Cənubi Osetiya prezidenti şiddətlə dolu açıq məktub alıb. İnsan haqlarını iqnor etmək olmaz  " />

İki qadın və prezident

Cənubi Osetiya prezidenti şiddətlə dolu açıq məktub alıb. İnsan haqlarını iqnor etmək olmaz  

Məşhur bloqqer və hüquq müdafiəçisi Mariya Pliyeva Cənubi Osetiyada qızğın müzakirələrə səbəb olan açıq məktubla çıxış edib. Məktub prezident Leonid Tibilova yazılıb. Mövzu ictimai fəal Fatimə Marqiyeva və onun uşaqlarının taleyiylə bağlıdır: Margiyevanın özü şərti cəza çəkib; oğlu müvəqqəti təcridxanada saxlanılır; qızı bu günlərdə vəfat edib, güman edilir ki, bu özünə qəsd olub ( bütün bunlar da Pliyevanın həm Cənubi Osetiyada, həm də Şimali Osetiya-Alaniyadakı sosial şəbəkələrdə kütləvi sürətdə yayılan açıq məktub yazmasına səbəb oldu. Məktub minlərlə dəfə yayılıb.

“Fatimə Marqiyeva Osetiyanın ən cəsur qadınıdır, – məktubda deyilir. – Kokoytı rejiminin onu həbsxanaya atmasına, alçaltmasına və təhdid etməsinə baxmayaraq, o öz azadlığı uğrunda mübarizəsini davam etdirib… Marqiyevanın azadlığa çıxmasından sonra Kokoytı rejimi onun oğlundan yapışır və hüquq-müdafiəçilərinin özlərinin quraşdırmasına baxmayaraq, hələ də sübut edə bilmədikləri qətllərdə suçlayır və suçlamaqda davam edir.

 

 

Fatimə Marqiyeva

Fatimə Marqiyeva uzun illərdir ki, Sxinvalda universitetdə tarix dərsi keçir. Onun hakimiyyətlə qarşıdurması 2009-cu ildə, o parlament seçkilərini boykot etməyə çağıranda başlayıb. Marqiyevanın əsas opponenti Cənubi Osetiyanın o vaxtkı prezidenti Eduard Kokoytı oldu. 2010-cu ildə o həbsxanada üç ay keçirdi və silahın qanunsuz yolla əldə edilməsi və saxlamasına görə iki il müddətinə şərti cəza aldı. İş materiallarında həm də müttəhimin Cənubi Osetiyada qarşıdan gələn parlament seçkilərinin legitimliyini şübhə altına salan vərəqələri də göstərilirdi.

“Mən iyirmi ilə yaxındır ki, universitetdə dərs deyirəm. Mən Cənubi Osetiyada doğulmuşam, burada böyümüşəm və vətənimdə baş verənlərdən kənarda qala bilmirəm. İstədiyim yeganə şey Cənubi Osetiyada daha çox ədalətin olmasına, sadə vətəndaşların probleminə daha çox diqqət yetirilməsinə və dövlət məmurlarının daha səmərəli işinə nail olmaqdır. Məni bunlardan imtina etməyə məcbur etmək mənasızdır. Mən Kokoytıya qədər də bu cür hərəkət etmişəm, onun vərəsələrinin dövründə də dəyişməyəcəm, – Marqiyeva 2009-cu ildə jurnalistlərə deyirdi.

Fatimə Marqiyevanın oğlu Dmitri Kaloyev patronların saxlanması ittihamı ilə Sxinval şəhərinin müvəqqəti təcridxanasında saxlanılır, onu patronların saxlanmasında ittiham edirlər. İki gün əvvəl isə Fatimə Marqiyevanın 21 yaşlı qızı Yelena Kaloyevanın meyiti tapılıb. Ehtimala görə bu sui-qəsd idi, amma polis bütün versiyaları nəzərə alır.

