Hər il bu gün Mleta kəndində yüzlərlə ev heyvanı kəsilir " />

Kiminsə ayağı burxuldu, kimsə huşunu itirdi. Lomisoba bayramında 20-yə yaxın zərərçəkən

Hər il bu gün Mleta kəndində yüzlərlə ev heyvanı kəsilir

Lomisoba bayramının qeyd olunduğu Duşeti rayonunun Mleta kəndində 20-yə yaxın adam zərər çəkib. Müqəddəs Giorgi kilsəsinə aparan yol çox çətindir və heç də hamı “sərgüzəştsiz” keçinə bilmədi.

“Kiminsə ayağı büdrədi, kiminsə halı pisləşdi, xilasedicilər də onlara tibbi yardım göstərdi”, – “İnterpressnyus”a Gürcüstan DİN-nin fövqəladə hallar üzrə agentliyində bildiriblər.   

Lomisoba Gürcüstanın bu dağlıq regionunda hər il Pasxadan sonra yeddinci bazar günü qeyd olunur. Çox insanın iştirak etdiyi bu bayram nadir hallarda insidentsiz ötüşür, buna görə də orada həmişə böyük xilasedicilər briqadası növbə çəkir.  

Zəvvarların fikrincə, Müqəddəs Giorginin Lomis kilsəsinin xüsusi energetikası var və burada arzular çin olur – buna görə də insanlar piyada yüksək dağa çıxır, qurban kəsir, konkret arzular tuturlar.

Hər il Mletada yüzlərlə ev heyvanı kəsilir (yerlilər qürurla xatırlayırlar ki, bir dəfə 200 heyvan kəsilib), bunun nəticəsində də bu ənənəyə qarşı çıxanlar, heyvanların (əsasən də qoyunların) kütləvi şəkildə qırılmasını yolverilməz sayanlar oldu.  

Bununla belə, camaat Mletaya özləriylə yemək-içmək götürüb gedirlər. Çadır qurub, burada gecələyirlər.

Qurban kəsilənə qədər burada bir neçə mütləq mərasim həyata keçirilir. Misal üçün, qurban qoyununun iki yerində – qulağının arxasında və qarnında yunu qırxırlar.  Heyvanın kəsildiyi yerdə torpaq qandan qırmızı rəngə boyanır. Qoyunları bir neçə qəssab kəsir. Onların köməkçiləri heyvanın dərisini soyur, əti götürür, qızardır və süfrəyə gətirirlər.

Bu fotoları “Azadlıq” radiosunun fotoqrafı Giorgi Qoqua ötən il Mletada çəkib   


More on JAMnews