Osvensimdə sağ qalan 200 nəfər və onlarla dövlət başçısı matəm mərasimlərində iştirak edib. Rusiya prezidenti dəvət olunmayıb" />

Keçmiş dustaqlar 75 il sonra xilas olduqları gün Osvensimə gəlib

Osvensimdə sağ qalan 200 nəfər və onlarla dövlət başçısı matəm mərasimlərində iştirak edib. Rusiya prezidenti dəvət olunmayıb

Nasistlərin Polşadakı ölüm saçan Osvensim (Auşvitz) konsentrasiya düşərgəsi 1945-ci il yanvarın 27-də sovet qoşunları tərəfindən azad edilib. İndi keçmiş düşərgə ərazisində muzey fəaliyyət göstərir. Bu muzey UNESCO-nun Dünya İrsi siyahısına daxıl edilib.

Hər il bütün dünya yanvarın 27-ni Xolokost Qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edir.

Bu insan Auşvitz ölüm düşərgəsindən sağ çıxıb. O, Polşadakı nasistlərin bu keçmiş ölüm düşərgəsinə xilas edilməsinin 75 illiyini qeyd etmək üçün gəlib. 27 yanvar 2020-ci il. Reuters/Jakub Porzycki/Agencja Gazeta

Bu dəfə də keçmiş ölüm düşərgəsinin ərazisində matəm mərasimləri keçirilib – Azadlıq Radiosu xəbər verir. Mərasimlərdə dünyanın onlarla dövlət və hökumət başçısı, həmçinin Xolokostdan, o cümlədən də Auşvitzdən sağ çıxan 200 nəfərdən çox keçmiş dustaq iştirak edib.

German President Frank-Walter Steinmeier and Israeli President Reuven Rivlin embrace as they return to Berlin together after the Auschwitz anniversary

 

Fotoda Almaniya prezidenti Frank-Valter Ştaynmayer və İsrail prezidenti Reuven Rivlin qucaqlaşıb. Keçmiş Auşvitz düşərgəsində keçirilən anım mərasimindən sonra onlar birlikdə Berlinə uçublar. Müəllifi REUTERS/Fabrizio Bensch olan bu foto 2020-ci il yanvarın 27-də Berlin aeroportunda çəkilib.

Osvensimə gələnlər arasında Polşa prezidenti Anjey Duda və Ukrayna prezidenti Vladimir Zelenski də olub. Rusiyanı isə Polşadakı səfir təmsil edib.

Vladimir Putin az əvvəl İsraildə Yad Vaşem memorialında Xolokost qurbanlarının xatirəsinə həsr olunmuş başqa tədbirdə iştirak edib.

Polşaya isə İkinci Dünya Müharibəsi ətrafında Rusiya ilə mövcud mübahisələr səbəbilə Putin dəvət olunmayıb.

İkinci dünya Dünya Müharibəsi illərində Osvensimdə milyondan çox insan həlak olub. Qurbanların böyük əksəriyyətini nasistlərin qaz kameralarına göndərdiyi yəhudilər təşkil edib.

Osvensim nəhəng ölüm düşərgəsi olub və dünyada Xolokostla bağlı ən məşhur yerə çevrilib.

Polşada nasistlərin ölüm saçan keçmiş konsentrasiya düşərgəsində saxlanılan dustaqların çantaları. 15 yanvar, 2020. REUTERS/Axel Schmidt

Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder vurğulayıb ki, bugünkü tədbirlərdə siyasi liderlərin yox, məhz Xolokostu yaşamış insanların iştirakına üstünlük verilib.

Onlardan çoxları üçün bu, ola bilər ki, düşərgənin azad edilməsi ilə bağlı keçirilən yubiley tədbirində son iştirak imkanıdır.


More on JAMnews