Çeçen liderinin qonaqpərvərliyi, misirli hücumçunun İngiltərə karyerasında ciddi problemlər yaradacaq " />

Məhəmməd Salahın çeçen macəraları. Kadırovla selfi, bayram süfrələri və s.

Çeçen liderinin qonaqpərvərliyi, misirli hücumçunun İngiltərə karyerasında ciddi problemlər yaradacaq

REUTERS/Darren Staples

Misir parlamenti ölkə yığmasının futbol üzrə dünya çempionatında biabırçı məğlubiyyətini araşdırmağa başlayıb. Bu barədə «Al-Arabia» teleşirkəti məlumat verib.

İstintaqı parlamentin gənclər və idman üzrə komitəsi aparır. Misir deputatlarının bir sıra sualları Çeçenistan prezidenti Ramzan Kadırova ünvanlanıb.

Misir yığması, qrup mərhələsində hər üç oyunu uduzaraq qrupu sonuncu başa vurub və turniri tərk edib.  

Misir parlamentinin deputatlarını keçiriləcək oyun meydanlarının  Çeçenistandan yetərincə uzaq olmasına baxmayaraq, yığmanın niyə Çeçenistanda yerləşib, Qroznıdakı stadionda məşq etməsi maraqlandırır. Deputatları həm də Çeçenistanda nələrin baş verdiyi maraqlandırır. Necə oldu ki, Misir futbolçuları siyasətə qarışdılar. Niyə Çeçenistan prezidenti Ramzan Kadırov Misir yığmasının məşqlərində iştirak edirdi? Nə üçün yığmanın ən yaxşı oyunçusu, İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah birdən Çeçenistanın fəxri vətəndaşı adını aldı və məhz şəxsən Kadırovdan? Necə oldu ki, Salah və başqa oyunçular prezident sarayında bayram süfrəsində iştirak etdilər. «Bununla da Salahın İngiltərədə karyerası, nüfuzu zərbə altında qaldı», – «Al Arabia» misirli deputatdan sitat gətirir.

“Liverpul”un 26 yaşlı hücumçusu, başa çatmış İngiltərə birinciliyində ən yaxşı bombardir olan  Məhəmməd Salah vətənində əfsanəvi fiqurdur. Buna görə də hücumçunun adı çəkildiyi qalmaqal Misirdə çox populyar mövzuya çevirilib.  

Misirli siyasətçilər həmçinin hesab edirlər ki, yığmanın baş məşqçisi Ektor Kuper və yığmanın liderləri də “biabırçı məğlubiyyət” və “oyunçuların anlaşılmaz davranışına” görə cavab verməlidir.

Salah yığmanı tərk edir?

İyunun 24-də Amerikanın CNN kanalı Salahın yaxın dairələrinə istinadən, futbolçunun Qroznıda siyasi proseslərər cəlb olunduğunu hiss etdiyinə görə yığmanı tərk etməyə hazır olduğu barədə məlumat yayıb. Eyni məlumatı Salahın ətrafından iki mənbəyə istinadən «Assoiated Press» agentliyi də yayıb.

Salahın yığmadan mümkün gedişini BBC xidməti futbolçunun vəkilindən yenidən dəqiqləşdirib. Vəkil BBC-yə vəziyyəti şərh etməyə hazır olmadığını bildirib, bununla belə, şayiələri də təkzib etməyib.

Salah Qroznıya necə getdi?

Rusiyada keçirilən dünya çempionatında iştirak edən bütün yığmalar məşq və oyunlara hazırlığı onlara təhkim olunmuş konkret stadionda keçirirlər. Misir futbol federasiyası öz yığması üçün baza olaraq Çeçenistanın paytaxtı Qroznıda yerləşən “Axmed-Arena”nı seçib. Bu həqiqətən qəribə seçimdir, belə ki, dünya çempionatı oyunları Qroznıda keçirilmir, şəhərin özü də Rusiyanın nəhəng futbol forumunu qəbul edən şəhərlərindən minlərlə kilometr aralıda yerləşir.

Beynəlxaq təşkilatlar Misir federasiyasının qərarını dəhral tənqid etdi. Belə ki, «Human Rights Watch» Kadırovun futbolçulardan öz imicini qaldırmaq üçün istifadə edəcəyini dərhal bəyan etdi. Belə də oldu. Misir yığması Qroznıya gəlməklə Çeçenistanın avtoritar prezidentinə əla hədiyyə etdi.

Salahın qəribə macəraları təyyarənin aeroportda yerə enməsi ilə başladı. Artıq növbəti gün beynəlxalq mətbuatda Kadırov və Salahın birgə fotosu yayımlandı.

Kadırov “Axmed-Arena”da Misir yığmasının məşqlərini ziyarət edir və öz “İnstagram”ına bu komandanın futbolçuları ilə şəkillərini yerləşdirirdi. (Yeri gəlmişkən, “İnstagram” çeçen liderinin sevimli sosial şəbəkəsidir).

New York Times yazır ki,  bu cür fotosessiyalardan birindən əvvəl  uzun uçuşdan sonra həmin gün məşqdə iştirak etməmək və mehmanxana otağında istirahət etmək istəyən Salahı oyadıb, Kadırovun şəxsi maşınında təcili olaraq Çeçenistan lideri ilə şəkil çəkdirmək üçün stadiona gətiriblər.

Salahı növbəti sürpiz iyunun 150-də – ad günündə gözləyirdi. Uruqvaya məğlub olduqdan sonra Misir yığması Qroznıya geri dönür, otel foyesində onu qızıl butsi ilə bəzədilmiş 100 kiloqramlıq tort gözləyirdi.

Rusiyanın NTV teleşirkətinin verdiyi məlumata görə, bu möhtəşəm tort guya çeçen azarkeşlərinin hədiyyəsidir.

İyunun 22-də Misir yığması futbolçularını Kadırovla birlikdə cümə namazını qılmaq üçün Qroznının mərkəzi məscidinə aparırlar, sonra Kadırov bütün yığmanı bayram naharı üçün prezident iqamətgahına dəvət edir. Axşam isə Kadırov Salaha Çeçenistanın fəxri vətəndaşlığını verir. “Associated Press»in mənbələri bildirir ki, məhz həmin an Salahın səbr kasası daşır. Futbolçu onu siyasətə qarışdırılması və öz siyasi məqsədləri üçün istifadə edilməsinə etirazını bildirir.  

İngiltərədəki karyerası

Salah hələ də yığmadan mümkün gedişi haqda şərh verməyib. Bu cür qərar misirli azarkeşlərin hisslərinə böyük zərbə vura bilər. Digər tərəfdən Salah Qroznıdakı macəraları haqda britaniyalı azarkeşlər qarşısında cavab verməli olacaq. Kadırovun imici, onun fərqli düşüncəyə dözümsüzlüyü, ideya rəqiblərinə qarşı mübarizə metodları Salahın İngiltərədəki karyerasına mənfi təsir edə bilər. Artıq Britaniya mətbuatı misirli futbolçunu tənqid etməyə hazırdır.


More on JAMnews