Ekologiya zərər çəkir, amma hakimiyyət vəziyyətlə maraqlanmır" />

Gürcüstanın keçmiş baş naziri-milyarder ağac köçürmə “əyləncəsinə” davam edir

Ekologiya zərər çəkir, amma hakimiyyət vəziyyətlə maraqlanmır

Gürcüstanın keçmiş baş naziri, milyarder və iqtidar partiyasının qeyri-rəsmi lideri Bidzina İvaniaşvili əsrlik ağacları Gürcüstanın Qara dəniz sahillərindən özünün dendroloji parkına köçürməyə davam edir. “Rustavi-2” telekanalının “P.S.” verilişi bu mövzuya geniş süjet həsr edib.

Natanebi kənd sakini Lado Surmava jurnalistlərə danışıb ki, İvaniaşvili həyətindəki iki yüz illik fıstıq ağacını 5 min dollara alıb. Baxmayaraq ki, ağacı nəzərdən keçirən ekspertlər ağacın yeni yerə uyğunlaşa bilməyəcəyini bildiriblər. İndi fıstıq ağacını torpaqdan çıxarıb Şekvetilidəki dendroloji parka köçürməyə hazırlaşırlar.

Bundan başqa Ureki kurortunun yaxınlığındakı nəhəng evkalipti də parka köçürməyi planlaşdırırlar.

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi naziri Qiqa Aqulaşvili ağacların köçürülməsində heç bir problem görmür. Eyni zamanda, onun sözlərinə görə, nazirlik ağacların çıxarıldığı əraziləri tədqiq etməyib, çünki yerlərdən hər hansı pozuntularla bağlı məlumat daxil olmayıb.

Jurnalistlər əsirlik ağacların daha əvvəl yerləşdiyi əraziləri çəkiblər. Ağaclar çıxarılıb köçürüldükdən sonra həmin yerlər olduğu kimi qalıb – açılmış çuxurlar doldurulmayıb, zəmin bərpa edilməyib. Bioloq İrakli Maçaraşvili müsahibəsində bildirib ki, 1 sm-lik məhsuldar torpaq qatının əmələ gəlməsi üçün təbiətə 100 il lazım olur. Torpaqdan əsrik ağaclar çıxarıldığı zaman isə geridə qalan torpaq zəmini faydasız olur.

Maçaraşvili bildirib ki, Gürcüstan qanunvericiliyinə əsasən əgər ekologiyaya dəyən ziyan min larini aşırsa, cinayət işi açılmalıdır. Hazırkı halda isə ziyanın bu məbləği aşdığı aşkardır. Jurnalistlər dənizkənarı Çakvi şəhərciyində iki ağacın daşınması üçün onlarla ağacın kəsildiyini aşkarlayıblar. Bu işlərdən ötrü sahildəki mühafizə bəndi sökülüb və yerli sakinlərin dənizə yeganə çıxışı bağlanıb.

Bir neçə ay əvvəl müsahibələrinin birində Bidzina İvanişvili müsahibələrinin birində etiraf edib ki, nəhəng ağaclar onun hobbisidir. “Nəhəng ağacları çox sevirəm, bu mənim əyləncələrimdən biridir”, – milyarder deyib.

Əsrlik ağacların köçürülməsi prosesində:

Batumi-Kobuleti mərkəzi magistralı bir neçə saatlıq çağlanır. Dəmiryolu xətti ilə hərəkət dayanır, hətta yol sökülür. Köçürülmüş ağacların yerində böyük çuxurlar qalır.

“Rustavi-2”-nin məlumatına görə, Açara ərazisində və Quriya regionunda hazırda 11 ağacı İvanişvilinin parkına köçürməyə hazırlaşırlar. İvanişvilinin öz parkına köçürdüyü ilk ağac 650 ton çəkisi olan nəhəng zanbaq ağacı olmuşdu.


More on JAMnews