Çiaturada şaxtaçıların etirazını bütün şəhər dəstəkləyib, məktəblər, banklar, mağazalar bağlanıb" />

Gürcüstanlı şaxtaçıların əməkhaqqı 35 faiz artırılacaq, onlar tətili dayandırıb

Çiaturada şaxtaçıların etirazını bütün şəhər dəstəkləyib, məktəblər, banklar, mağazalar bağlanıb

Gürcüstanın Çiatura şəhərində şaxtaçıların əməkhaqqının 35 faiz qaldırılması vəd olunub. Bu şərtlə onlar artıq iki həftəyə yaxındır ki şəhər sakinlərinin dəstəyi ilə davam edən tətili dayandırıblar.

Razılaşma mayın 27-də “Georgian Manganese” şirkətinin rəhbərliyinin Çiaturaya gələn iqtisadiyyat, səhiyyə və təhsil naziriləri ilə iki  saata yaxın davam edən görüşü nəticəsində əldə edilib. Danışıqlarda bu yaxınlarda seçilən mer də iştirak edib.

Tkibuli – Gürcüstanın ölümə öyrəşən şəhəri

“Məni qəzəb boğur”. Gürcüstan – iş yerlərində zərər çəkən insanların hekayələri

Əməkhaqqı artımı 35 faiz olacaq, amma mərhələli həyata keçiriləcək.

Əvvəlcə əməkhaqqı 25 faiz, bir il ərzində isə daha 10 faiz  artırılacaq.

Tətil edənlərin ilkin tələbi əməkhaqqının 50 faiz qaldırılmasından ibarət idi. Daha əvvəl “Georgian Manganese” bildirib ki, əməkhaqqını mərhələli şəkildə 25 faiz artıra bilər, amma şaxtaçılar bununla razılaşmayıb.

Çiaturada nə baş verib?

Mayın 15-dən Çiatirada şaxtaçıların əməkhaqqılarının 50 faiz qaldırılması və iş şəraitinin yaşlılaşdırılması tələbi ilə tətili davam edirdi.

“Georgian Maganese” şirkətinion 2500 nəfərə yaxın tətil edirdi.

150 nəfərə yaxın şaxtaçı isə meriya və şirkət binası qarşısında çadır quraraq etiraz aksiyasına başlayıblar. 15 etirazçı aclıq edir, üç nəfər ağzını tikib, birinə tibbi yardım lazım olub.

Mayın 27-də Çiaturada etirazçılara məktəb, uşaq bağçası, mağaza və digər müəssisə əməkdaşları da qoşulub. Hadisə yerində olan jurnalistlər bildirirlər ki, banklar və digər qurumlar da işləmir. Səhərdən aksiyaya minlərlə insan qoşulub.

“Bu gün Çiatura iflic olub, şəhərdə heç nə işləmir. Biz bu gün bir yerdəyik, mədəndə işləyirik, ya yox, biz hamımız bu gün şaxtaçıyıq”, – etiraz edən fəhlələrdən biri Qivi Şerqelaşvili etiraz edir.

İndiyə qədər “Georgian Manganese” şirkətinin sahib olduğu 11 mədənin hamısında iş dayanıb. Şirkət və hökumət nümayəndələri etirazçılarla görüşüb, amma heç bir nəticə əldə olunmayıb.

Çiaturanın yeni seçilmiş meri Qivi Modebadze Azadlıq Radiosuna bildirib ki, məktəblərdə və uşaq bağçalarında tədris prosesi pozulmaylb. Onun sözlərinə görə, şaxtaçıları dəstəkləmək üçün aksiyaya əsasən onların uşaqları və tərəfdarları qoşulub.

Şaxtaçılar nəyə nail olmaq istəyir?

Çiaturada 11 mədəndə 3214 nəfər çalışır.

Şaxtaçıların tələbləri əməkhaqqlarının 50 faiz artırılmasından; əməkdaşların tibbi sığorta şərtlərinin yaxşılaşdırılmasından və şəhərdə filiz yüklənmiş ağır texnikanın hərəkətinin qadağan edilməsindən ibarətdir. Onlar həmçinin etiraz aksiyalarına görə heç kimin cəzalandırılmamasını tələb edirlər.

Etirazçıların bir hissəsi şəhərə girişi kəsib və şirkətin ağır texnikasının hərəkətinə imkan vermir.

Jurnalistlərlə söhbətində etirazçılar bildiriblər ki, əməkdaşların maksimum əməkhaqqı 800 lari (285 dollar), minimum isə 240 ları (85 dollara yaxın) təşkil edir.

Öz növbəsində “Georgian Manganese” əməkdaşların orta aylıq əməkhaqqısının 1002 lari təşkil etdiyi haqda məlumat yayıb. Həmin məlumata əsasən, mühəndis-texniki personal 1465 lari, fəhlələr isə 924 lari əməkhaqqı alır.

Şirkət tətil edənlərin tələblərinin yalnız bir hissəsini yerinə yetirməyə razılaşır və paralel olaraq onlara qarşı məhkəmə çəkişmələrinə başlayır.

“Georgian Manganese” tətilçilərə nə təklif edir?

Tətil iştirakçıları ilə şirkət rəhbərliyi arasında baş tutan görüş heç bir nəticə verməyib.

“Georgian Manganese” şirkətinin bəyanatında deyilir ki, etirazçılara maaşların iyunun 1-dən mərhələli olaraq 25 faiz artırılması; əməkhaqqı 1000 laridən az olan əməkdaşlara əlavə ödənişlərin edilməsi; qida təminatı ilə məşğul olan müqaviləli şirkətin dəyişdirilməsi; Çiatirada ağır texnikanın hhərəkətinin tam məhdudlaşdırılması və sair tədbirlərin görülməsi ilə bağlı təkliflər irəli sürülüb.

“Qeyd etmək lazımdır ki, “Georgian Maganese”in Çiaturada hədsiz gərgin vəziyyəti yumşaltmaq üçün maksimum təklif edə biləcəyi bunlardır… Təəssüf ki, işçilər “Georgian Maganese”in təəklifi ilə razılaşmayıb”, – şirkətin bəyanatında deyilir.

Aksiya iştirakçıları bəyyan edirlər ki, “Georgian Maganese”in təklifləri mövcud vəziyyəti dəyişməyəcək.

“Vəziyyət həqiqətən də ağırdır və mən sizə demək istəyirəm ki, şaxtaçıların tələbi tam ədalətlidir”, – Gürcüstanın baş naziri Mamuka Baxtadze “Reaksiya” verilişində bildirib.

Hökumət nümayəndələri bildirirlər ki, hakimiyyət etirazçılar və şirkət arasında yüksək siyasi səviyyədə vasitəçilik etməyə hazırdır. Bu haqda şaxtaçılarla görüşdən sonra səhiyyə naziri David Sergeyenko deyib.

Maaşların qaldırılmasından başqa bütün məsələlər bizim birbaşa vəzifəmizdir. Biz artıq dəyərləmdirmə aparmışıq və bu məsələlərin həlli üçün konkret addımlar atırıq. Maaşların qaldırılmasına gəlincə, bu adamların mencmentlə birlikdə iş rejimində, danışıqlar rejimində oturub optimal qərar qəbul edə bilməsi üçün şərait yaratmaq lazımdır”,Sergeyenko bəyan edib.


More on JAMnews