Təhsil Nazirliyi məktəbin buna haqqı olduğunu deyir " />

Gürcüstanda müsəlman məktəbli qızı hicaba görə dərsə buraxmayıblar

Təhsil Nazirliyi məktəbin buna haqqı olduğunu deyir

Karadjala kəndi civil.ge/Yana Qorbezaşvili

Kaxetidə Karadjala kənd məktəblərindən birində sinif rəhbəri 7-ci sinif şagirdini hicablı olduğuna görə dərsə buraxmayıb. Məktəb direktorunun sözlərinə görə, şagird məktəbdaxili intizam qaydaların pozub, çünki dərsdə hər hansı baş örtüyü – papaq, kepkada və s. ilə oturmaq olmaz. Buna baxmayaraq, məktəbdə yerli qadınların hicab geymək ənənəsinin olmadığını deyirlər.

Qızın valideynləri isə məktəb rəhbərliyini dini azadlıqları pozmaqda ittiham edirlər. Baş verənlərə artıq Gürcüstanın Təhsil Nazirliyin də reaksiya verib.

Nazirlik tərəfindən yayılan bəyanatda deyilir ki, Gürcüstan qanunvericiliyi bütün insanların din məsələlərində azadlığını tanıyır, amma bu zaman hər bir məktəbin müəllimlər, şagirdlərin valideynləri və şagirdlərin özləri ilə birlikdə işlənib hazırlanan, qəyyumlar şurası tərəfindən təsdiq olunan öz daxili nizam-intizam qaydaları var.

“Karadjala məktəbinin daxili nizam-intizam qaydalarında qeyd edilir ki, dərs prosesi zamanı şagirdlər sinifdə başı açıq oturmalıdırlar. Təəssüflər olsun ki, məktəbdaxili qaydaların ümumi müddəaları dini hisslərə toxunub. Nazirlik bütün tərəfləri məsələnin dini baxımdan nəzərdən keçirilməsindən çəkinməyə və vəziyyətin sakit rejimdə həllinə kömək etməyə çağırır”, – Təhsil Nazirliyinin bəyanatında deyilir.

Gənc Hüquqşünaslar Assosiasiyasında deyirlər ki, məktəbdaxili nizam-intizam qaydaları şagirdlərin dini hisslərinə toxunursa, nazirlik məktəb rəhbərliyindən bu nizam qaydalarını yenidən nəzərdən keçirməyə tələb edə bilər.

“Təhsil haqqında qanuna əsasən, məktəb o hallarda müəyyən məhdudiyyətlərə yol verə bilər ki, kiminsə həyatına, sağlamlığına və ya dərc prosesinin pozulmasına hər hansı təhdid və ya təhlükə olsun”, – hüquqşünas Laşa Bekaşvili izah edir.

Gürcüstanda məktəblinin məktəbdə hicabda getmək haqqı varmı?

Hüquqşünasın sözlərinə görə, təhsil haqqında qanun dini etiqad azadlığı haqqında müddəanı nəzərə alır.

“Bu qanuna əsasən, şagirdin, onun dini etiqadına və ya vicdanına zidd olan vəzifələrə, əgər bu, digər şagirdlərin hüquqlarını pozmursa və keyfiyyətli dərs prosesinə mane olmursa, məcbur edilməsi yolverilməzdir”, – Bakaşvili allnews agentliyinə izah edib.

Onun sözlərinə görə, şagirdin əsaslandırılmış şəkildə və sənədlərə əsasən onun dini etiqadına və ya özünüifadəsinə uyğun olmayana məktəb formasını geyinməkdən imtina etmək hüququ var.  

  • Gürcüstanda bu, məktəbliyə hicab geyinməyin qadağan edildiyi birinci belə hal deyil. Ötən il analoji hadisə 18 yaşlı Teona Beridzenin başına gəlib. Onda Təhsil Nazirliyi məktəb rəhbərliyinin hərəkətlərinə bəraət qazandıraraq, bildirib ki, rəhbərliyin Beridzeyə məktəbə hicabla gəlməyə qadağan etmək haqqı varıydı.  
  • 2014-cü il əhalinin siyahıya alınmasına görə, Gürcüstan əhalisinin 11 faizi müsəlmandır.

More on JAMnews