İranı dəyişikliklər kursu və Qərblə münasibətlərin normallaşdırılması gözləyir, ekspertlər deyir " />

İran: vətəndaş azadlıqları uğrunda çıxış edən islahatçı prezident ölkə başçısı vəzifəsinə yenidən seçilib

İranı dəyişikliklər kursu və Qərblə münasibətlərin normallaşdırılması gözləyir, ekspertlər deyir

Həsən Ruhani İranda prezident seçkilərində qalib gəlib və ölkə lideri qismində özünün ikinci müddətinə başlayır. Beynəlxalq ekspertlər bildirir ki, bu seçkilər faktiki olaraq islahatlar kursu və Qərblə münasibətlərin normallaşdırılmasına etibar haqqında referendum oldu.

Ruhani 2013-cü ildə İran prezidenti olub və onun əsas mesajı “İranı dünyaya açmaq” niyyəti olub.

Həsən Ruhani. Foto EPA

 

Mayın 19-da baş tutan seçkilərin nəticələrinə görə, Həsən Ruhani 23,5 milyon səs toplayıb ki, bu da səslərin təxminən 57 faizini təşkil edir. Onun əsas rəqibi olan İbrahim Rəisi 15.8 milyon səs toplayıb. Bu haqda informasiyanı bu gün İranın daxili işlər naziri yayıb.

Bu seçkilər əhali arasında böyük marağa səbəb olub – seçki məntəqələrinə o qədər adam gəlib ki, böyük növbələr yaranıb və məntəqələrin bağlanma vaxtını bir neçə saat ertələməli olublar.

Seçkiqabağı kampaniya zamanı Ruhani bildirib ki, İran xalqı vətəndaş azadlıqlarının genişləndirilməsi ilə ekstremizm arasında seçim etməli olacaq. O, fəal şəkildə islahatçı liderlər və fəalların davam edən həbslərini fəal şəkildə tənqid edib.

Seçkiqabağı yarışda daha bir lider namizəd İbrahim Rəisi Ruhanini iqtisadiyyatın çökməsində ittiham edir, özünü yoxsulların müdafiəçisi kimi təqdim edir və Qərb ölkələriylə münasibətlərin sərtləşdirilməsinə çağırırdı.

foto: Atta Kenare/AFP/Getty Images

More on JAMnews