Məqalədə 1944-cü ilin noyabrında Gürcüstanın Mesxeti regionundan deportasiya olunmuş 120 min məshəti müsəlmanının hekayəsindən bəhs olunur." />

JAMnews-un məshəti müsəlmanları haqda məqaləsi ombudsmenin mükafatına layiq görülüb

Məqalədə 1944-cü ilin noyabrında Gürcüstanın Mesxeti regionundan deportasiya olunmuş 120 min məshəti müsəlmanının hekayəsindən bəhs olunur.

JAMnews-un “Məshəti müsəlmanları – vətənə çətin qayıdış” məqaləsi ombudsmenin elan etdiyi “Tolerantlıq və müxtəliflik” müsabiqəsində birinci yeri tutub. Məqalənin müəllifi “Samxretis-karibçe” nəşrinin jurnalisti Nino Narimanaşvilidir. Məqalə 1944-cü ilin noyabrında Stalinin əmri ilə Mesxeti regionundan deportasiya olunan 120 min müsəlmanın hekayəsi və onların nəvə-nəticələrinin Gürcüstana geri qayıtmasından bəhs edir.

İkinci yerə “Liberali” qəzetinin jurnalisti Zurab Vardiaşvilinin “Tarix bizə nə öyrədir?” məqaləsi layiq görülüb. Üçüncü yeri isə adı çəkilən “Samxretis karibçe” nəşrinin “Geri dönən məbədlər” məqaləsi tutub.

Müsabiqənin nəticələri bu gün, noyabrın 17-də Beynəlxalq Tolerantlıq Gününə həsr ölünmüş tədbirdə elan olunub.


More on JAMnews