“Transparency International” təşkilatının dəyərləndirməsinə görə, korrupsiya ilə mübarizədə regionun lideri Gürcüstandır. Ermənistan Çini qabaqlayır, Azərbaycanda isə vəziyyət Rusiyadan daha yaxşıdır" />

Korrupsiya ilə mübarizə: Cənubi Qafqaz ölkələri pis görünmürlər, amma autsayderlərin fonunda

“Transparency International” təşkilatının dəyərləndirməsinə görə, korrupsiya ilə mübarizədə regionun lideri Gürcüstandır. Ermənistan Çini qabaqlayır, Azərbaycanda isə vəziyyət Rusiyadan daha yaxşıdır

Korrupsiya ilə mübarizə sahəsində dünyanın ən nüfuzlu təşkilatı olan “Transparency International” 2019-cu il üçün “Korrupsiyanın Qavranılması İndeksini” dərc edib.

1995-ci ildən hesabat iş adamlarının və ekspertlərin sorğu edilməsi əsasında 100 ballıq şkala ilə tərtib olunur (100 bal ideal, 0 bal isə ən acınacaqlı göstəricidir).

Regionlar: liderlər və geri qalanlar

2019-cu ildə 180 ölkə dəyərləndirilmədən keçib. Onlar altı regiona bölünüblər.

Bu ölkələr arasında korrupsiya ilə mübarizə sahəsində ən yaxşı vəziyyət Avropa İttifaqı və Qərbi Avropadadır – ortalama 66 bal təşkil edir.

Autsayderlər Saxaranın cənubuna doğru Afrika ölkələridir ki, onların ortalama balı 32 olub.

AzərbaycanErmənistan və Gürcüstanın aid olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionu autsayderləri çox az fərqlə geridə qoyub – dünyanın regional reytinqində bu region 35 balla altı mövcud yerdən beşincini tutub.

Ölkələr: liderlər və geri qalanlar

“Transparency International” təşkilatının hesabatında əhatə olunan bütün ölkələr arasında ən yaxşı nəticələri Yeni Zelandiya (87 bal) və Danimarka ilə Finlandiya (hər biri 86 bal) göstərib.

Ən pis nəticələr Suriyaya (13 bal), Cənubi Sudana (12 bal) və Somaliyə (9 bal) aiddir.

Cənubi Qafqaz ölkələri

Öz regionunda (Şərqi Avropa və Mərkəzi Asiya) lider olan üçlük Gürcüstan (56 bal), Belarus və Çernoqoriyadır (hər biri 45 bal). Üç ölkədən hər biri ölkələr üzrə orta göstəricidən daha yüksək dəyərləndirilib.

Bu regionda son yerləri Türkmənistan (19 bal) və Özbəkistanla Tacikistan (hər biri 25 bal) tutur.

Azərbaycan 2018-ci ildə olduğu kimi heç bir irəliləyiş nümayiş etdirmədən 31 bal qazanıb. Amma bununla belə Rusiya, İran və Ukraynanı geridə qoyub.

Ermənistan 42 bal toplayaraq ötən ilki göstəricini 7 bal yüksəldib. “Transparency International” hesab edir ki, 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra ölkə korrupsiya ilə mübarizə sahəsində müsbət dəyişikliklər üçün yaxşı şansa sahibdir. Bu durumda Çin 40 bal toplayaraq ondan geri qalıb.

Bu regionun ən böyük məyusluğu Türkiyədir. Bu ölkə 39 bal toplayıb. Son 7 il ərzində Türkiyə korrupsiya ilə mübarizə reytinqində 10 bal itirib.

Nəticə

Cənubi Qafqazın da daxil olduğu regionun əsas problemləri kimi  “Transparency International” aşağıdakıları sadalayır:

•Maraqların münaqişəsi

•Qeyri-şəffaf partiya maliyyələşməsi

•Hakimiyyət bölgüsünün zəif olması

Təşkilatın fikrincə, qlobal miqyasda korrupsiya ilə mübarizə işində durğunluq və ya hətta geriləmə yaşanır. Çətinlik mənbəyi olduğu kimi qalır – pul və siyasi hakimiyyətin birləşməsi.

“Transparency International” təşkilatının dəyərləndirməsinə görə, öz regionunda korrupsiya ilə mübarizə sahəsinin lideri Gürcüstandır. Ermənistan Çini qabaqlayır, Azərbaycanda isə vəziyyət Rusiyadan daha yaxşıdır


More on JAMnews