Xədicə İsmayılovanın müsahibəsi" />

Həbsxanada dəhşətli heç nə yoxdur

Xədicə İsmayılovanın müsahibəsi

 

Tədqiqatçı jurnalist, Azadlıq radosunun əməkdaşı Xədicə İsmayılova bu gün məhkəmə zalından azadlığa buraxılıb. Kassasiya şikayətindən sonra ona iki maddə – “külli miqdarda mənimsəmə” və “vəzifə imkanlarınad sui-istifadə” ittıhamları üzrə bəraət verilib. Digər maddələr – “qeyri-qanuni sahibkarlıq” və “vergilərdən yayınma” üzrə hökm 3.5 il şərti cəza ilə əvəzlənib.

Xədicə İsmayılovanın azadlığa çıxması sevindirici olduğu qədər də gözlənilməz hadisədir. İş orasındadır ki, yenicə başlayan azad etmə dalğası ReAl ictimai hərəkatının lideri İlqar Məmmədovun işi ilə bağlı son iclasda dayanır və Xədicənin azadlığa çıxmasını martda fəalların “kütləvi azad olunmasından sonra olduğu kimi, o qədər də böyük əminliklə gözləmirdilər.

“Xədicənin işi faktiki olaraq 2012-ci ildə, jurnalist yaşadığı mənzildə gizli kamera tərəfindən çəkilən intim xarakterli videonu ictimailəşdirmək təhdidi ilə məktub alanda başladı. Xədicə İsmayılova bildirib ki, gizli müşahidə üçün aparatura Milli Təhlükəsizlik Nazirliyinin tapşırığı ilə quraşdırılıb. Buna qədər 2010 və 2011-ci illərdə o, artıq o cümlədən də prezident Əliyevin ailə üzvlərinin mülkiyyətinə aid jurnalist tədqiqatlarına görə mükafatlar alıb. Xədicənin bildirdiyinə görə, şantajın məqsədi onu işini dayandırmağa məcbur etmək idi.

Video qondarma saytda dərc edilir; prokurorluq “şəxsi həyata müdaxilə maddəsi ilə cinayət işinə başlayır. Günahkarlar isə hələ də tapılmayıb.

Sonra da icazəsiz mitinqdə iştiraka görə cərimələr, saxlanma, Baş prokurorluqda dindirmələr, axtarışlar və nəhayət, 2014-cü ildə həbs baş verir. İsmayılovanın 7.5 il müddətinə həbsi azərbaycanlı jurnalistlərdə şok yaradır.

Buna qədər də İsmayılovaya təzyiqdən narazılığını ifadə edən beynəlxalq ictimaiyyət ittihamdan sonra dəfələrlə onun azad olunmasını tələb edib. ABŞ, Böyük Britaniya, bundan başqa Avropa Şurası və AŞPA nümayəndələri Azərbaycan hakimiyyətinin addımlarına qarşı kəskin reaksiya verirlər. Amma bu günə qədər məhkəmə müdafiənin bütün ərizə və şikayətlərini rədd edib. Xədicə həbsdə olarkən, jurnalistika sahəsində bir neçə nüfuzlu mükafat alıb. Sonuncunu – mayın 3-də Helsinkidə Xədicənin anası Elmira İsmayılovaya təqdim olunan Gilyermo Kano mükafatı olub. Bu gün bütün mükafatlar nəhayət ki, sahibinə çatdı.

Azadlığa çıxdığı gün özünün mətbuat üçün müsahibəsində Xədicə İsmayılova bütün ittihamların götürülməsi və tam bəraət almasına nail olmağa çalışacağını bildirdi.

Xədicə İsmayılova Azərbaycanda ən məşhur jurnalistlərdən biridir. Onun azadlığa çıxmasını mətbuat geniş işıqlandırıb. Azadlıq radiosu və digər müstəqil media məhkəmə binasından canlı yayım edərək, jurnalist xanım və vəkillərlə müsahibələr və digər detalları göstəriblər

İqtidaryönlü media xəbəri qısaca, detallara varmadan verib. APA ABŞ Dövlət Departamentinin Xədicənin azadlığa buraxılmasına müsbət reaksiyasından xəbər verir.

Sosial şəbəkələrdə istifadəçilərin əsas kütləsi xəbərə qarşı daha biganə oldu: tədqiqatları internetdə dərc olunan jurnalistin xalq sevgisini deyək ki, telereportyordan daha az qazanmaq şansı var. Buna görə də coşqun şadlıq edənlər ancaq müəyyən insan qrupu: jurnalistlər, ictimai xadimlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin üzvləri oldu. 

 

 

 

  • Tədqiqatçı jurnalist Xədicə İsmayıl 5 dekabr 2015-ci ildə həbs olunub.
  • İsmayılova qanunsuz sahibkarlıq, vergidən yayınma, mənimsəmə, israf və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 7,5 il müddətinə həbs olunub. İsmayılova ittihamları inkar edir və həbsinin və ittihamların səbəbi kimi Əliyevlər ailəsinin mülkiyyəti ilə bağlı tədqiqat işlərini göstərir.

Dərc edilib: 25.05.2016


More on JAMnews