Gürcüstandakı türk məktəbləri türkiyəli dissident Gülənlə bağlıdır və siyasi təzyiq qurbanı ola bilərlər" />

Gürcüstanda türk məktəbləri şəbəkəsinin meneceri azad edilib. Bəs məktəblərin aqibəti necə olacaq? – cavab yoxdur

Gürcüstandakı türk məktəbləri türkiyəli dissident Gülənlə bağlıdır və siyasi təzyiq qurbanı ola bilərlər

Tbilisidə Dəmirəl adına kollec şagirdsiz qalıb. Foto: Manana Vardiaşvili, JAMnews 

Tbilisi şəhər məhkəməsi 2018-ci il fevralın 19-da 10 ay həbsdə qalan Dəmirəl adına kollecin meneceri, Türkiyə vətəndaşı Mustafa Emre Çabuku maliyyə təminatı əsasında azad edib. O, Türkiyənin tələbi ilə terroru dəstəkləməkdə ittiham olunaraq həbs edilmişdi, onun ölkəsinə ekstradisiyası da tələb olunur.

Hələlik Gürcüstandakı nüfuzlu türk məktəblərinin gələcək aqibəti bəlli deyil. Bu məktəblər Türkiyə hakimiyyətinin terrorçuluqda günahlandırdığı Fətullah Gülənin əsasını qoyduğu şəbəkəyə daxildir. Bu məktəblərin bağlanması üçün rəsmi səbəb onların buraxdığı səhvlərdən ibarətdir, ekspertlər isə hesab edirlər ki, Gürcüstan hakimiyyəti bu məsələdə Türkiyənin təzyiqinə məruz qalır.

JAMnews-un bu məqaləsi 2017-ci ilin oktyabrında dərc olunub, amma məktəblərlə bağlı vəziyyət hələ də dəyişməyib.

“Terrorçular üçün məktəb”

A

vqustun 29-da, təhsil ilinin başlamasına iki həftə qalmış nəzarətedici orqan Təhsilin İnkişafının Keyfiyyəti Üzrə Milli Mərkəz ingilis və gürcü dillərində dərslərin tədris olunduğu Gürcüstanın ən nüfuzlu məktəblərindən biri olan Dəmirəl adına məktəbin qeydiyyatını dayandırdı. 360 məktəbli öz məktəblərinə gedə bilməyib, başqa təhsil müəssisələrinə keçməyə məcbur oldular.  

Maya Arziani Dəmirəl məktəbində oxuyurdu. İndi də başqa özəl gimnaziyada təhsil alır. Onun sözlərinə görə, sinif yoldaşları kimi o da təzə məktəbə çətin öyrəşdi:

“Dəmirəl kolleci mənim üçün təkcə məktəb deyil idi. Bu, mehriban və rahat şəraiti olan bir ailə idi. Həmin ab-havanı tərk etmək çox çətiniydir. Məktəb dəyişmək istənilən halda çətindir, xüsusən öz istəyinlə olmayanda”.

Həmişə bir çox fənlərdən beynəlxalq olimpiadalarda Gürcüstan yığmasına daxil olan, bu il Gürcüstan məktəblilərinin qazandığı 14 medaldan 5-ni qazanan şagirdlərin oxuduğu məktəb bağlanıb.   

Bu tədris ilində şagirdlər Tiflisdə Dəmirəl adına kollecə gəlmədilər. Foto: David Pipia, JAMnews

2017-ci ilin fevral ayında daha bir nüfuzlu məktəbin – Dəmirəl kollecinin Вatumidəki partnyoru olan Şahin adına məktəb liseyinin qeydiyyatı da ləğv olundu. Nəzarətedici orqanın məlumatına görə, 350 şagirdin təhsil aldığı məktəbdə qəbul qaydaları pozulmuşdu.  

Hər iki məktəbi “Çağlar təhsil şəbəkəsi”nə daxil olması birləşdirir, həmin şəbəkə də Türkiyə hakimiyyətinin dövlət çevrilişinə cəhddə ittiham etdiyi yazıçı və dissident Fətullah Gülənin ideyaları ətrafında yaradılmış “Hizmət” hərəkatıyla assosiasiya olunur.

