Mixail Saakaşvili namizədliyi qeydiyyata alınmayacağı təqdirdə məhkəməyə müraciət edəcək" />

Gürcüstanın keçmiş prezidenti Ukraynada deputat olmağa hazırlaşır

Mixail Saakaşvili namizədliyi qeydiyyata alınmayacağı təqdirdə məhkəməyə müraciət edəcək

Gürcüstanın keçmiş prezidenti – “Yeni qüvvələr hərəkatı” partiyasının lideri Mixail Saakaşvili iyulun 21-də Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyə hazırlaşır. Qromadskoe xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının namizədliyini qeydiyyata almayacağı təqdirdə o, məhkəməyə müraciət etmək niyyətindədir. İyunun 13-də Saakaşvili partiyasının seçki siyahısını təqdim edib və siyahıda özü birinci yerdədir.

. “Gürcüstanlı” Saakaşvilinin “ukraynalı” Sakaşvilidən dörd fərqi

Qanuna əsasən, seçkilərdən əvvəl son beş il ərzində Ukrayna ərazisində daimi yaşamış ölkə vətəndaşları deputatlığa namizədliklərini irəli sürə bilərlər. Məlum olduğu kimi, prezident Poroşenko onu vətəndaşlıqdan məhrum və ölkədən xaric etdikdən sonra (2018-ci ilin fevralından 2019-cu ilin mayına qədər) Saakaşvili Ukraynada olmayıb.

Mixail Saakaşvili Ukraynaya qayıtdıqdan dərhal sonra Kiyev hava limanında. 29 may 2019-cu il. REUTERS/Gleb Garanich

Saakaşvili hesab edir ki, onun ölkədə olmamasını məcburi kimi qiymətləndirmək olar, belə ki, bu, üzrlü səbəblərdən baş verib. Müvafiq olaraq, o, bu halı Radaya getmək üçün maneə hesab etmir.

«Ukrayna prezidenti Zelenski özündən əvvəlki dövlət başçısının fərmanını ləğv edib və etiraf edib ki, bu, qanunsuz olub. Əgər bu, qanunsuz olubsa, ölkədə olmamağım da eynilə qanunsuz olub. Qanunsuzdursa, üzrlüdür. Başqa sözlə, əgər MSK məni qeydiyyata almasa, ümid edirəm ki, məhkəmə bu məsələni həll edəcək», — o bildirib.

Gürcüstanın keçmiş prezidenti Ukraynaya mayın 29-da, Ukraynanın yeni prezidenti Vladimir Zelenski onun Ukrayna vətəndaşlığını bərpa etdikdən sonra qayıdıb.

 

Gürcüstanın keçmiş prezidentinə Ukrayna vətəndaşlığını 2015-ci ildə Ukrayna prezidenti Pyotr Poroşenko təqdim edib və o zaman Saakaşvili Odessa vilayətinin qubernatoru təyin edilib. 2016-cı ilin sonlarında Saakaşvili istefa verib və Poroşenkonu korrupsiyada və islahatları keçirmək istəməməkdə ittiham edib.

 

Saakaşvili öz partiyasını yaratdığını və müxalifətə keçdiyini elan edib. 2017-ci ilin iyulunda prezident Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərara səbəb kimi Saakaşvili vətəndaşlıq alarkən Gürcüstanda ona qarşı başlanmış cinayət işləri barədə məlumatı guya gizlətməsi göstərilib.

 

2018-ci ilin fevralında Mizail Saakaşvili Ukraynadan Polşaya deportasiya olunub.

[/notification]

More on JAMnews