Söhbət malın yalnız lisenziyalı qəssabxanalarda kəsilməsindən gedir. Fermerlər mallarını kimə və hara təhvil verəcəklərini belə bilmirlər - ətin bahalaşacağı gözlənilirdi" />

İzdihamlı mitinqlər Ermənistan hakimiyyətini “qəssabxanalar haqda” qanunun icrasını təxirə salmağa məcbur edib

Söhbət malın yalnız lisenziyalı qəssabxanalarda kəsilməsindən gedir. Fermerlər mallarını kimə və hara təhvil verəcəklərini belə bilmirlər - ətin bahalaşacağı gözlənilirdi

Yanvarın 15-də Ermənistanda malın yalnız lisenziyalı qəssabxanalarda kəsilməsi tələbi qüvvəyə mindi. Bütün bu müddət ərzində “qəssabxanalar haqda” qanuna qarşı mitinqlər keçirilirdi.

Malın xüsusi qəssabxanalarda kəsilməsi tələbi iyulun 1-ə qədər təxirə salınıb – hökumətin qərarından narazı qalan fermerlərin, qəssabların və heyvandarların təzyiqi ilə. Etirazçılar həmçinin bildiriblər ki, bu qanun onlar üçün əlavə çətinliklər yaradır. Fermerlər hətta malın təcili daşınmasını necə təşkil edəcəklərini və haraya təhvil verəcəklərini belə bilmirlər. Ekspertlər hesab edirlər ki, bu səbəbdən ətin qiyməti təxminən 10 faiz bahalaşa bilər.

Hökumət iyulun 1-də qədər qanunun icra olunması üçün lazımı şərait yaratmaq, o cümlədən də malın daşınması məqsədilə avadanlıq və maşın alınması üçün güzəştli kreditlər təqdim etmək niyyətindədir. Həmçinin kiçik daşınan qəssabxana furqonlarının yaradılması imkanı da müzakirə olunur. Bu yolla stasionar qəssabxananın mövcud olması üçün kifayət qədər malın olmadığı yaşayış məntəqələrinə xidmət göstərmək mümkün ola bilər.


More on JAMnews