Cəmiyyətin bir hissəsi dərhal məsələnin pozuntularla deyil, Türkiyə hakimiyyətinin tələblərinin yerinə yetirilməsi ilə bağlı olduğunda şübhələndi. Xüsusən də məktəb bağlanmadan əvvəl Türkiyənin Batumidəki konsulu Yasin Temizkanın Gülən tərəfdarlarının öz məktəblərində “dövlətə deyil, terrorçu qruplara xidmət edən nəsil yetişdirirlər” – açıqlamasından sonra. O, Acariya sakinlərinə öz övladlarını Şahin məktəbinə verməməyi məsləhət gördü. Sonradan konsul sözlərinin düz tərcümə olunmadığını bildirdi.

Gülənin adı ilə bağlı olan məktəblər haqqında söhbət Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin 2016-cı ilin iyul ayında Türkiyəyə səfəri zamanı da gedirdi. O vaxt parlamentin xarici işlər üzrə komitəsinin rəhbəri Tedo Caparidze “Azadlıq” radiosuna bildirdi ki, Gürcüstan hakimiyyəti Türkiyəyə həmin məktəbləri diqqətlə “izləyəcəyinə” söz verib. Düzdür, onun sözlərinə görə, Türkiyə onları bağlamağı tələb etməyib.  

T

ürkiyədə 15 iyul 2016-cı il hərbi çevriliş cəhdindən sonra yazıçı və keçmiş imam, Türkiyə prezidenti Ərdoğanın keçmiş məsləkdaşı, hazırda ABŞ-da yaşayan Fətullah Gülən çevriliş cəhdində ittiham olundu və dövlətin bir nömrəli düşməni elan edildi. Türkiyədə onun tərəfdarlarının təqibi kütləvi hal aldı və hətta başqa ölkələrə yayıldı.

Türkiyədə baş tutmayan çevrilişdən sonra 50 mindən çox adam həbs olundu, 150 min adam, o cümlədən pedaqoqlar işdən qovuldu, çoxlarına ölkəni tərk etmək qadağası qoyuldu.

Gülənlə assosiasiya olunan təhsil şəbəkəsinə daha 6 təhsil müəssisəsi daxildir, onların arasında Beynəlxalq Qara dəniz universiteti və bölgələrdə bir neçə məktəb liseyi var.

Kollecə hücum

M

əktəb rəhbərliyi bildirir ki, Dəmirəl adına kollecin problemləri qeydiyyat dayandırılmamışdan çox əvvəl başlayıb.

– Əvvəl İqtisadiyyat Nazirliyi ilə icarə haqqı barədə razılığa gələ bilmədik və bir il öncə kollec Tbilisinin Ortacala rayonundakı binadan köçməyə məcbur oldu.

– Türkiyədə baş tutmayan çevriliş cəhdindən sonra müəllimləri dindirilməyə çağırmağa başladılar.

– Kollec sahiblərinə Türkiyə Dövlət Fondu tərəfindən kolleci satmaq təklif olundu, amma razılaşma baş tutmadı.  

– 2017-ci ilin fevral ayında Tbilisi Beynəlxalq Aeroportunda kollecin 60% pay sahibi olan Almaniya vətəndaşı Cihar Əkinə giriş qadağası qoyuldu.

– Elə həmin vaxt da kollecin meneceri Mustafa Çabuk etibarnamə əsasında Akin və daha iki Türkiyə vətəndaşının payını Amerika şirkəti üzərinə yazdırmaq istədi. Gürcüstan İctimai Reyestri qeydiyyatı keçirmədi.

– Türkiyənin baş naziri Binəli Yıldırımın Gürcüstana səfərindən iki gün sonra, 24 may tarixində Mustafa Çabukun özünü həbs edirlər. Türkiyə onu silahlı terror təşkilatında iştirakda şübhəli bilib, ekstradisiyasını tələb etdi. Son 15 il Gürcüstanda yaşayan Türkiyə vətəndaşı Çabuk hələ də Gürcüstan həbsxanasındadır, prokurorluq hələ də Türkiyə tərəfindən təqdim olunan sübutları araşdırır.

– Sentyabrda təhsil ilinin ilk günü məktəbə maliyyə polisindən yoxlama gəldi.  

Çoxsaylı xahişlərə baxmayaraq, məktəb direktoru Nino Kavtiaşvili təhsil naziri Aleksandr Cecelava ilə hələ də görüşə bilməyib.

