Gürcüstan Facebook-u Avropa ilə viza liberallaşmasını bayram edir. Amma hamı əməl edilmədiyi halda kiminsə sevincini gözündə qoya biləcək bir sıra ciddi qayda və məhdudiyyətin fərqində olmalıdır" />

Avropaya getmək üçün Gürcüstan vətəndaşlarına artıq viza lazım deyil

Gürcüstan Facebook-u Avropa ilə viza liberallaşmasını bayram edir. Amma hamı əməl edilmədiyi halda kiminsə sevincini gözündə qoya biləcək bir sıra ciddi qayda və məhdudiyyətin fərqində olmalıdır

 Qərar qəbul edildi – Gürcüstan vətəndaşları 2017-ci il martın sonu, aprelin əvvəlindən Avropaya vizasız gedə biləcəklər. Dünən, fevralın 2-də 553 səs lehinə, 66 səs əleyhinə olmaqla Avropa Parlamenti Gürcüstan üçün Şengen ölkələrinə vizasız rejimin tətbiqi qərarını dəstəkləyib.  

Gürcüstan Avropa ilə viza sadələşdirilməsinə nail olmuş ilk Cənubi Qafqaz ölkəsi oldu.

 

Proses niyə uzandı?

 

Gürcüstan Avropa ilə vizasız rejimi 2026-cı ildən gözləyirdi.

Əgər lazım gələrsə Gürcüstanla vizasız rejimi qısa müddətdə dayandırmaq üçün mexanizmin hazırlanması yetərincə uzun zaman aldı.  Avropada hökm sürən miqrasiya böhranı ürküdücü faktor kimi göstərilirdi.

Çox sayda Gürcüstan vətəndaşlarının Avropadan sığınacaq istəməsi də neqativ rol oynadı. Məsələn, 2013-cü ildə Aİ-nin müxtəlif ölkələrinə sığınacaq verilməsi xahişi ilə 9110 Gürcüstan vətəndaşı müraciət edib, bu da avropalıların fikrincə o deməkdir ki, Gürcüstan öz əhalisini layiqli yaşayış şəraiti ilə təmin etmir.

Məhz bu problemin həlli üçün də Gürcüstan Avropa İttifaqının tövsiyəsi ilə ötən il insanların istənilən əlamətə görə təqibini və diskriminasiyasını qadağa edən anti-diskriminasiya qanunu qəbul etdi.

Dayandırma mexanizmi nədir və o nə vaxtdan işləməyə başlayır?

Daha sadə dildə dayandırma mexanizmi o deməkdir ki, Avropa özünə geriyə yol saxlayır və istənilən vaxt Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv edə bilər. Avropa İttifaqı aşağıdakı hallarda vizasız rejimin liberallaşdırılmasını dayandıra bilər:

1. Gürcüstandan qeyri-leqal miqrantların sayı kəskin şəkildə artsa;

2. Sığınacaq xahişilə müraciət rdənlərin sayı artsa;

3. Gürcüstan hakimiyyəti qeyri-leqal miqrantların evə qaytarılması məsələsi ilə bağlı əməkdaşlıq etməsə;

4. Gürcüstan   vətəndaşları Avropa İttifaqının hər hansı bir ölkəsində təhlükəsizlik və  qayda-qanuna hər hansı bir təhdid yaratsa.

Dayandırma mexanizmi aşağıdakı kimi işləyir:

Hər hansı bir Aİ ölkəsi yuxarıda sadalanan bəndlərdən birinin pozulduğunu üzə çıxarsa, Avropa Komissiyasına Gürcüstanla vizasız rejimin dayandırılması tələbi ilə müraciət edəcək. Avropa Komissiyası məsələni araşdıracaq və bir ay ərzində qərar qəbul edəcək. Həmin qərar da dərhal qüvvəyə minəcək. Birinci dəfə dayandırma mexanizmi 9 ay müddətində işləyəcək, vəziyyət yaxşılaşmasa müddət 18 aya qədər uzadılacaq.

Vizasız rejimdən kim və necə istifadə edə bilər?

