“Bu, hazırda İsrailin nəzarətində olan Fələstin torpaqlarının geri qaytarılması istiqamətində ilk addımdır”, - “Qayıdış Marşı” iştirakçıları bildirirlər" />

İsrail və Fələstin – fırtına öncəsi sakitlik? Mayın 15-də qarşıdurma pik həddə çata bilər

“Bu, hazırda İsrailin nəzarətində olan Fələstin torpaqlarının geri qaytarılması istiqamətində ilk addımdır”, - “Qayıdış Marşı” iştirakçıları bildirirlər

Birlikdə üç foto. Soldan birinci: israilli hərbçilər etiraz edən fələstinlilərin üzərinə gözyaşardıcı qaz buraxır. Ortadakı foto: fələstinlilər təkər yandırır və qara tüstü üzündən göz-gözü görmür. Sağdakı foto: ümumi icmal. Fotolar 2018-ci il aprelin 6-da çəkilib. REUTERS/Amir Cohen

İsrail və Fələstin sərhədində – Qəzza zolağında iki sərt toqquşmadan sonra sakitlikdir. Həm etiraz edən fələstinlilər, həm də İsrail hərbçiləri yenə də hərəsi öz tərəfində dayanıb, amma aprelin 6-da doqquz fələstinlinin ölümü, mindən çoxunun yaralanması ilə nəticələnən insidentdən sonra açıq qarşıdurma yaşanmır.

Amma fələstinlilər xəbərdarlıq edirlər: heç nə bitməyib, onlar nəinki heç yana getməyəcəklər, üstəlik növbəti həftələrdə daha çox insan sərhəddi aşacaq, The New York Times yazır.

S

ərhəddə baş verən hadisələr fələstinlilərin martın 30-dan başlatdığı altı həftəlik dinc “Qayıdış Marşı” aksiyasının nəticəsidir.

“Dünyada Fələstin-İsrail münaqişəsinin stabil fazaya keçdiyini düşünüb, ona laqyed yanaşa bilərdilər. Etirazlar onların yanıldığını göstərmək məqsədi daşıyır”,  — The New York Times nəşrinə fələstinli politoloq Ömər Şaban bildirib. — Bu, hazırda İsrailin nəzarəti altında olan Fələstin torpaqlarının geri qaytarılması istiqamətində ilk addımdır”.

“Dünya Fələstin xalqının səsini eşitməli və ağrısını hiss etməlidir”, — dinc etiraz aksiyası ideyasının müəllifi olan bloger Qazi Əhməd Əbu Artema bildirib.

Qəzza zolağı İsrail və Fələstin sərhədi boyu Həmasın nəzarət etdiyi beş rayondan ibarətdir. İsrail, Avropa İttifaqı və ABŞ bu qurumu terror təşkilatı kimi tanıyıb.

“Qayıdış Marşı” sərhəddə kütləvi aksiyaların və sərhədi aşmaq cəhdlərinin bərpa olunacağı altı cümədən ibarətdir. Ötən həftənin cümə günü – aprelin 6-ı “təkərlər cüməsi” idi. Yandırılmış təkərlərin tüstüsü Qüdsdə də hiss olunurdu. Bundan sonra İsrail Fələstinə təkər keçirilməsinə qadağa qoyub.

Növbəti üç cümə “çiçək cüməsi”, “cənazə cüməsi” və “başmaq cüməsi” elan edilib. Bu cümələrin sonuncusunda etirazçılar Qəzzanın blokadasına və iki milyonluq əhalisinin yoxsullaşdırılmasına etiraz olaraq əsgərlərə ayaqqabı toolazlamaq niyyətindədirlər.

“Qayıdış Marşının” başlanğıcında İsrail Ordusunun rəhbərliyi bəyan etmişdi ki, ehtiyac olduğu təqdirdə həqiqi güllələrdən istifadə edəcəklər. Nəticədə martın 30-da cümə günü 22 fələstinli, aprelin 6-da cümə günü isə 9 nəfər öldürülüb. Bir neçə min insan bu iki gündə yaralanıb.

Fələstinli oğlan Hüseyn Madinin etirazçılar tərəfindən sərhəddə təşkil olunan rəmzi doğum günü. Oğlan etirazlar zamanı qətl edilib. Foto 2018-ci il aprelin 9-da çəkilib, REUTERS/Mohammed Salem

Ölən və yaralananların sayının bu qədər çox olması beynəlxalq aləmdə də çoxlarının etirazına səbəb olub. BMT-nin İnsan Haqları Şurasının üzvü Elizabet Frozel bəyan edib ki, Fələstinin dinc əhalisi arasında çox sayda qurbanların olması təşkilatda İsrailə ünvanlanan etirazçılara qarşı güc tətbiqinin proporsionallığı ilə bağlı suallar doğurur.

Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur təşkilatın İsrailin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün heç nə edə bilməməsini pisləyib. O, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının İsrail Ordusunun Qəzza zolağında törətdiyi əməllərə dair qınayıcı bəyanat layihəsini qəbul etmədiyi ilə bağlı məyusluq ifadə edib. Layihə aprelin 7-də müzakirə olunub və ABŞ tərəfindən bloklanıb.

İsrailin müdafiə naziri Aviqdor Liberman bütün itthamları rədd edir. Daha əvvəl o bəyan etmişdi ki, İsrail Ordusunun əməllərinin araşdırılmağa ehtiyacı yoxdur, qətlə yetirilən fələstinli kütləsi isə radikal qruplaşmaların üzvləridir. İsrail radiosu etirazlar zamanı sərhəd maneələrinin altına partlayıcı qoyulması cəhdi ilə bağlı 8 faktın qeydə alındığı haqda məlumat yayıb.

Fələstinli liderlər isə dayanmaq niyyətində deyillər və yerli cəmiyyətdə geniş dəstəyə malik taktikalarını gizlətmirlər. Fələstinlilər qurbanlara məhəl qoymamaq, bununla da dünya ictimaiyyətinin diqqətini cəlb etmək və İsrailin sərt reaksiya vermək imkanını məhdudlaşdırmaq niyyətindədirlər.

“Qayıdış Marşında” iştirak edən fələstinlilər İsrail hərbçiləri ilə toqquşma zamanı doğma torpaqlarına qayıtmaq haqları barədə şüarlar səsləndirirlər. 6 aprel, 2018-ci il, REUTERS/Mohammed Salem

İsrail Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Qiora Aylend NYT-ə bildirib ki, onun mayın 15-də baş verə biləcək hadisələrlə bağlı ciddi qorxuları var. Məhz həmin gün fələstinli etirazçıların liderlərinin planlarına əsasən, aksiya iştirakçılarının sayı pik həddə çatmalıdır. Bu tarix təsadüfi seçilməyib – mayın 14-də İsrail dövlərinin yaranmasının 70 illiyi qeyd olunacaq.

Aylend qorxur ki, həmin gün İsrail Fələstin sərhədində maneələri 30 mart və ya 6 apreldəkindən qat-qat daha çox insan aşmağa çalışsın. Onun sözlərinə görə, etirazçılar arasında qadın və uşaqların olacağını da gözləmək mümkündür ki, bu da İsrail Ordusu üçün tamamilə əlverişsiz vəziyyət yarada bilər.


More on JAMnews