Mariya Pliyeva prezidentə müraciətlə yazır: “Leonid Xaritonoviç, Siz həqiqətən də düşünürsüz ki, müharibədən sonrakı Cənubi Osetiyada patronların saxlanılmasına görə cinayət işi həqiqətən də cinayət işidir?! Cənubi Osetiyada hamı, Leionid Xaritonoviç, hamı, hətta mənim indi həqiqəti yazmağımı özünə belə etiraf etməyən insanlar da anlayırlar ki, Marqiyevanın oğlu sizin şəxsən kömək etdiyiniz dincəlmək bilməyən Kokoytının qurbanıdır. Susqunluğunuzun başqa izahı yoxdur.
“Həmişə gülərüz və güclü qız kimi tanıdığım Yelena Kaloyevanın özünü öldürməsi sizin günahınızdır, çünki Siz və Sizin hakimiyyətiniz Kokoytının işini davam etdirirsiz və cəmiyyətimizi asta addımlarla məhvə sürükləyirsiz.

Sosial şəbəkələrdə insanlar onlarla şərh yazaraq, Fatimə Marqiyevaya dəstək və hüznlərini ifadə edir və eyni zamanda dəyişiklikləri tələb edirlər. “Bu necə ola bilərdi və əslində nə baş verib. İntihar da qətldir, deməli kimsə onu bu həddə çatdırıb? Nə baş verməsindən asılı olmayaraq, insan artıq bu həyatda yoxdur… Biz, öz uşaqlarını məhv edən cəmiyyətik. “Fəlakət dövrünün bütün dəhşətlərini yaşayandan sonra, biz gənc və ağıllı insanlarımızı itirməkdə davam edirik, amma indi artıq dinc dövrdə. “Bizim kiçicik ölkəmiz üçün gənclər arasında bu cür intihar səviyyəsi ciddi problemlərin göstəricisidir və onlar öz-özünə yox olmayacaq. “Hakimiyyət başındakılar bu gün kreslolarında oturarkən yaddan çıxarırlar ki, sabah hər şeyin sonu gələcək və bu son öz vətəndaşlarını təhqir edənlər üçün çox pis olacaq! “Əminəm ki, qızı bu həddə çatdırıblar və bu da qətl sayılır! Və? Kimsə cəzalandırılacaq?

Mariya Pliyeva öz məktubunda Cənubi Osetiya prezidentinə qarşı açıq ittiham irəli sürür və eyni zamanda çıxış yolu təklif edir: “Siz və Sizin hakimiyyətiniz Kokoytının işini davam edirsiz və cəmiyyətimizi asta addımlarda məhvə doğru sürükləyirsiz. …Kokoytı rejimi insanları o dərəcədə qorxudub ki, bu qorxu… övladlarımıza da ötürüləcək. Kokoytı cəmiyyətimizin böyük hissəsini dilsiz-ağızsız qullara çevirib və yalnız Siz bunu dayandıra bilərsiz.
“Və inanın mənə, Leonid Xoritonoviç, Siz həqiqətən də demokratik Respublika qurmağa başlasaz, sizi dəstəkləyən ilk insan olacam.

 

 

Mariya Pliyeva

“JAMnewsun dosyesi

  • 32 yaşlı Mariya Pliyeva Cənubi Osetiyada anadan olub, böyüyüb, yerli müstəqil “21-ci əsr qəzetində jurnalist işləyib və davamlı olaraq həm Cənubi, həm də və Şimali Osetiya-Alaniya hakimiyyətini tənqid edib. 2011-ci ildə o, Almaniyaya köçür və burada İT texnologiyaları sahəsində işləyir – açıq məktubunda qeyd edildiyi kimi, “… Kokoytı rejimi və onun Şimali Osetiya DİN-dən olan dostları tərəfindən özümün və ailəmin ünvanına gələn çoxsaylı təhdidlərin nəticəsində.

Məqalədə bildirilən fikirlər müəllifin nöqtei-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Dərc edilib: 27.05.2016


More on JAMnews