Yerli sakinlər təbii fəlakəti əks etdirən videolar yayır" />

Gürcüstanın Svaneti regionunda Nenskra çayı daşıb. Su ağac və daşları sürükləyir

Yerli sakinlər təbii fəlakəti əks etdirən videolar yayır

Nenskra çayı. Foto: Amerikanın səsi

Yüksək dağlıq Svaneti regionunun Çuberi kəndi yaxınlığında baş vermiş sürüşmə nəticəsində Nenskra çayı sahillərindən çıxıb.

Kənd sakinləri sosial şəbəkələrdə gur çayın sal daşları və kökündən qopmuş ağacları sürüklədiyini əks etdirən videolar paylaşır.

Fövqəladə hallar xidmətində deyirlər ki, çay bir neçə körpünü dağıdıb.

Yaralılar və zərərçəkənlərlə bağlı hələlik heç nə məlum deyil.

❗ჭუბერიდან მიღებული ინფორმაციით, წაღებულია 5 ხიდი. ვიდეო: ფეისბუქი, მინდია გურჩიანი#ჭუბერი #სტიქია #ლაივპრესი

Posted by ლაივპრესი • Livepress on ხუთშაბათი, 05 ივლისი, 2018

Fövqəladə Hallar Xidmətindən Interpressnews agentliyinə verilən məlumata görə, xilasedicilər səfərbər edilib və onlar fəlakət ərazisinə gedib çatmağa çalışırlar.b ki, sərhədçilər kənd administrasiyasına torpaq sürüşməsi haqda məlumat veriblər və administrasiya da öz növbəsində kənd sakinlərinin bir hissəsindən evlərini tərk etməyi xahiş edib.

სტიქია ჭუბერში

❗️სტიქია ჭუბერში მესტიის მუნიციპალიტეტის სოფელ ჭუბერში მთის მასა მოწყდა და მდინარე ნენსკრაში ჩავარდა, რამაც მდინარის ადიდება გამოიწვია. #ჭუბერი #სტიქია #ლაივპრესივიდეო: ხათუნა ჩხეტიანი

Posted by ლაივპრესი • Livepress on ხუთშაბათი, 05 ივლისი, 2018

•  Artıq bir neçə ildir ki, Nenskra çayı üzərində Gürcüstanın ən böyük su elektrik stansiyasının inşası ətrafında diskussiyalar gedir. Stansiyanın layihəsi artıq hazırdır. Hökumət 280 meqavat güclü su elektrik stansiyasının tikintisinə 2015-ci ilin sentyabrında “yaşıl işıq” yandırıb. İnşaat işləri 2017-ci ildə başlamalı idi, amma yerli sakinlər və ətraf mühiti müdafiə edən fəallar bildirirlər ki, bu inşaat ekoloji fəlakətə gətirib çıxaracaq.

 

Facebook Comments

More on JAMnews