Hakim partiya 2023-cü il birbaşa prezident seçkilərini təxirə salmaq niyyətindədir" />

Gürcüstanda prezident seçkiləri haqda qanun dəyişdiriləcəkmi?

Hakim partiya 2023-cü il birbaşa prezident seçkilərini təxirə salmaq niyyətindədir

“Gürcü arzusu” iqtidar partiyası 2018-ci il semki kampaniyasından sonra birbaşa prezident seçkiləri haqda qanunu dəyişməyi planlaşdırır.

Konstitusionalist Vaxtanq Xmaladzenin təşəbbüsünə əsasən dövlət başçısı parlamentin 150 deputatı və 150 nümayəndə (yerli özünüidarə, həmçinin Acariya və Abxaziya Ali Şuralarının təmsilçiləri) tərəfindən seçiləcək. Xmaladzenin təşəbbüsünü iqtidar partiyasının nümayəndələri müsbət dəyərləndirir. Parlament sədrinin birinci müavini Tamar Çuqoşvilinin sözlərinə görə, o, birbaşa olmayan prezident seçkiləri haqda qanunda heç bir problem görmür. Birbaşa olmayan prezident seçkiləri haqda təklifi Nazirlər Kabineti üzvləri də dəstəkləyir. Qaçqınların işi üzrə nazir Sozar Subarinin sözlərinə görə, prezident seçkiləri haqda qanun dövlətin statusuna uyğun olmalıdır, yəni parlament respublikası statusuna.

Müxalifət və qeyri-hökumət təşkilatları hakimiyyətin təklif etdiyi dəyişiklik paketini qəbuledilməz hesab edir.

Qeyri-hökumət sektorunun nümayəndələri prezidentin parlament tərəfindən seçilməsi sxemini dəstəkləmir və hesab edirlər ki, demokratiyanın inkişafını və seçicilərin maraqlarını nəzərə alaraq, prezidenti ölkə vətəndaşları seçməlidir.

Bu qərar siyasi yükdən azad olsun deyə təşkilatlar Dövlət Konstitusiya Komissiyasını dəyişiklikləri 2018-ci il seçkilərindən sonra deyil, daha beş il sonra, yəni 2013-cü ilin seçki kampaniyasından sonra qəbul etməyə çağırır. İqtidar komandasının prezident seçkiləri haqda qanunu dəyişmək cəhdini müxalifət də tənqid edir.

“Gürcü xalqını prezident seçmək haqqından məhrum etmək hüquqlarımızın pozulması deməkdir”, – “Milli Hərəkat” fraksiyasının sədr müavini Salome Samadaşvili bildirir.

Prezident Administrasiyasının mövqeyi də analojidir. Administrasiya rəhbəri Qriqori Abaşişvilinin sözlərinə görə, gürcü xalqı həm 2018-ci il, həm 2023-cü il, həm də bütün növbəti birbaşa prezident seçkilərində səs haqqına sahib olmalıdır. Onun sözlərinə görə, prezident seçkiləri sistemi, dövlət quruculuğu, prezident seçkiləri haqqında qanun və sair vacib məsələlərlə bağlı xalq “Konstitusiya hər kəsə məxsusdur” çərçivəsində mövqeyini bildirməlidir.

 

Gürcüstan prezidenti bu kampaniyaya martın 13-dən başlayıb. Bu haqda prezident Qriqori Marqvelaşvili hələ martın 10-da Prezident Sarayında dipkorpus nümayəndələri, qeyri-hökumət təşkilatları rəhbərləri, ekspertlər və müxtəlif partiya liderlərinin iştirakı ilə keçirilən xüsusi görüşdə bəyan edib.

Görüşdə hakim “Gürcü arzusu” partiyasının nümayəndələri iştirak etməyib. Onlar bunu səbəbini həmin vaxt parlamentdə keçirilən görüşlə izah ediblər.

Martın 10-da görüş zamanı prezident öz çıxışında vurğulayıb ki, onun başlatdığı kampaniya artıq Parlamentdə yaradılmış Konstitusiya Komissiyasının işinə alternativ deyil. Bu komissiyanın tərkibindəki iki yer Prezident Administrasiyası üzvlərinə verilmiş, amma onlar bu yerlərdən imtina edərək bu formatda komissiyanı boykot etmişdilər və bunu iqtidar partiyasının prezident Marqvelaşvilinin komissiyanın prezident, baş nazir və parlament spikerinin həmsədrliyilə yaradılması ilə bağlı təklifini nəzərə almaması ilə əsaslandırmışdılar.

 

73 nəfərdən ibarət Parlament Komissiyası Gürcüstanın Ali Qanununun yenidən baxılması üçün 2016-cı il dekabrın 15-də yaradılıb. Parlament sədri İrakli Kobaxidzenin rəhbərlik etdiyi Komissiya dörd tematik qrupa bölünüb:

– İnsan haqları, məhkəmə hakimiyyəti, konstitusiya preambulası, Konstitusiyanın ümumi və keçid müddəaları üzrə qrup;

– Parlament, maliyyə və nəzarət məsələləri üzrə qrup;

– Prezident, hökumət və müdafiə məsələləri üzrə qrup;

– İnzibati-ərazi yerləşməsi və yerli özünüidarə məsələli üzrə qrup

Dövlət Konstitusiya Komissiyasının Konstitusiyanın hansı modelini seçəcəyi təxminən aprelin sonunda bilinəcək. Məhz bu ərəfədə Komissiya öz işini yekunlaşdırmağı nəzərdə tutub.

 


More on JAMnews