Fotoqraf Daro Sulakauri erkən nikah probleminə diqqəti çəkmək üçün bu cür toyları lentə alır" />

Gürcüstanda yetkinlik yaşına çatmayanları necə ərə verirlər

Fotoqraf Daro Sulakauri erkən nikah probleminə diqqəti çəkmək üçün bu cür toyları lentə alır

Daro Sulukauri gürcü fotoqrafıdır, 31 yaşı var. Tbilisidə anadan olub, Fotojurnalistikanı Nyu-Yorkdakı beynəlxalq Fotoqrafiya Mərkəzində öyrənib.  Şəkilləri Forbes, Mother Jones, Sunday Times, The New York Times, Saveur, The Economist, Vision, Bloomberg, Liberali və bir çox başqa nəşrlərdə dərc olunub.

Instagram Twitterədi

Bu, Gürcüstanda erkən nikahlar haqqında olan hekayr. Mən onu nəql edərkən, toyların, mərasimlərin yerini, həm də gənc gəlinləri və yetkinlik yaşına çatmayan övladlarının nikahına razılıq verən ailə üzvlərini göstərirəm.

Gürcüstan zorakılıq qurbanlarına psixoloji və tibbi yardım mərkəzində təsadüfən Gürcüstanda yetkinlik yaşına çatmayan qızların ərə verildiyini eşitdim. Bir qədər şoka düşdüm, çünki əvvəllər heç vaxt bu haqda eşitməmişdim. Mən bu məsələni tədqiq etmək və dünyaya çatdırmaq istəyirdim, beləliklə də foto-layihə yaratmaq qərarına gəldim. 

Mən Kaxetiyadakı kənddə 17 yaşlı qızlarının toyuna hazırlıq görən bir ailə tapdım. Bəylə tanış oldum, o məni toya dəvət edərək, çəkiliş aparmağıma icazə verdi. Onun 22 yaşı vardı. Qız gələcək ərini ilk dəfə nişan günü görüb. 

Bu layihənin köməyiylə mən dövlət tərəfindən qəbul olunmayan erkən nikah məsələsinə diqqəti yönəltmək istəyirdim.

Gürcüstan erkən nikahların ən yüksək göstəricisi olan ölkələrdən biridir, bu da etnik azlıqlar arasında özünü xüsusiylə göstərir.

Qız nikahın nə demək olduğunu bilmədən ərə gedir. O, tək ata evini deyil, həm də məktəbi tərk edir və toydan sonra adətən təhsilini davam etdirmir.

Gürcüstanın Təhsil Nazirliyi bildirir ki, ölkə üzrə 13 yaşından 15 yaşına qədər 7 mindən çox qız məktəbdə təhsilini bitirmir.

Gürcü kəndlərində cəmi bir neçə yeniyetmə tam məktəb təhsili alaraq, ali məktəblərə daxil olur.

Erkən nikahlar insan və uşaq hüquqlarına ziddirlər. Onlar mədəni irslə müasir cəmiyyətin normaları arasındakı uçurumu daha da böyüdür.

Mən dünyanı bu problem haqqında dialoqa çağırmaq istəyirdim. İnanıram ki, diskussiya vacib dəyişikliklərə gətirib çıxara biləcək əla vasitədir.

 

 


More on JAMnews