan şalvar geyinənlər isə aftafadan başqa heç nə icad etməyiblər.

Fluton paroxod, Jillett təhlükəsiz ülgüc, şahzadə Albert Ümumdünya sərgisini, Eyfel qüllə düzəldib, Armstronq – “bəşəriyyət üçün kiçik bir addım atıb. Şalvar geyinən insanların isə aftafası olub.

Birinci Ümümdünya Sərgisinin Büllur Sarayında çılpaq yunan fiqurları nümayiş olunanda dindarlara üzünü tutaraq, ciddi narazılıq edən arxiyepiskop Kenterberiskini eşidən olmayıb.

Beləliklə, sekulyar dövlət daha effektivdir. Bu heç də o demək deyil ki, ətrafda hər kəs allahsız olmalıdır, axı barışmaz ateizimin özü də mahiyyətcə dindir. Kifayətdir ki, bir insanı digər insanın necə geyinməsi, nə yeməsi və kiminlə yatıb-durması narahat etməsin. Bəşəriyyət artıq barışmaz xristianlıq, islam, ateizmlə üzləşib, amma barışmaz aqnostiklər hələ ki olmayıb. Yəqin ona görə ki, “Şübhə edin! sözü ilə başlayan moizə axmaq səslənərdi.

Beləliklə, əgər dövlət sekulyarizm yolundan çıxırsa, aclıq, məişət zorakılığı, total qorxu, alçaldılma və pokemonların kütləvi güllələnməsi kimi bəlalarla üz-üzə gəlməyə hazır ol.

İnam mücərrəd anlayışdırsa, din (gəlin hər şeyi öz adı ilə çağıraq) siyasi məfhumdur. Şort ilk baxışdan maddi görünsə də, əslində mücərrəd anlayışdır. Şort beyindədir. Siz şalvar və ya ətək də geyinə bilərsiz, amma şort yumor hissi, fikir yürütmə cəsarəti və cızılmış cığırla getməmək bacarığıdır.

Çox güman ki, Əzəli və Əbədi Şortlar Fulton, Jillett, Şahzadə Albertin beynində, dostumuz Armstronqun isə real, metafizik deyil, əsl şortları skafandrının altında olub.

Həmin bu şortlar aftafanı icad edən adı məlum olmayan oğlanın da beynində dolaşıb.

Facebook Comments

More on JAMnews