Üzərində şərab turşusunun izi aşkarlanmış qabın təxminən 8 min yaşı var" />

Gürcüstanda ən qədim şərab tapılıb

Üzərində şərab turşusunun izi aşkarlanmış qabın təxminən 8 min yaşı var

Foto: David Pipiya, JAMnews

2014-cü ildə Gürcüstanın Milli Şərab Agentliyi gürcü üzümü və şərabçılıq mədəniyyətinin tədqiqi ilə bağlı üçillik layihəni işə salıb. Bu layihə çərçivəsində bütün dünyadan bir neçə alim qədim gürcü məskənləri Şulaveri-qora və Qadaçrili-qora məskənlərini öyrənib. Bu kəndlər Tbilisidən 50 kilometrlik məsafədə yerləşir.

Alimlər bu yerlərdə tapılmış gil qabları tədqiq ediblər. Şərab turşusunun izindən başqa onlar qabın təqribi yaşını da müəyyən edə biliblər – 8 min il. Bu, hazırda alimlərə məlum olan ən qədim şərab izidir. BBC-nin xəbərinə görə, bu haqda Amerikanın Proceedings of the National Academy of Sciences (PNAS) elmi jurnalında dərc olunmuş məqalədə məlumat verilib.

“Şərabçılıq qədim zamanlarda Yaxın Şərqdə sivilizasiyanın inkişafının ən vacib amillərindən biri olub. Şərabçılıq tibbin, iqtisadiyyatın və sosial əlaqələrin inkişafı üçün güclü katalizator rolunu oynayıb”, – məqalə müəlliflərindən biri, Toronto Universitetinin böyük elmi işçisi Stiven Batyuk BBC-yə danışıb.

Foto: David Pipiya, JAMnews

 

 


More on JAMnews