Honkonqda etiraz edənlər nə uğrunda mübarizə aparır, bu, iqtisadiyyata neçəyə başa gəlir və Çinin mərkəzi hakimiyyəti etiazlara necə reaksiya verir? " />

Honkonqda etirazlar: zərər və perspektivlər

Honkonqda etiraz edənlər nə uğrunda mübarizə aparır, bu, iqtisadiyyata neçəyə başa gəlir və Çinin mərkəzi hakimiyyəti etiazlara necə reaksiya verir?

Honkonqda Çinə ekstradisiyaya imkan verən qanuna qarşı etirazlar 2019-cu ilin martında başlayıb. Cəmiyyətdə əmindirlər ki, qanun layihəsi Honkonq sakinlərini və buraya gələnləri materik Çini yurisdiksiyası altında qoyur, bu isə regionun muxtariyyətini və vətəndaşların hüquqlarını təhdid edir.

Etirazçılar küçələri bağlayır, polislə toqquşmalar baş verir. Hətta aeroportda da qarşıdurma baş verib, beynəlxalq uçuşlar dayandırılıb. Çin qoşunları Honkonq sərhədində cəmləşməyə başlayıb

Qərb mediası əsasında hadisələrin icmalı.

Honkonqda etirazlar. 17 avqust 2019. REUTERS/Tyrone Siu

Etirazçılar nəyə nail olmağa çalışır?

Honkonq Çinin muxtar regionudur, uzun müddət Böyük Britaniyanın yurisdiksiyası altında qalandan sonra ölkənin qalan hissəsilə 1996-cı ildə birləşib.

Honkonqun öz qanunvericilik bazası var, hansı ki, Çin qanunvericiliyindən əksər məqamlarda fərqlənir. Amma 2019-cu ilin martında yerli parlamentin müzakirəsinə şübhəlilərin materik Çininə təhvil verilməsini mümkün edən qanun layihəsi təqdim olunub. Qəzəb partlamasına da elə bu səbəb olub.

Etirazlarda milyondan çox insan iştirak edib. Bundan sonra yerli administrasiya rəhbəri elan edib ki, qanun layihəsinin baxışı qeyri-müəyyən zamana qədər təxirə salınıb.

Bu, etirazçıları qane etməyib. Onlar qanun layihəsinin tamamən geri çəkilməsini tələb edirlər. Nümayişlər eyni gücü ilə davam etdirilib.

Honkonqda etirazlar. 17 avqust, 2019. REUTERS/Kim Hong-Ji

Etirazın dəyəri

Etirazlar artıq yerli birjada öz təsirini göstərib, şəhərin ən varlı insanları milyardlarla dollar ziyana düşüblər.

Şəhərin 10 ən varlı insanı ümumilikdə 15 milyar dollardan məhhrum qalıb – Financial Times  yazır

Honkonq birjasının kapitallaşdırılması avqust ayında 340 milyard dollar düşüb (ümumi həcmi bir neçə trilyon dollardır).

Daşınmaz əmlak üzrə ixtisaslaşmış şirkətlərin aksiyaları bu ay 8,5 faiz ucuzlaşıb – bu, bazar qiymətlərinin düşməsini əks etdirən qalan bütün göstriciləri üstələyib.

Yerli hakimiyyət artıq Honkonqun iqtisadi artım proqnozunu 0-1 faizə qədər endirib.

Ekspertlərin sözlərinə görə, biznesmenlər hesab edirlər ki, etirazlarla bağlı bu vəziyyət hələ bir neçə ay dəyişməyəcək. Bir il uzanması da istisna deyil.

“Böyük biznes” narahatlıq keçirir və öz cavabını verməyə başlayır. Honkonqun ən varlı şəxsi Li Kaşin bir yandan ekstradisiya haqda qanunun əleyhdarlarını sakitliyə çağırıb, digər tərəfdən də onlara əməllərinə görə ziyan çəkə biləcəklərini xatırladıb. 

Honkonqda etiraz iştirakçısı ərazinin Böyük Britaniyanın tabeliyində olarkən qüvvədə olan bayrağını qaldırıb. 17 avqust, 2019. REUTERS/Kim Hong-Ji

Mərkəzi hakimiyyətin reaksiyası

Çinin mərkəzi hakimiyyəti vəziyyəti diqqətlə izləyir və sərhəddə təhlükəsizlik qüvvələrini gücləndirir –  The Guardian yazır.

Tarixən muxtar regionlar məsələsi və “rəngli inqilablar” ehtimalı Çin hakimiyyəti üçün fövqəladə ağrılı mövzudur. Honkonqdan başqa sözhbət həm də əhalisi buddizmə sitayiş edən Tibet muxtar rayonundan və müsəlmanların məskunlaşdığı Sintszyan-Uyğur muxtar rayonundan gedir.  

Bu həftə Çinin Honkonqda etiraz edənlərin ünvanına daha sərt ifadələr sərf etməsinə və sərhəddə təhlükəsizlik qüvvələrini artırmasına baxmayaraq, müşahidəçilərin çoxu hesab edir ki, bu mərhələdə güc tətbiqi ehtimalı azdır.


More on JAMnews