Yalnız 2018-ci ildə Gürcüstan mədənlərində iş zamanı 16 nəfər həlak olub" />

Gürcüstanın Tkibuli şəhərində partlayış dörd nəfərin ölümünə səbəb olub

Yalnız 2018-ci ildə Gürcüstan mədənlərində iş zamanı 16 nəfər həlak olub

Tkibulidə Mindeli mədənində 16 iyulda baş verən növbəti partlayış nəticəsində 4 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Gürcüstan DİN-in məlumatına görə, qəzaya metanın partlaması, bunun da öz növbəsində mədənin yuxarı hissəsinin və divarlarının deformasiyası və dağılmasına yol açması səbəb olub.

Yer altında çalışan ustalar – 1961-ci il təvəllüdlü M.L., 1963-cü il təvəllüdlü M.Q., 1988-ci il təvəllüdlü L.F. və 1961-ci il təvəllüdlü İ.K. ölümcül bədən xəsarətləri alıblar. Onların hər biri hadisə yerində həyatını itirib.

M.S. (1981 təvəllüdlü), D.B. (1961 təvəllüdlü), Q.M. (1981 təvəllüdlü), M.A. (1981 təvəllüdlü), N.B. (1995 təvəllüdlü) və Q.A. (1988 təvəllüdlü) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların vəziyyəti stabil dəyərləndirilir.

Gürcüstan baş naziri Mamuka Baxtadzenin sərəncamı ilə istintaq bitənə və beynəlxalq mütəxəssislərin iştirakı ilə yüksək ixtisaslı ekspertiza keçirilənə qədər Tkibulidəki bütün mədənlərdə iş dayandırılıb. Ümumilikdə Tkibulidə 25 mədən var.

Baş vermiş faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin dağ-mədən, xilasetmə və ya digər sənaye işlərində təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan 240-cı maddəsi ilə cinayət işi açılıb.

Bu, cari ildə baş verən artıq üçüncü faciəddir. Yalnız 2018-ci ildə mədənlərdə 16 nəfər həlak olub. 2010-cu ildən başlayaraq isə ümumilikdə mədənlərdə iş başındaykən 30 nəfərdən çox adam həyatını itirib:

2010-cu il martın 4-də Mindeli adına mədəndə baş verən partlayış nəticəsində 4 mədənçi həlak olub.

2010-cu il avqustun 27-də Mindeli adına mədəndə partlayış nəticəsində 3 mədənçi həlak olub, 7-si müxtəlif ağır xəsarətlər alıb.

2011-ci il noyabrın 6-da Mindeli adına mədənin örtüyünün uçması nəticəsində 2 mədənçi həlak olub.

2011-ci il yanvarın 22-də Mindeli mədənində baş verən partlayış 1 mədənçini həyatdan qoparıb, 4 nəfərin isə ağır yaralanmasına səbəb olub.

2013-cü il oktyabrın 13-də Mindeli adına mədəndə bədbəxt hadisə nəticəsində bir nəfər həlak olub.

2015-ci ilin fevralında Tkibuli daş-kömür yatağında bir fəhlə həyatını itirib.

2016-cı ilin oktyabrında Mindeli adına mədəndə bir fəhlə ölü olaraq aşkarlanıb.

2017-ci il mayın 7-də Mindeli adına mədəndə təmir işləri aparılarkən yük liftində trosun qırılması nəticəsində 4 nəfər həlak olub.

2018-ci il aprelin 5-də Tkibulidə Mindeli adına mədəndə örtüyün uşması nəticəsində 6 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.

2018-ci il mayın 9-da mədəndə baş verən qəza 4 nəfəri həyatdan qoparıb.

2018-ci il iyunun 2-də açıq üsulla kömür əldə edilməsində iştirak edən 2 mədənçi Tkibulidə həlak olub.

Facebook Comments

More on JAMnews