İnternetdə xüsusi video çarx yerləşdirilib, onun köməyiylə Gürcüstan vətəndaşları vizasız rejimin şərtləri və qaydaları ilə tanış ola bilərlər: 

https://www.youtube.com/watch?v=iQMrcve7qzA

Также нет никаких ограничений на передвижение из одной страны Шенгенской зоны в другую.

Avropa ölkələri ilə vizasız rejimdən biometrik pasportu olan istənilən Gürcüstan vətəndaşı istifadə edə bilər. Biometrik pasportu 10 iş günü ərzində almaq mümkündür, qiyməti 100 laridir (40 dollar).

Gürcüstan vətəndaşlarına Şengen zonası ölkələrində vizasız 90 gündən 180 günə qədər olmaq hüququ veriləcək. Bu icazə Avrozonaya daxil olmağa namizəd olan dörd ölkəyə – Rumıniya, Bolqarıstan, Kipr, Xorvatiyaya da şamil ediləcək. Həmçinin Şengen zonasının bir ölkəsindən başqasına keçməyə də heç bir məhdudiyyət yoxdur.

Heç bir sənədə ehtiyac yoxdur? Ehtiyac var

 

Vizasız rejimdən istifadə etmək üçün Gürcüstan vətəndaşından sərhəddə biometrik pasportla birlikdə sığorta, maliyyə təminatı barədə sənəd, geriyə bilet və otel bronu tələb oluna bilər. Bu sənədlərin üstünüzdə olması mütləq deyil, amma sərhədçinin onları soruşmaq haqqı var. Bütün bu sənədləri Gürcüstan vətəndaşı konsulluqda deyil, sərhəddə təqdim etməlidir. 

Əvvəllər konsulluqda tələb olunan bank çıxarışı, otel bronu və konsulluqda tələb olunan digər sənədlərə gəlincə, onlar artıq lazım olmayacaq. Amma Şengen zonasında hərəkət etmək üçün maddi imkanı təsdiq edən sənədlər lazımdır. Məsələn, kredit kartını və ya hesabınızda müəyyən məbləğin olduğunu təsdiq edən hər hansı sənədi təqdim etmək tələb oluna bilər.

Vizasız rejimin şərtlərini pozanları nə gözləyir?

 

Gürcüstan vətəndaşı Şengen zonasında 90 gündən bir dəqiqə artıq qalarsa, ölkədən çıxarılacaq. Həbsdən sonra o, Gürcüstana deportasiya olunacaq. “Qara siyahıya daxil ediləcək və 5 il ərzində Şengen zonasına getmək hüququndan məhrum olacaq.

Vizasız rejimdən kim istifadə edə bilməyəcək?

 

Viza rejiminin liberallaşdırılması iş və uzunmüddətli təhsil vizalarına aid edilməyəcək. Onları almaq üçün Gürcüstan vətəndaşları yenə də konsulluğa müraciət etməli olacaqlar.

Amma bu zaman vizasız rejimdən qısamüddətli dərs kurslarına (misal üçün, dilin öyrənilməsi ilə bağlı 2-3 həftəlik qısamüddətli kurslar), konfranslar, treninqlərə gedənlər də istifadə edə biləcək.

  • Rəsmi məlumata görə, Gürcüstan vətəndaşlarına qonşu ölkələrin – Rusiya, Azərbaycan və Ermənistanın vətəndaşları ilə müqayisədə Avropa İttifaqı ölkələrinə viza almaq daha çətindir. 2013-cü ildə viza üçün müraciət edən 12%, 2012-ci ildə 13,3%, 2011ci ildə  14,8% Gürcüstan vətəndaşı rədd cavabı alıb. Bu zaman rədd cavabının fərqi 3% təşkil edib. Son illərin məlumatına görə, Aİ vizası almaq üçün rədd cavablarının ən aşağı faizi Rusiya və Belarusdadır – 1,2 və 0,9%.
  •  Viza rejiminin liberallaşdırılmasının fəaliyyətdə olan planı çərçivəsində Gürcüstan onlarla qanun və onlarla  düzəlişlər qəbul edib. Şəxsi məlumatların mühafizəsi haqqında qanundan, trafikinq, korrupsiya və başqa qanunlara qədər. 

More on JAMnews