Ermənistanda hesab edirlər ki, qərarın praktiki mənası yoxdur, amma bu, vacib rəmzi addımdır" />

Hollandiya parlamenti Türkiyədə erməni genosidini tanıyıb – hökumətin iradəsinə zidd olaraq

Ermənistanda hesab edirlər ki, qərarın praktiki mənası yoxdur, amma bu, vacib rəmzi addımdır

Fevralın 22-də Hollandiya parlamentinin aşağı palatasının əksər deputatları 1915-ci ildə Osmanlı imperiyası ərazisində ermənilərə qarşı törədilən genosidi tanımağın lehinə səs verib, Reuters agentliyi xəbər verir.

150 deputatdan yalnız üçü qərarın əleyhinə çıxıb. Onlar Hollandiyada türk diasporasının maraqlarının lobbisi ilə məşğul olan partiyanı təmsil edirlər.

1915-ci ilə qədər Osmanlı imperiyasının ərazisində 2,5 milyona yaxın erməni yaşayıb. Kütləvi deportasiya və qətllər nəticəsində onların yarıdan çoxu həlak olub.

Türkiyə həmin hadisələri genosid hesab etmir. Türkiyə Xarici İşlər Nazirliyi artıq bildirib ki, Hollandiya parlamentinin qərarının hüquqi qüvvəsi yoxdur.

Hollandiya xarici işlər naziri Siqrid Kaaq parlamentdə səsvermə ərəfəsində bəyan edib ki, əgər deputatlar ermənilərin Osmanlı imperiyasında təqib olunmasını genosid kimi tanıyarsa, hökumət onları dəstəkləməyəcək. Hollandiya hökuməti Türkiyə ilə onsuz da yaxşı vəziyyətdə olmayan münasibətləri tamamən korlamaq istəmir.

Əksər peşəkar tarixçilər 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin genosidinin baş verdiyi fikrində uzlaşır. Bunu Fransa, Almaniya, İtaliya, Polşa və Rusiya, o cümlədən də ABŞ-ın 50 ştatından 48-i tanıyıb.

Ermənistanda Hollandiya parlamentinin qərarını ekspertlər və rəsmi şəxslər şərh edir:

Qafqaz İnstitutunun əməkdaşı, politoloq Hrant Mikaelyan JAMnews-a deyib:

“Ermənistanda bu cür hadisələri, o cümlədən də Niderland parlamentinin qətnamə qəbul etməsini diqqətlə izləyirlər. Amma hazırda mən bu cür qanunverici aktların hansısa konkret nəticələrini sadalamaqda çətinlik çəkirəm. Rəmzi anlamdan başqa burada heç bir praktiki əhəmiyyət görmürəm”.

 

 


More on JAMnews