Bu seçki Türkiyə üçün niyə önəmlidir, əsas fiqurantlar kimdir və proqnozlar hansı yöndədir?" />

İstanbulda gərginlik — 23 iyunda təkrar mer seçkisinə hazırlıq gedir

Bu seçki Türkiyə üçün niyə önəmlidir, əsas fiqurantlar kimdir və proqnozlar hansı yöndədir?

Foto Reuters

Məsələn, az öncə Ordu vilayətinə etdiyi səfərdən geri qayıdarkən aeroportun VIP keçidindən buraxılmadığı üçün

İstanbulda təkrar bələdiyyə seçkilərinə sayılı günlər qalıb – seçki iyunun 23-də baş tutacaq. Hazırlıqlar rəqiblər arasında qarşılıqlı ittihamlar fonunda davam edir.

Gərginlik martın 31-də keçirilən və müxalifətin namizədi Əkrəm İmamoğlunun qələbəsi ilə bitən ilkin seçkilərin nəticələrinin iqtidar partiyasının şikayətlərindən sonra ləğv edilməsi ilə bağlıdır.

İmamoğlu o zamanl bu qərarı “xəyanət” adlandırmışdı və “Türkiyədə demokratiyaya güclü zərbə vurulduğunu” söyləmişdi.

• Müxalifətçi mer niyə 19 günlük idarəçilikdən sonra kürsünü tərk etməli oldu?

Əkrəm İmamoğlu xanımı Dilək ilə. İstanbul, 16 iyun, 2019. REUTERS/Murad Sezer

İlkin seçkilərdən sonra səslərin sayılması və nəticələrin müəyyən edilməsi iki həftədən çox çəkib. Yekunda müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi və iqtidarda olan Ədalət və İnkişaf Parpiyasının (AKP) namizədi Binəli Yıldırım finişə yaxın səsfaizi ilə gəlib: İmamoğlu – 48,80 faiz səs, Yıldırım 48,55 faiz səs.

Ekspertlərin çoxu İstanbul meri kürsüsünün iqtidar partiyası üçün fövəladə vacib olduğu fikrində uzlaşıblar.

Xatırladaq ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın siyasi karyerasında ilk böyük uğuru məhz 1994-cü ildə İstanbul meri seçilməsi olub.

O zamandan bəri 25 il ərzində İstanbul yalnız hazırkı iqtidar partiyasından və onun mütəfiqləri olan Rifah və Fəzilət partiyalarından olan namizədlər tərəfindən idarə olunub.

Mer kürsünə müxalif namizədin yiyələnməsi İstanbul əhalisinin 25 illik AKP hegemonluğuna son qoyması demək olacaqdı.

Amma İmamoğlu İstanbulu cəmi 19 gün idarə edə bilib. AKP-nin şikayəti MSK tərəfindən qəbul edilib və iyunun 23-də təkrar seçkilər təyin olunub.

Namizədlərin əsas iddiaları

Təkrar seçkilərdə eni namizədlər – iqtidar partiyasından Binali Yıldırım və müxalifətdən Əkrəm İmamoğlu üz-üzə gələcək.

İmamoğlu ümumilikdə iqtidar partiyasının idarəçiliyi dövründə buraxdığı qüsurları hədəf alıb.

İqtidar partiyası isə bilavasitə  İmamoğlunun özünü hədəfə çevirib.

Məsələn,  canlı efirdə debat zamanı  müxalifətin namizədi apponentindən iqtidar partiyasının idarəçiliyi dövründə İstanbul bələdiyyəsinin büdcəsində 753 milyon lirəlik (130 min dollar) israfla bağlı açıqlama tələb edib.

Yıldırım əvvəlcə bunun yalan olduğunu bildirib. Amma bu rəqəmin Dövlət Statistika Komitəsinin hesabatında yer aldığı göstəriləndə iqtidar namizədi çaşqınlıqla cavabdan yayınıb.

Öz növbəsində hakim partiya Əkrəm İmamoğluna Ordudan İstanbula qayıdarkən aeroportun VIP keçidinə buraxılmadığı üçün mübahisə yaradaraq, vilayət rəhbərinin ünvünına təhqir səsləndirdiyini xatırladıb.

“Belə bir adam İstanbul meri olmağa layiq deyil”, – Binali Yıldırım deyib və İmamoğlunu nəinki Ordu vilayətinin rəhbərindən, bütünlüklə Türkiyə xalqından üzr istəməyə çağırıb.

Eyni zamanda iqtidar partiyası istanbulluların diqqətini 25 illik idarəçilikləri dövründə əldə edilən nailiyyətə çəkib. Məsələn, hazırda şəhərdə yaşıl zonalar daha çoxdur: 1994-cü ildə 10 milyon kvadratmetr ərazini tutan yaşıllıq 2018-ci ildə 60 milyon kvadratmetrə çatıb.

Həmçinin 1994-cü illə müqayisədə avtobusların sayı və metro xəttinin uzunluğu da artıb.

Binali Yıldırım xanımı Semiha və qızı Büşra ilə. İstanbul, 16 iyun, 2019. REUTERS/Murad Sezer

Cəmiyyətin fikri

Namizədlərdən hansının qələbə şansının daha yüksək olduğu ilə bağlı sosial şəbəkələrdə və mediada qızğın mübahisələr bağlayıb.

Tanınmış yazıçı, jurnalist və siyasi şərhçi Uğur Dündar öz Twitter hesabında “İmamoğlu sorğulara görə, “Böyük Görüşə” (canlı yayım debatını nəzərdə tutur – red.) öndə gəlmişdi, elə də bitirdi” – sözlərini yazıb.

Digət tanınmış jurnalist İsmayıl Saymaz öz Twitter səhifəsində bunları qeyd edib:

“Mənim qənaətimcə, İmamoğlu müzakirəni bir barmaq öndə bitirdi. Kim qazandı deyə soruşsanız, bütün ölkə qazandı”.

Ötən seçkidən sonrakı ilk dövrdəyaranan siyasi xaosa ictimaiyyət fəal reaksiya verirdi. Məsələn, aprelin 13-də keçirilən “Beşiktaş” – “Başakşehir” futbol matçında ev sahibi komandanın azarkeşləri bir ağızdan “İmamoğluna mandatını verin” şüarını səsləndirmişdi:

 

Sadə insanların əhvalına gəlincə, onlar arasında seçkinin təkrarlanmasından qəzəblənənlər az deyil. “İqtisadiyyatı düşünmək lazımkən, bunlar seçkilərə kökləniblər” – küçə sorğusunda iştirak edən bir vətəndaş deyir.

“…İqtisadiyyat bitib. İnsanlar bir kilo pomidor ala bilmir. Kartofun kilosu 10 TL olub. Kartof 10 Tl ikən, bibər 20 Tl ikən, iqtisadiyyat haqda danışmağımız lazımkən adamlar bir aydır seçkiyə köklənib…”.

Facebook Comments

More on JAMnews