Artıq 30 il olacaq ki, gürcü icması Abxaziyada həll olunmamış münaqişə şəraitində həyatda qalmağa çalışır" />

İnqur körpüsündən münaqişənin digər tərəfinə

Artıq 30 il olacaq ki, gürcü icması Abxaziyada həll olunmamış münaqişə şəraitində həyatda qalmağa çalışır

İnqir körpüsündən münaqişənin digər tərəfinə
Slider
İnqur/i çayının üzərindəki körpü 1990-cı illər münaqişə dövründən abxazlarla gürcüləri ayırır. Körpü Gürcüstanın Zuqdidi rayonu ilə Abxaziyanın Qal rayonu arasında yerləşir. Körpünün bir başından o biri başına qədər üç nəzarət məntəqəsindən keçmək lazımdır – Gürcüstan, Abxaziya və Rusiya sərhədçilərinin dayandığı məntəqə. 2008-ci il “avqust müharibəsindən” sonra Rusiya və daha bir neçə ölkə Abxaziyanın müstəqilliyini tanıyıb. Qərbin və əksər beynəlxalq təşkilatların dəstəklədiyi Gürcüstan ərazi bütövlüyündə israr edir və Abxaziyanı ölkəsinin bir hissəsi sayır.
Qal rayonunda əsasən gürcülər yaşayır, onların bu biri tərəfdə çox işləri var. Gürcüstan nəzarət məntəqəsində həmişə çox adam olur. Marşrutlar biri digərinin ardınca gedir, amma çoxlarının son dayanacağı körpüdən dərhal sonradır. Sərnişinlər avtobusdan atlayıb, digər daha müasir marşrutun qapısına doğru növbəyə düzülməyə tələsirlər. Bu, mobil bankdır. “Biz burada dayanırıq ki, pensiyalarımızı alaq. Pensiyanı bizə Gürcüstan ödəyir, çox kiçik məbləğdir, amma heç olmamaqdan daha yaxşıdır”, - yaşlı qadın deyir.
Slider
previous arrow
next arrow
Slider
previous arrow
next arrow
Slider
Slider
Bundan bir neçə gün əvvəl biz körpü ilə Zuqdidi rayonundan gəlib Abxaziyaya tərəf gedirdik. Bizimlə birlikdə çox adam gedirdi, onlar evlərinə qayıdır və Gürcüstandan aldıqları məhsul və ərzaqlarla dolu zənbilləri daşıyırdılar. Suallara belə cavab verirdilər: çünki bunları Abxaziyadan almaq mümkün deyil. Amma adamlardan biri özü ilə ancaq Gürcüstanın mineral suyu “Borjomi”dən üç şüşə aparırdı.
“Mən Zuqdididə yaşayıram, amma Suxumidə ailəm var. Zaman-zaman onları ziyarət edirəm”, - bizimlə birlikdə Abxaziya nəzarət məntəqəsində gözləyən təxminən 60 yaşlı gürcü qadın deyir.
Slider
Slider
Az sonra ailəsinin ziyarətinə gedən daha bir qadın bizə qoşulur. Onun kiçik qızı gürcü dilində anası və bacısı ilə bizim öz aramızda hansı dildə - ingilis, yoxsa ispan dilində danışdığımız haqda mübahisə edir. Biz alayarım gürcü dilində qıza deyirik ki, “bu ingilis dilidir”.
“Hə, mən indi ailəmlə birlikdə Amerikaya germək istəyərdim. Amma bizə viza lazımdır, kimdir viza bizə verən?!”, - qızların anası əsəbi şəkildə deyir.
Slider
Slider
İri qol-budaqlı ağacın kölgəsində otun üstündə bir neçə kişi oturub, onlara neçə qutu siqaret keçirməyə icazə veriləcəyi ətrafında mübahisə edirlər. Söhbət o qədər qızışır ki, sərhədçi onlara yaxınlaşıb, bir az sakit olmalarını tapşırır.
Daha yarım saat sonra, nəhayət, Rusiya sərhədçilərinin bizi gözlədiyi nəzarət məntəqəsi önündə növbəmiz çatır. Əlində “Borjomi” şüşələri olan adam bizdən qabaqda olsa da, hələ növbə gözləyir, amma Rusiya əsgərləri bizim Qərbdən gəldiyimizi sezdikləri üçün, növbədə irəli keçməyi təklif etdilər. Müxtəlif mövzularda söhbət başlayır, əsgərlərin darıxdıqları hər hallarından bəllidir.
Slider
Slider
Pasportlarımız Abxaziya nəzarət məntəqəsində yoxlanılır. Abxaz sərhədçilər birlikdə oturub, siqaret çəkirlər. Onlardan biri ayağa qalxıb, siqaret kötüyünü yerə atıb, qara ağır hərbçi çəkməsi ilə onu əzir və pasportlarımızı tələb edir.
“Bax sizin hökumətləriniz tanısaydı [Abxaziyanın müstəqilliyini], siz də bütün bunlardan keçməli olmazdız”, - o deyir və pasportlarımızı qaytarır, biz də yola qoyuluruq.
Slider
Slider
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır
Facebook Comments

More on JAMnews