Ekspertlər səs-küylü iş üzrə məxfi materialları əldə edə bilib. Öldürülən oğlanın atası deyir ki, əsas dəlil “o, güllənəndən sonra oraya atılıb”" />

Gürcüstan xüsusi təyinatlıları 19 yaşlı Temirlan Maçalikaşvilini niyə öldürüb? Yeni məlumatlar və istintaqa yönəlmiş suallar

Ekspertlər səs-küylü iş üzrə məxfi materialları əldə edə bilib. Öldürülən oğlanın atası deyir ki, əsas dəlil “o, güllənəndən sonra oraya atılıb”

19 yaşlı Temirlan Maşalikaşvilinin 2017-ci ildə Gürcüstanın Pankisi dərəsində həyata keçirilən anti-terror əməliyyatı zamanı baş verən qətlinin istintaqı formal olaraq həyata keçirilib.

Bu işin məxfi materialları ilə tanış olmaq imkanı verilən İnsan Haqlarının Öyrənilməsi və Monitorinqi Mərkəzinin ekspertləri bu qənaətə gəliblər.

Gürcüstanın Pankisi dərəsi – 19 yaşlı oğlanın qətli Suriya müharibəsinin əks-sədası kimi

Temirlan Maçalikaşvilinin qətli son illərdə Gürcüstanda baş verən ən səs-küylü hadisələrdən biridir. 19 yaşlı kistin (etnik çeçen) 2017-ci il dekabrın 26-da Gürcüstanın xüsusi təyinatlıları anti-terror əməliyyatı apardıqları zaman başına atəş açılaraq öldürülüb.

2018-ci il yanvarın 10-da o, aldığı yaradan xəstəxanada keçinib.   

Şahidlərin sözlərinə görə, xüsusi təyinatlılar Maçalikaşvili ailəsinin evinə gecə saatlarında soxulub və Temirlan yatağındaca güllələnib.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Temirlan Maçalikaşvili terrorçularla əlaqəsi olub və o, qumbaranı partlatmaq istədiyi zaman güllələnib. Mərhumun ailəsi onun terrorçularla əlaqəsini də, qumbarasının olduğunu da qəti şəkildə inkar edirlər. Temirlanın atası Malxaz Maçalikaşvili iki ildən çoxdur ki, oğlunun qətlinin araşdırılmasını tələb edir. etiraz əlaməti olaraq o, parlament binası qarşısında çadır qurub, çox vaxt orada gecələyir.

Ombudsmenin və digər hüquq müdafiəçilərinin də istintaqa çoxlu sualları var. Onların fikrincə, güc strukturlarının əməkdaşları Temirlan Maçalikaşvilinin terrorçu qruplaşmalarla əlaqələrinə dair heç bir əsaslı dəlil təqdim edə bilməyiblər.

Maçalikaşvilinin işi “məxfi” qrifi ilə işarələnib. İnsan Haqlarının Öyrənilməsi və Monitorinqi Mərkəzi işin sənədləri ilə tanış olmaq haqda bütün sorğulara qəti rədd cavabı alırdı.

Yanvarın 10-da Avropa İnsan haqları Məhkəməsi “Maçalikaşvili və digərləri Gürcüstana qarşı” işini araşdırmağa başlayandan və Gürcüstan hakimiyyətindən işin üzərindən məxfiliyi qaldırmağı tələb edəndən sonra vəziyyət dəyişib.

Əsas sual deyildiyi kimi xüsusi təyinatlının təhlükəsizlik baxımından atəş açmasına səbəb olan qumbaranın həqiqətən olub-olmadığı ilə bağlıdır.

“Temirlanı güllələyəndən sonra qumbaranı ora atıblar”, – mərhumun atası Malxaz Maçalikaşvili deyib.

Ekspertlərin fikrincə, dövlət təhlükəsizliyi nümayəndələrinin qumbaranın olduğuna dair onsuz da zəif olan versiyasının istintaqın ilk mərhələsindəcə əsassız oolduğu ortaya çıxıb.

Gəncin ölümünə səbəb olan atəşi açan xüsusi təyinatlının verdiyi ifadə ilə tanışlıqdan sonra bu nəticəyə gəlinib. Ekspertlər bildirirlər ki, onun danışdıqları mümkünsüz təfərrüatlarla doludur.

İşdə ümilikdə 32 xüsusi təyinatlı döyüşçünün ifadəsi yer alıb, amma əsas suallafr nəinki cavabsız qalıb, bu suallar ümumiyyətlə verilməyib – ekspertlər bildiriblər.

•Strasburq İnsan Haqları Məhkəməsi Temirlan Maçalikaşvilinin işini 2019-cu il oktyabrın 1-də araşdırmağa başlayıb.

•Mərhumun atası Malxaz Maçalikaşvili müvəqqəti parlament komissiyasının yaradılmasını tələb edir. Onun əsas məqsədi terrorçularla əlaqədə günahlandırılan oğlunun adının təmizlənməsidir.

•Pankisi dərəsi Tbilisidən 150 kilometrlik, Çeçenistanda isə 30 kilometrlik məsafədə yerləşir. 2014-cü ildə həyata keçirilən əhalinin siyahıya alınmasına əsasən, dərədə 7 min nəfərə yaxın sakin yaşayır və onların əksəriyyəti kistinlərdən – 19-cu əsrdə Çeçenistandan bura köçən çeçenlərdən ibarətdir. 2000-ci illərdə müharibə zamanı minlərlə çeçen, o cümlədən də hərbi qruplaşmaların döyüşçüləri dərədə sığınacaq tappmışdı. Məhz o zaman Pankisi ilk dəfə “təhlükəli zona” elan olunmuşdu.

•Suriyadakı münaqişə zamanı Pankisi dərəsi yenidən özünü xatırlatdış müxtəlif məlumatlara görə, “İslam Dövləti” tərkibində Pankisi əsilli 40-50 nəfər döyüşüb. “İslam Dövlətinin” liderlərindən biri olan Ömər Əl Şişani də Pankisi dərəsindəndir.

 

 


More on JAMnews