Qlobal istiləşmə sadəcə arktik buzların əriməsi deyil. Qlobal istiləşmə həm də kaxetya üzüm bağları, svan duzlaqları, acar sahilləri və başqa anlayışlardır" />

Gürcüstanda iqlim dəyişikliyinin əsas 3 göstəricisi

Qlobal istiləşmə sadəcə arktik buzların əriməsi deyil. Qlobal istiləşmə həm də kaxetya üzüm bağları, svan duzlaqları, acar sahilləri və başqa anlayışlardır

Buzların əriməsi


Bu dəyişiklik ən çox hündür dağlarda özünü göstərir. Lakin bunları yalnız dağlara çıxıb bütün bu mənzərəni öz gözü ilə müşahidə etmək şansı olanlar bilir. Yəni, vətəndaşlarımızın əksəyiyyəti bundan xəbərsizdir. “Ümümi buzlaqların sayı kəskin şəkildə azalıb- TDÜ-nun dəqiq və təbiət elmləri fakultəsinin professoru Nodar Elizbaraşvili deyir. Onun sözlərinə görə bu iqlim dəyişiklikliyinin ən aşkar nümünəsidir. İldən ilə havada toz və his çoxalır bu isə öz növbəsində buzlaqlarda toplanır, bəzən onların üzərini örtür. Güzgü kimi təmiz buzlaqlar günəş şualarını geri qaytarırsa, his və toz yığını ilə örtülü olan buzlaqlar əksinə şüaları özünə çəkir, udur. Beləliklə də, parçalanır və dağılır. Jurnalist Oliko Çiskarişvili, Gürcüstanda ekologiyadan yazan jurnalist olmaqla yanaşı, həm də hər il ekologiyanı müşahidə edir. Bizim bu mövzu ilə bağlı sualımıza o belə cavab verdi. “Mən hər il Svanetiyə Çalatı buzlaqlarına gedirəm. Onu deyə bilərəm ki bu il onlar 157 metr geri çəkilib

Təbii fəlakətlər

Daşqınlar və quraqlıq son illər Gürcüstan üçün adi hala çevirilib. Statistikaya görə 90-cı illərin əvvəllərindən bu günə qədər təbii fəlakətlər çoxalmağa başlamışdır. 1998-2008 ci illəri əhatə edən dövrdə Gürcüstanda 130 daşqın olmuş və onlarla rayon quraqlıqdan əziyyət çəkmişdir. Bu yay demək olar ki, Gürcüstanın bütün rayonlarında daşqınlar olmuş və bu daşqınlar nəticəsində kənd təsərufatı məhsulları tamamiylə məhv olmuşdur.
Mütəxəssizlər xəbərdarlıq edir ki, yaxın gələcəkdə torpağın qüvvədən düşəcəyi gözlənilir. Bununla yanaşı ən optimist proqnozlara görə sel və torpaq sürüşmələri nəticəsində kənd təsərüffatı mallarının çoxu yararsız hala gələcək. Gələcək ziyanın qarşısını almaq və minimum səviyyəyə endirmək üçün tədbirlər görülməlidir. Məsələn, sel xəbərdarlıq sistemləri düzəldilməli, qoruma divarları tikilməlidir. Bununla yanaşı quraqlıqla mübarizə üsulları düşünülməlidir. Lakin, təəsüf ki, hələlik Gürcüstanda heç bir ciddi plan hazırlanmayıb. 


“Havalanmış hava

Avqusta 16 dərəcə, fevralda isə 26. Dekabrda leysan, mayda qar. Və ya həddindən artıq soyuq qış və isti yay. Əlbəttə, belə anomaliyalar həmişə olunb, lakin məsələ budur ki bu cür hallarla biz artıq hər il qarşılaşırıq. 
Gürcüstanda yay həddən artıq isti qış isə çox sərt olmaya başlayıb. Əgər statistikaya nəzər salsaq görərik ki, 20 il əzrində Gürcüstanda hava bir dərəcə yarım artıb. Buna ümümi dünya müstəvisindən yanaşsaq deyə bilərik ki, 21 əsrin sonlarına doğru planetimizdə hava 4 dərəcə istiləşəcək.
Bu kataklizmlərin əsas səbəbi havaya buraxılan zəhərli qazlardır. Bütün dünya ekoloqları bu məsələyə ciddi yanaşılmasına və tullantıların azaldılmasına çağırıblar. 1997-ci ildə demək olar ki dünyanın bütün ölkələri Kiot müqaviləsini imzaladılar. Müqavilə bütün imzalayan dövlətlərdən məcburi şəkildə havaya atılan tullantıları azaltmağı tələb edir. İlk öncə tullantıların azaldılması şərti ABŞ, Kanada, Yaponiya və Avropa İttifaqının inkişaf etmiş ölkələrinə aid edilirdisə, 2021 ci ildən bu digər ölkələrə, o cümlədən Gürcüstana da aid olacaq. 



More on JAMnews