İndi Dəmirəl adına məktəbdə xarici şagirdlər üçün dil kursu fəaliyyət

göstərir. Foto: David Pipia, JAMnews  

“Cinayət” və cəza

Təhsil müəssisəsinin administrasiyasında deyirlər ki, onları əvvəlcədən Şahin liseyinin aqibəti gözləməsi ilə bağlı xəbərdar etmişdilər və qeydiyyatı uzatmasaydılar daha yaxşı olardı.

23 iyul 2017-ci il tarixində, təhsil ili artıq başa çatdıqdan sonra Təhsilin keyfiyyətinin inkişafı mərkəzindən üç mütəxəssisdən ibarət qrup  yoxlamaya başladı. Üçgünlük yoxlamadan sonra tərtib edilmiş rəydə çox sayda pozuntunun olduğu qeyd edilmişdi. 

Belə ki, məktəbdə “artıq” şagirdlər aşkar edildi – jurnallar araşdırıldıqdan sonra məlum oldu, məktəbdə 361 şagird əvəzində 476 nəfər təhsil alır. 20 şagirdin şəxsi işlərini tapmaq mümkün olmayıb. Yoxlama nəticəsində icbari ekspertizadan keçməyən bir xarici dil dərsliyi aşkar olunub  — Microsoft Windows 7.

Qeydiyyat üzrə şuranın sədr müavini Giya Murquliyanın sözlərinə görə, yoxlama kobud qanun pozuntuları və hətta “mümkün cinayətlər”in üstünü açıb.

“Məsələn, onlar Türkiyədən və ya İraqdan gürcü dilini bilməyən şagirdlər qəbul edirdilər. Elə həmin gün onlar 6-7 fəndən, həmçinin gürcü dilindən imtahan verir və onlara sənəd düzəldib, elə həmin gün də başqa məktəblərə göndərirdilər. Özünüz deyin, buna nə ad vermək olar?” – Murquliya deyib.

Məktəb direktoru etiraf edir ki, 12 şagirdlə bağlı “xəta baş verib”, fərdi planda tərtib olunmuş sənədlərdə və imtahanın verilməsi günündə eyni tarix göstərilib. “Artıq” 109 şagirdin olmasını o, Türkiyədə çevriliş cəhdindən sonra ölkəni tərk etməyə məcbur olan ailələrin uşaqlarının qəbulu ilə izah edib. Bununla belə, Nino Kavtiaşvilinin sözlərinə görə, onlar məktəbə qanun çərçivəsində qəbul olunub.

“Bizim pozuntularımız var idi, amma belə uğurlu bir məktəbin bağlanması miqyasında deyildi”, –  direktor deyir.

Vətəndaş inteqrasiyası və millətlərarası münasibətlər mərkəzinin rəhbəri, təhsil sahəsində mütəxəssis Şalva Tabatadze Qeydiyyat Şurasının üzvü idi. Amma Şahin məktəbinin qeydiyyatının dayandırılması ilə bağlı qərardan sonra oranı tərk edib.

Tbilisidə Dəmirəl adına kollecin fizika kabineti. Foto: Manana Vadiaşvili, JAMnews

Onun sözlərinə görə, hər iki məktəbdə Şuranın qiymətləndirməli olduğu kadrlar, infrastruktur, təhsil planı və tədris prosesi yüksək səviyyədə təmin olunmuşdu. “Şura belə bir nəticə çıxarıb ki, məktəblər standartlara cavab verir, amma qanunu pozur. Pozuntuları hüquqşünas olmayan mütəxəssislər müəyyən edib və hüquqi bilikləri olmayan şura üzvləri təsdiqləyib”, –  Tabatadze deyir.  

O, məktəbin Türkiyədən gələn uşaqlar üçün təhsil nazirliyi tərəfindən attestatlarının tanınmasını gözləyərkən dərslərə girməyinə imkan yaratmasında pis heç nə görmür: “Şura məktəbin, təhsilin əlçatan olması üçün şagirdlərdən ötrü atdığı addımları pozuntu hesab etdi!”

