Lapşini yeni vəkil müdafiə edəcək" />

Həbsdə olan Lapşinin anası oğlu ilə Bakıda təcridxanada görüşdü

Lapşini yeni vəkil müdafiə edəcək

Bakıda həbsdə olan bloqer Aleksandr Lapşinin anası, İsrail vətəndaşı Bella Lapşin oğlu ilə istintaq təcridxanasında görüşüb. Bu görüş Rusiya səfirliyinin vasitəçiliyi ilə təşkil edilib. Xatırladaq ki, Lapşin həm də RF vətəndaşıdır.

Bella Lapşin oğlunun hüquqlarını müdafiə edəcək yeni vəkil ilə müqavilə bağlayıb – Trend agentliyi bu barədə məlumat yayıb. Bu vaxta qədər Lapşinə Ədliyyə Nazirliri tərəfindən vəkil təhkim olunmuşdu.

Bloqer Lapşinin işi ciddi beynəlxalq əks-səda doğurub. İşin təfərrüatları ilə burada tanış olmaq olar.

Rusiya Xarici işlər nazirliyinin sözçüsü Maruya Zaxarova Lapşinin hüquqlarını unutmatacaqlarını bildirib. “Öz səlahiyyətlərimiz çərçivəsində vətəndaşımızı müdafiə edəcəyik. Biz bu işə nəzarət edirik. Lapşinə peşəkar vəkil yardımı edilir, sonra isə məhkəmə olacaq”.

Milli Məclisin üzvü, milliyyətcə yəhudi olan Yevda Abramov Bella Lapşin ilə görüşdən imtina edib. “Lapşinin anası ilə niyə görüşməliyəm?! Onun oğlu Azərbaycana qarşı bu cür pis iş görüb. Vətənimi sevməyən, vətənimin qanunlarına hörmət etməyən, ölkəmin suverenliyini tanımaq istəməyən insanın nə anasını, nə  atasını, nə də qardaşını qəbul etmək fikrim var”.

  • Aleksanr Lapşin – Rusiya, İsrail və Ukrayna vətəndaşıdır. O, Dağlıq Qarabağa qeyri-qanuni səfər etməkdə təqsirləndirilir.
  • Lapşin Belarusda həbs edilib və fevralın yeddisi Bakıya göndərilib.

 


More on JAMnews