Ölkə hökuməti normal sanitar qovşağı olmayan bütün restoranları “bağlamağı və müflisləşdirməyi” tam ciddi şəkildə müzakirə edib" />

İctimai tualetlər Ermənistanda turizmin əsas problemi elan olunub

Ölkə hökuməti normal sanitar qovşağı olmayan bütün restoranları “bağlamağı və müflisləşdirməyi” tam ciddi şəkildə müzakirə edib

զբոսաշրջությունը Հայաստանում, Նիկոլ Փաշինյան, հանգիստ Հայաստանում, սանհանգույցներ, գազալցակայաններ, ռեստորաններ, հյուրանոցներ

Ermənistanda turizm sahəsi ilə tam ciddi məşğul olmağa başlayıblar. Və məlum olub ki, bu sahənin inkişafına mane olan əsas problem ictimai tualetlərdir. Hökumətin yanvarın 9-da keçirilən iclasında bu məsələ uzun-uzadı və ciddi şəkildə müzakirə olunub.

Baş nazir normal tualeti olmayan bütün restoranları və yanacaqdoldurma məntəqələrini bağlamağı təklif edib.

______________________________________________________________________________________________

2019 Ermənistanda loukosterlər ili olub

Turistlər Ermənistanda daha çox pul xərcləməyə başlayıb

Yüzlərlə texnoloji müəssisə və yeni aeroport – Ermənistanın cənub regionunun inkişafı üçün atılan addımlar

______________________________________________________________________________________________

Söhbət məhz nədən gedib?

Əsas müzakirə mövzusu turizm sahəsinin hazırkı vəziyyəti və mümkün inkişaf yolları olub.

Ölkənin indiyə qədərki bütün hökumətləri turizmi iqtisadiyyatın inkişafının əsas prioritetlərindən biri elan edib. 2018-ci ilin yazında hakimiyyətə gələn Ermənistanın yeni “inqilabçı” hökuməti də bu istiqamətdə addımlar atmağa çalışır. Nikol Paşinyan hökuməti 2020-ci ildən Ermənistanda loukoster aviaşirkətlərinin fəaliyyətə başlamasına nail olub. İndi isə yalnız öz vətəndaşlarının Avropa ölkələrinə getməsi yox, həm də turist axınının artımı gözlənilir.

Söhbət Ermənistanda fəaliyyətə başlayan ilk “Ryanair” loukosterindən gedir, bu aviaşirkət yanvardan etibarən Romaa və Milana ucuz birbaşa reyslər həyata keçirir. Aprelin 3-dən isə ucuz uçuşlar həyata keçirən digər aviaşirkət “Wizz Air” Yerevandan Vilnyus və Vyanaya reyslər təşkil edəcək.

Bu kontekstdə baş nazir bəyan edib ki, Ermənistanda turizmin inkişafına mane olan əsas problemlərdən biri ictimai tualetlərin pis vəziyyətdə olmasıdır. Paşinyanın sözlərinə görə, bu, sadəcə gigiyena və təmizlik məsələsi deyil, həmçinin sivil ölkə göstəricisidir:

“Bizim belə məsələləri bu formatda müzakirə etməli olmağımız gülməli görünə bilər… Amma beşmərtəbəli restoranda qızılsuyu ilə işlənmiş stulları görürsən, sonra isə tualetin qapısını açırsan və elə bilirsən ki, fəlakət bölgəsinə gəlmisən. Birinin 500 min dollarlıq restoran tikib, vacib şərait üçün əlavə 200-300 dollar xərcləmək istəməməsi kimi bir vəziyyət yolverilməzdir… Restoranlarına qızıl suyuna salınmış stullar alan, tualetlərində isə sınıq və çirkli unitazlar saxlayan bütün biznesmenlərin müəssisəsini qadağan etmək, bağlamaq, müflisləşdirmək lazımdır”.

Üstəlik hökumət restoranlarda tualetlərin vəziyyətini müzakirə etməklə kifayətlənməyiblər. Avtomobillər üçün qazdoldurma məntəqələrində sanitar qovşaqların vəziyyəti ayrıca müzakirə mövzusu olub.

Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri SurenPapikyan danışıb ki, dövlətlərarası şoselər üzərində yerləşən bütün qazdoldurma məntəqələrində yoxlama aparılıb. Nəticələrə əsasən, 80 faizində artıq normal sanitar qovşaqlar var.

Yeri gəlmişkən, nazir bununla belə qeyd edib ki, inspeksiya orqanının sanksiya imkanları məhduddur. Məsələn, qurum şirkətin fəaliyyətini dayandıra bilmir, baxmayaraq ki, bəzən bu, vacib olur.

Hökumət başçısı bəyan edib ki, dövlət orqanları biznesmenlərlə daha sərt dildə danışmağa başlamalıdır, çünki bu, ölkənin reytinq məsələsidir.

“Əgər onlar tələb olunan standartlara cavab vermirlərsə, onları bağlamaq lazımdır”, – Paşinyan deyib və Ermənistanda müəyyən olunmuş standartlara uyğun gəlməyən bütün müəssisələrin fəaliyyətini müvəqqəti dayandırmağı tapşırıb.

Turistlərin təəssüratlarını başqa nə korlaya bilər?

Nazirlər Kabinetinin və ölkənin baş nazirinin misilsiz müzakirəsi turistlərdən anormal dərəcədə yüksək məbləğdə yolpulu tələb edən vicdansız taksi sürücülərinidə əhatə edib.

Yekunda baş nazir Paşinyan bildirib:

“Nəqliyyat məsələsini həll etmək lazımdır: onların aeroportandan şəhərə nə ilə gəlməli, ölkəni necə gəzməli olduğunu. Turistlərə taksi və digər xidmətlərin təqribi qiymətlərinin siyahısını paylamaq lazımdır”.


More on JAMnews