Strateji tərəfdaşlığın bədəli

Gürcü mütəxəssislərin bir hissəsi hesab edir ki, Türkiyə məktəblərinin bağlanması Gürcüstan tərəfindən Türkiyə hakimiyyətinin sifarişinin icrasıdır. Politoloq Giya Nodiya da belə düşünür:

“İki uğurlu məktəbin bağlanmağı təsadüf ola bilməz. Türkiyə hakimiyyətinin bunu niyə tələb etməsi aydındır… Gürcüstan hakimiyyətinin bu sifarişi niyə icra etdiyi də aydındır – Türkiyə bizim strateji tərəfdaşımızdır və təbii ki, biz onun hakimiyyətinin Gürcüstana münasibətinin yaxşı olmasını istəyirik”.

Bununla belə, Nodiya hesab edir ki, bütün bunlar Gürcüstan hakimiyyətinə bəraət qazandırmır, daha çox prinsipiallıq nümayiş etdirmək olardı, axı “Türkiyə çətin ki, iki məktəbə görə münasibətləri pozardı”.

2006-cı ildən, Rusiya Gürcüstan mallarına embarqo qoyduqdan sonra Türkiyə Gürcüstan üçün bir nömrəli ticarət tərəfdaşı oldu. Gürcüstan ixracının 16,9%-i Türkiyənin payına düşür. Bundan başqa, 2017-ci ilin ikinci rübünə olan məlumatlara görə, Türkiyə Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan üçüncü sərmayədardır.

Politoloq Korneli Kakaçiya hesab edir ki, Türkiyə Tbilisiyə təzyiq göstərib və Gürcüstan buna qarşı çıxa bilməyib.

“Bir əllə Avropa İttifaqı ilə assosiasiya haqqında müqavilə imzalamaq, ikinci əllə isə uğurlu məktəbləri bağlayıb, Çabukun ekstradisiyasını  nəzərdən keçirmək yolverilməzdir. Bu hərəkətlər bir-birinə ziddir və Gürcüstanın demokratik imicinə güclü xələl yetirir”, – politoloq deyir.

Bununla belə, onun sözlərinə görə, rədd cavabı Ankara tərəfindən baş tutmayan çevrilişin tərəfdarlarına dəstək kimi qiymətləndirilə bilərdi, qonşu ölkənin Gürcüstana təsir rıçaqları isə çoxdur. O cümlədən, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Gürcüstanın NATO-ya inteqrasiyasında Türkiyənin dəstəyi, BMT və ATƏT-də diplomatik dəstək kimi məsələlərdə çətinliklər ola bilərdi. Bundan əlavə, Kakaçiya hesab edir ki, münasibətlərin korlanması Türkiyədəki gürcü mövsümi işçilərə problemlər yarada, həm də özüylə sərmayələrin azalmasına gətirib çıxara bilər ki, bu da iqtisadiyyata təsir edəcək.

Prezident Ərdoğanın tərəfdarları prezident səlahiyyətlərinin artırılması haqqında referendumun nəticələrini qeyd edir. İstanbul 16 aprel 2017. REUTERS/Hüseyn Aldemir

Kakaçiya hesab edir ki, Gürcüstan hakimiyyəti qonşunun istəklərini qismən yerinə yetirib, deməli təzyiq davam edəcək.

“Gürcüstan öz strateji tərəfdaşı ilə münasibətdə çox zəifdir və təkbaşına bu cür təzyiqin öhdəsindən gələ bilməyəcək”, – politoloq deyir və ölkə hakimiyyətinə ölkənin reputasiyasına xələl gətirməmək, eyni vaxtda tərəfdaşıyla münasibətləri korlamamaq üçün beynəlxalq təşkilatlar, diplomatik missiyaları işə cəlb etməyi məsləhət görür.

Məktəblərin axırı necə olacaq?

Bir il sonra məktəb qeydiyyat üçün ərizə vermək. Hələlik təsisçilərin hansı qərar verəcəyi rəhbərliyə məlum deyil.  

Gürcüstan qanunvericiliyini pozduğuna görə təhsilini milli proqram üzrə təşkil edən iki uğurlu məktəbin bağlandığı bir vaxtda, Batumidə artıq bir ilə yaxındır ki, Türkiyə hakimiyyətinin dəstəyi ilə başqa bir məktəb fəaliyyət göstərir.  Bu məktəbin əvvəldən nə tikintiyə icazəsi, nə də rəsmi akkreditasiyası var idi. Məktəbdə təhsil türk dilində və Türkiyə proqramı ilə aparılır və birbaşa Türkiyə Təhsil Nazirliyinə tabedir. Bunda Gürcüstan hakimiyyəti hələlik heç bir problem görmür


More on JAMnews