Prezident seçkilərində çəkilmiş süjet buna səbəb olub " />

Jurnalist Sevinc Vaqifqızı “təhqiramiz başlığa” görə mühakimə edilir

Prezident seçkilərində çəkilmiş süjet buna səbəb olub

Şərəf və ləyaqətin təhqir olunmasında ittiham edilən jurnalist Sevinc Vaqifqızının işi üzrə məhkəmə araşdırması davam edir.

2018-ci ildə Azərbaycanda keçirilən prezident seçkiləri zamanı çəkdiyi süjet buna səbəb olub.

• Azərbaycanda keçirilən 2018-ci il prezident seçkilərində kim kimdi və kim heç kimdi?

• ATƏT müşahidəçiləri Azərbaycanda keçirilən prezident seçkilərini tənqid ediblər

• Azərbaycan jurnalistlərinin qırmızı xətti

Bu süjetin “qəhrəmanı” – paytaxt  məktəblərindən birinin direktor müavini sözügedən süjetin başlığının təhqiramiz olduğu qənaətinə gəlib. O, 2500 manat [təxminən 1500 dollar] kompensasiya tələbi ilə iddia qaldırıb. Jurnalist ittihamları rədd edir.

 

Sevinc Vaqifqızı müstəqil jurnalistdir.  Öz materiallarında o, hakimiyyəti tənqid edir.

2018-ci il prezident seçkiləri zamanı Sevinc Vaqifqızı “Seçkilər 2018: “Seçkilərdə “karuselə” nəzarət edən direktor müavini” başlıqlı iki dəqiqəlik videosüjet hazırlayıb.

 

 

“Karusel” səsverməni saxtalaşdırmaq metodudur. Bu zaman seçki məntəqəsinin girişində seçicilərə artıq doldurulmuş bülleten verilir, onlar da bu bülleteni sandığa atıb, yeni, təmiz bülletenləri çıxarıb “karusel” təşkilatçılarına ötürürlər. Bundan başqa seçicilər kütləvi şəkildə bir məntəqədən digərinə daşınaraq dəfələrlə səs verirlər.

Videosüjetdə əks olunan hadisə 251 saylı məktəbdə təşkil olunan seçki məntəqəsində baş verib. Videodan görünür ki, direktor müavini Elmira Alandarova mütəmadi olaraq binaya girib-çıxır və kənar adamlarla ünsiyyətə girir.

Elmira Alandarova vəd edib ki, jurnalist ondan üzr istəyərsə ərizəsini geri götürə bilər. Sevinc Vaqifqızı razı olmayıb. 

Jurnalistin vəkili Mərkəzi Seçki Komissiyasından seçki məntəqələrindəki video-müşahidə kameralarının görüntülərinin tələb edilməsi haqda vəsatət qaldırıb, amma hakim vəsatəti rədd edib. Növbəti məhkəmə iclası avqustun 5-ə təyin olunub – “Kavkazskiy uzel” məlumat verib

2018-ci ildə keçirilən növbədənkənar prezident seçkiləri İlham Əliyevin qələbəsi ilə başa çatıb. ATƏT müşahidəçiləri səsvermə prosesinin çoxsaylı pozuntu halları ilə müşayiət olunduğunu bəyan ediblər.


More on JAMnews