83 nəfər saxlanılan arasında 28 nəfər peşəkar idmançı var, onlardan biri 2018-ci ildə ABŞ Açıq Çempionatında iştirak edib" />

İspaniyada razılaşdırılmış tennis yarışları işi üzrə ermənilərdən ibarət cinayətkar qrup saxlanılıb

83 nəfər saxlanılan arasında 28 nəfər peşəkar idmançı var, onlardan biri 2018-ci ildə ABŞ Açıq Çempionatında iştirak edib

İspaniyanın mülki qvardiyası razılaşdırılmış tennis yarışları ilə məşğul olan ermənilərdən ibarət böyük cinayətkar qrupu zərərsizləşdirib. Banda 2017-ci ilin fevralından fəaliyyət göstərib və bu müddət ərzində qanunsuz yolla milyonlarla avro qazanc əldə edib.

Dəzgah necə işləyirmiş?

Ümumilikdə 83 nəfər saxlanılıb, onların arasında 28 nəfər peşəkar tennisçi var.

İstintaq nəticələrinə əsasən, şübhəlilər idmançıları satın alaraq özlərinə lazım olan nəticələri təmin edirlərmiş. Bundan sonra saxlanılanlar minlərlə sakinin şəxsi məlumatlarından istifadə edərək bukmeykerlərdə proqnoz yazır və böyük pullar qazanırmışlar.

Hüquq-mühafizə orqanları cinayətkar qrup üzvlərinin adlarını hələlik açıqlamır. Hələlik həbs olunan ermənilərin Ermənistan, yoxsa başqa ölkə vətəndaşları olduğu da bəlli deyil.

Sadəcə qeyd olunur ki, əməliyyat zamanı İspaniyanın 9 əyalətində 11 axtarış aparılıb. Nağd avro, sənədlər, kompüterlər müsadirə olunub. İspaniya hüquq-mühafizə orqanlarından kriminal qrupun Futures və Challenger turnirlərində oyunçuları satın aldıqları da bildirilir. Artıq 90-dan çox oyunun razılaşdırıldığı təsdiqlənib.

Erməni-ispan bandasının 2018-ci ilin iyununda Belçikada ələ keçirilən erməni-belçika qruplaşması ilə mümkün əlaqələri də araşdırılır. Bu qruplaşma da razılaşdırılmış tennis oyunlarının təşkilində şübhəli bilinir.

Postsovet ölkələrinin çağırışlı ordunu saxlamasının yeddi səbəbi

• Ermənistanda bir sutka ərzində yüzlərlə məhbus azadlığa buraxılıb

 Sosial şəbəkələrdə nə yazırlar?

Ermənistanda sosial şəbəkə istifadəçiləri fəal şəkildə bu xəbəri müzakirə edir. Facebook-dan bəzi şərhlər:

“Sizin kimilər respublikanı biabır edir”.

“Diaspora ermənilərini Ermənistana geri qaytarmaq üçün nəsə eləmək lazımdır axı, yoxsa heç kim qayıdan deyil. Kütləvi repatriasiyanı siz necə təsəvvür edirsiz?”

 “Yenə də ermənilər bu cür hadisələrə qarışıb”.


More on JAMnews