Rusiya və ABŞ-ın Suriya ilə bağlı mümkün razılaşması və Netanyahunun Putinlə təcili danışıqları " />

İsrail İrana qarşı Rusiyadan dəstək istəyir

Rusiya və ABŞ-ın Suriya ilə bağlı mümkün razılaşması və Netanyahunun Putinlə təcili danışıqları

İsrailin baş naziri Binyamin Netanyahu gözlənilmədən Rusiyanın Soçi şəhərinə səfər edib və burada üç saat ərzində RF prezidenti Vladimir Putinlə danışıqlar aparıb, BBC xəbər verir.

Netanyahunun özünün “Facebook” səhifəsində xəbər verdiyinə görə, Soçiyə uçmazdan bir neçə saat əvvəl səfərin əsas məqsədi Rusiya rəhbərliyini inandırmaq idi ki, İranın Suriyadakı addımları təkcə İsrail və ya Yaxın Şərqin deyil, ümumilikdə bütün dünyanın təhlükəsizliyinə zərər yetirir.

İsrail var gücüylə Rusiya ilə ABŞ arasında yaxın zamanda bağlanılmalı olan, Suriyada nizamlanma üzrə müqavilənin yekun variantına düzəlişlər etməyə çalışır, buna görə də bir çox hərbi şərhçiləri hesab edir ki, Netanyahunun Soçiyə təcili səfəri bununla izah olunur.

İsrail hökuməti sənədin bəzi  bəndlərindən açıq narazılığını ifadə edir, onların ölkənin regionda maraqlarını nəzərə almadığını hesab edir.

Belə ki, misal üçün, müqavilə minlərlə İran hərbçisinə Suriyada hərbi əməliyyatlar bitəndən sonra da ölkə ərazisində qalmaq imkanı verir. İsrail rəhbərliyi bunu birbaşa təhdid kimi qiymətləndirir və Holan yüksəklikləri rayonunda vəziyyətin kəskin şəkildə pisləşəcəyindən narahatlığını ifadə edir.

“İslam İnqilabı Keşikçiləri Korpusunun köməyilə İran ətrafımızda yeni reallıq yaratmağa çalışır. Söhbət Suriyada İran Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri bazalarının, minlərlə muzdlu əsgəri olan şiə hərbi birləşmələrinin yaradılmasından, Livan ərazisində yüksək dəqiqliyi olan silahın istehsalından gedir. İsrail bu cəhdlərlə razılaşmağa hazırlaşmır və kənardan müşahidəçi rolu ilə kifayətlənməyəcək”, – cümə axşamı İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.  

İsrail tərəfinin niyyətinin ciddi olmasından bir fakt xəbər verir ki, Netanyahu ilə birlikdə Soçiyə “Mossad” İsrail kəşfiyyatının rəhbəri Yosi Koen, Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabat və digər yüksəkvəzifəli hərbçilər səfər edib, İsrailin Rusiyada keçmiş səfiri Svi Maqen belə hesab edir.

“İsrail Yaxın Şərqdə əsas oyunçudur və keçmişdə dəfələrlə sübut edib ki, ABŞ,  Rusiya, İran və Türkiyənin mövqelərinə boylanmadan, sərbəst qərarlar verməyə hazırdır”, – Svi Maqen deyir.

Rusiya tərəfi Soçidə baş tutan danışıqlarla bağlı hələlik heç bir şərh verməyib.


More on JAMnews