İşgəncə və amansız qətlin video-görüntüləri varmı?" />

Jurnalistin qətlinə görə Səudiyyə Ərəbistanını sərt sanksiyalar gözləyir

İşgəncə və amansız qətlin video-görüntüləri varmı?

Səudiyyəli müxalif jurnalist Camal Haşoqqi iki həftə əvvəl İstanbulda yoxa çıxıb.

Nə baş verib?

BBC-nin verdiyi xəbərə görə, oktyabrın 2-də Camal Haşoqqi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna yollanıb. Orada o, evliliklə bağlı sənəd işlərini qaydaya salmalı imiş.

Küçədəki müşahidə kameraları onun binaya daxil olduğunu qeyd edib. Həmin andan sonra Camal Haşoqqini görən olmayıb.

Versiya

Türkiyə hakimiyyəti Səudiyyə Ərəbistanını jurnalistə konsulluq ərazisində işgəncə verib, qətl etməkdə günahlandırıb. Bu cinayət Ər-Riyaddan gələn 15 nəfərlik xüsusi qrup tərəfindən həyata keçirilib.

Bir sıra nüfuzlu beynəlxalq media orqanında Camal Haşoqqinin işgəncəyə məruz qaldığını və qətl edildiyini əks etdirən video-görüntülərin Türkiyə hakimiyyətinin əlində olduğu haqda məlumat dərc olunub. Bildirildiyinə görə, kosulluğa getməzdən əvvəl jurnalist nişanlısına Apple-watch saatı ilə sinxronlaşmış və video-çəkiliş rejiminə qoyulmuş iPhon verib.

Səudiyyə hakimiyyəti jurnalistin qətli ilə bağlı ittihamı qətiyyətlə rədd edir.

Beynəlxalq reaksiya

ABŞ prezidenti Tramp Səudiyyə Ərəbistanı hakimiyyətinin jurnalistin qətlində iştirakı sübuta yetirilərsə “sərt cəza” ilə hədələyib.

Fransa, Böyük Britaniya və Almaniyanın xarici işlər nazirləri birgə bəyanatlarında Səudiyyə hakimiyyətindən baş verənlərin “düzgün araşdırılmasını” tələb edib.

Bu hadisələrin fonunda Səudiyyə Ərəbistanının fond bazarının kapitallaşması 50 milyard dollar həcmində düşüb. Bu, xarici sərmayəçilərin cəlbi ilə bağlı irimiqyaslı proqramı sual altına qoyur. Bu investorlar son bir il ərzində liberallaşma vədi və Səudiyyə Ərəbistanının mütləq hakimi şahzadə Muhamməd ibn Salmanın islahatları sayəsində çox həvəsli idilər.

 

 


More on JAMnews