40 dərəcəlik istidə 500-dən çox maşın növbədə dayanıb" />

Gürcüstana rusiyalı turistlərin böyük axını sərhəddə uzun müddətli tıxac yaradıb

40 dərəcəlik istidə 500-dən çox maşın növbədə dayanıb

Yüzlərlə maşın Rusiya-Gürcüstan sərhədində tıxacda qalıb. Bu video avqustun 8-də gündüz saat 12-də çəkilib, burada 500-dən çox maşın dayanıb.

Növbənin böyük hissəsini Gürcüstana istirahətə gələn rusiyalı turistlər təşkil edir. Eyni zamanda Ermənistan və Azərbaycana gedən xeyli insan da var.

Rusiyanın rəsmilərinin məlumatına əsasən tıxacın səbəbi Gürcüstana indiyə qədər görülməmiş həcmdə turist axınıdır. Sadəcə bir sutka ərzində sərhədi 14 min adam keçib. Baxmayaraq ki, “Yuxarı Lars” sərhəd keçid məntəqəsinin sutkalıq buraxılış imkanı bu göstəricidən üç dəfə azdır.

İsti hava da vəziyyəti çətinləşdirir, bu günlərdə Şimali Osetiyada havanın temperaturu qırx dərəcəyə çatır.


More on JAMnews