İyulun 1-dən bütün sürücülərin 100 balı olacaq
Sürücülük vəsiqəsinin yüz ballıq sistemi artıq təsdiqlənib. Gürcüstan Parlamenti müvafiq qanun dəyişikliyinin üçüncü oxunuşda qəbul edib. Bu o deməkdir ki, iyulun 1-dən Gürcüstanın avtosevərləri yeni qaydalara öyrəşməli olacaqlar.
İyulun 1-dən hər bir avtosevər 100 bal alacaq. Hər dəfə yol hərəkət qaydaları pozulanda müəyyən bal silinəcək. Ballar qalmayanda sürücü yenidən sürücülük vəsiqəsi almalı olacaq.
Konkret pozuntulara görə nə qədər bal silinir:
- Avtomobili sərxoş vəziyyətdə sürmək – 30 bal (il ərzində təkrar pozuntu – 40 bal)
- Bilərəkdən avtomobili narkotik vasitənin təsiri altında olan şəxsə verilməsi – 40 bal
- Qabaq oturacaqda oturan sərnişinin təhlükəsizlik kəmərini bağlamaması – 5 bal
- Mobil telefonla danışmaq – 15 bal
- Moped/motosikleti şlemsiz idarə etmək – 5 bal
- Nasaz tormoz sistemi/sükan sistemi/fara ilə idarəetmə – 5 bal
- Avtomobili ətraf mühitin çirkləndirilməsinə dair müəyyən edilmiş normanı aşaraq idarə etmək – 10 bal
- Özbaşına yenidən qayırılmış avtomobili sürmək – 10 bal
- Sürücülük vəsiqəsində göstərilən kateqoriyadan fərqli avtomobilin idarə edilməsi – 15 bal
- Şüşələri qaraldılmış avtobobilin idarə olunması – 5 bal (eyni ildə təkrar pozuntu -10 bal, üçüncü dəfə – 15 bal)
- İnsanın yüngül xəsarət alması, avtomobilə, infrastruktura yüngül ziyan vurulması ilə nəticələnən yol qaydasının pozulması – 20 bal