Daxili işlər nazirinin yeni baş nazir olacağı ehtimal edilir, baxmayaraq ki, Gürcüstanda artıq iki aydan çoxdur ona qarşı etiraz aksiyaları davam edir" />

Gürcüstanın baş naziri istefa verib – Facebook vasitəsilə

Daxili işlər nazirinin yeni baş nazir olacağı ehtimal edilir, baxmayaraq ki, Gürcüstanda artıq iki aydan çoxdur ona qarşı etiraz aksiyaları davam edir

Sentyabrın 2-də Gürcüstanın baş naziri Mamuka Baxtadze istefa verib, üstəlik bunu çox gözlənilməz şəkildə edib: Facebook-da uzun açıqlamadan ibarət paylaşım vasitəsilə.

“Gürcüstanda strateji inkişaf modeli yaradılıb və tətbiq edilib – mən də bu mərhələdə öz missiyamın bitdiyini hesab etdiyim üçün tutduğum vəzifəni tərk etmək qərarına gəlmişəm”, – Baxtadze yazıb.

Ümumilikdə baş nazirin dərc etdiyi mətn, 3994 sözdən ibarətdir – bu da sosial şəbəkədə təəccüb və gülüş doğurub.

Baş nazir öz açıqlamasında ölkədəki vəziyyəti super müsbət dəyərləndirməsinə baxmayaraq, o, Gürcüstandakı böyük qeyri-stabillik fonunda istefaya gedib.

Gürcüstan valyutası lari fəlakət səviyyəsində ucuzlaşıb, hazırda milli valyutanın məzənnəsi üç larinin bir dollara bərabər olduğu civardadır.

Gürcüstan valyutası antirekord həddində – ekspertlər deyir. Sakinlərə görə isə bu fəlakətdir

Niyə milyarder, Gürcüstanın iqtidar partiyasının rəhbəri İvanişvili ölkənin ən populyar bankı ilə mübarizə aparır?

Beynəlxalq məhkəmənin qərarı ilə Gürcüstanda ən populyar əsas müxalif telekanal olan “Rustavi-2”-nin sahiblərinin dəyişməsi də böyük qalmaqala səbəb olub. Cəmiyyətdə çoxları hesab edir ki, kanal hakimiyyətin əlinə keçib.

Gürcüstanın əsas telekanalı “Rustavi-2”-nin yaranışı və süqutu haqda

Və əsas fon – artıq üç aya yaxındır ki, Gürcüstanda permanent küçə etirazları səngimək bilmir. Aksiyalar iyunun 21-də keçirilən nümayişin qanlı dağıdılmasından sonra davamlı xarakter alıb. Bu aksiyada 30 min nəfərə yaxın insan iştirak edib, 200 nəfərdən çox zərər çəkib, iki nəfər gözünü itirib.

O zamandan bəri parlament binası qarşısında aksiyalar davam edir, etirazçıların əsas tələbi isə daxili işlər naziri Giorgi Qaxariyanın istefasıdır. Amma bununla belə cəmiyyətdə bu tələbin tam əksinə, Qaxariyanın baş nazir olacağı ehtimalı haqda danışılır. 

 Tbilisinin mərkəzində vuruşma. Nə baş verib. Fotoreportaj

“Facebook istefası” və yeni təyinatla bağlı çoxlu suallar qalır. Mamuka Baxtadze söz verib ki, hər şeyi jurnalistlərə elə bu gün gündüz danışacaq.

Facebook açıqlamasında isə o, hökumət başçısı vəzifəsində çalışdığı zaman əldə olunan əsas nailiyyətlərin siyahısını yazıb. Bununla yanaşı öz statusunda o, iki dəfə hakim “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişvilinin adını çəkib.

O, 2012-ci il parlament seçkilərində qazanılan qələbənin ilham verəni kimi ona göstərdiyi etimada görə İvanişviliyə öz “dərin minnətdarlığını” bildirib.

İkinci dəfə Baxtadze İvanişvilini proporsional seçki kontekstində “xatırlayıb”, o hesab edir ki, bu seçki sisteminə keçmək təşəbbüsü “prinsipial vacib” addımdır.

Baxtadze onu da qeyd edib ki, baş nazir işlədiyi dövrdə Gürcüstanın Avropa və NATO ilə yaxınlaşması və iqtisadiyyatda islahatların həyata keçirilməsi üçün, təhsil sahəsində və digər istiqamətlərdə çox şey edilib.

37 yaşlı Mamuka Baxtadze 2018-ci il iyunun 20-də Gürcüstanın baş naziri təyin edilib. O bu vəzifədə Giorgi Kvirikaşvilini əvəz edib. Onun təyinatı Bidzina İvanişvilinin şəxsi seçimidir.

Baxtadzeni baş nazir postunda kim əvəz edəcək – hələlik bəlli deyil.

KİV-də gedən məlumatlara görə, hazırda daxili işlər naziri vəzifəsini tutan Giorgi Qaxariya yeni hökumət başçısı ola bilər. Nazirlər Kabinetində digər dəyişiklərin də baş verəcəyi mümkündür.

Qaxariya Gürcüstan hökumətində ən təzadlı fiqurdur.

Artıq iki ay yarımdır ki, parlament binası qarşısında onun istefası tələbi ilə etiraz aksiyaları davam edir. Müxalifətin iyunun 18-də keçirdiyi mitinqin sərt dağıdılması buna səbəb olub. Həmin vaxt polis müxalifətə və vətəndaş cəmiyyəti fəallarına qarşı gözyaşardıcı qazdan və rezin güllədən istifadə edib.

Nəticədə yüzlərlə insan müxlətif dərəcəli xəsarətlər alıb, bir neçə nəfər isə gözünü itirib. Bununla belə, məhz Giorgi Qaxariya baş nazir vəzifəsinə ən real namizəd hesab olunur.


More on JAMnews